Qı
həcmində
Pı
qiyməti ilə enerjinin buraxılışı ilə şirkət
mənfəətini maksimumlaşdırmış olardı. Çünki MR=MC.
185
ŞəkU3
Ol O2
iqtisadi mənfəətdə
(Pı - AC) Qı
bərabərdir. Lakin belə
vəziyyətdə qiymət olduqca yüksək, enerji buraxıbşımn həcmi isə
azdır. Lakin alıcıların mənafeyini P
3
qiyməti ilə Q
3
həcmi
şəraitində reallaşdırmaq mümkündür. Lakin belə şəraitdə müəyyən
edilən orta xərci ödəmir. Çünki AC < P
3
-dən böyükdür. Ərazi
əhalisinin
Qı
həcmində enerji buraxılışı təmin etmir və müəyyən
olunan
Pı
qiymət əlverişli deyil. Lakin şirkəti do Q
3
həcmində P
3
qiymətində enerji buraxılışı qane etmir. Belə şəraitdə P
3
=MC.
Şirkət öz fəaliyyətini dayan- dırmamaqdan ötrü ona dotasiya
olunmalıdır. Dotasiyanı da dövlət büdcədən şirkət üçün (AC -
P
3
)Q
3
həcmində ayıra bilər. Belə şəraitdə təbii inhisar ya
tənzimlənərək
qiymət
P
2
=AC
bərabərliyi
səviyyəsində
müəyyənləşdirilir və iqtisadi mənfəət «0»-a bərabər olur, ya da
büdcədən vəsait alan dövlət şirkəti bu xidməti həyata keçirir.
Təbii inhisarın özü də ziyansızlıq şəraitində fəaliyyət
göstərir. Ona görə də hər şəraitdə səmərəliliyə görə itkini
minimumlaşdırmaq üçün qiymət «qaydasından» istifadə
186
olunur. Yəni enerjinin qiyməti elə qoyulur ki, o təbii inhisarın
ziyansızlığını təmin etmiş olsun. Tələbi ödəyən istehsalın həcmi
qiymətin son xərcə bərabər gəldiyi şəraitdə dəyişilir.
Xalis və təbii inhisarın fəaliyyət xüsusiyyətləri ilə tanışlıq
onu göstərir ki, istər nəzəri, istərsə də praktiki şəraitdə onları
birmənalı şəkildə qiymətləndirmək olmaz. Çünki inhisarçılıq bir
tərəfdən iqtisadi səmərəliliyi məhdudlaşdırıcı amil kimi görünsə də,
digər tərəfdən o iqtisadiyyatın inkişafını stimullaşdıran və qoruyan
amil kimi çıxış edir. Ona görə də iqtisad elminin aparıcı
iqtisadçıları arasında inhisar və səmərəlilik nisbəti ilə bağlı fikir
ayrılığı mövcuddur. Lakin bütün bunlara baxmayaraq inhisarın
iqtisadi səmərəliliyə olan təsirinin həm mənfi, həm də müsbət
cəhətlərini qeyd etmək olar.
İnhisarın iqtisadi səmərəliliyə olan mənfi meyli kimi:
•
mənfəətin maksimumlaşdırılması naminə istehsalın həcmi
az, qiymət isə yüksək olur. Bu o deməkdir ki, mövcud məhsula olan
təlabat həm ödənilmir, həm də resurslardan səmərəli istifadə
olunmur;
•
bazarda yeganə satıcı olduğundan inhisarçı istehsal
xərclərinin azaldılmasına səy göstərmir. Daha mütərəqqi
texnologiyadan istifadə elmək stimuluna malik olmur. İstehsalın
yeniləşdirilməsi, xərclərin azaldılması, çevik fəaliyyət göstərməsi
onun üçün o qədər də əhəmiyyət daşımır. Bu səbəbdən, inhisarçı
ETT yeni nailiyyətlərindən istifadə etməyə meyl etmir.
•
yeni firmaların inhisarlaşdırılmış sahəyə daxil olması üçün
mövcud olan əngəl, maneələr və məhdudiyyətlər, inhisarçının bazar
hakimiyyətini daha da möhkəmləndirilməsi üçün sərf etdiyi
vəsaitlər iqtisadi səmərəliliyin əldə olunmasının qarşısını almış
olur. Halbuki, yeni ideyalarla bazara daxil olmaq istəyən xeyli kiçik
firmalar var və onlar inhisarlaşdı- rılmış bazara daxil ola bilmirlər;
» məhsula yüksək qiymətin qoyulması ilə həm tələbin, həm
do təklifin səmərəliliyi məhdudlaşdırılır;
187
Lakin inhisarçı firmanın maliyyə imkanlarının genişlənməsi
ilə yeni texnologiyaların istifadə olunması imkanlarının artması
ilə, onların innovasiyalı fəaliyyət istiqamətində fəaliyyət göstərə
bilirlər ki, bu da cəmiyyət səviyyəsində iqtisadi səmərəliliyin
yüksəlməsinə səbəb olur;
•
yüksək iqtisadi mənfəətin stabil xarakteri ilə investisiya
üçün resurs ayırmaq imkanı olduğundan, yeni texnologiyanın
tətbiqi zəruriliyi irəli gəlir;
•
sahəyə daxil o^maq məhdudiyyətləri olduğundan inhisarçı
firma hesab edir ki, onun yüksək iqtisadi mənfəəti, yeni
elmi-texniki nailiyyətlərin tətbiqinə ayıracağı investisiyalar ona
uzunmüddətli əlavə mənfəətin əldə olunmasına imkan yaradacaq;
•
yüksək qiymətlə inhisarçı mənfəətin əldə olunması
firmaya innovasiyalı fəaliyyəti üçün stimul yaradır. Çünki
innovasiyalı fəaliyyət istehsal xərclərini azaltsa da, lakin sabit
yüksək qiymət səviyyəsini qoruyur. Əgər hər innovasiyalı
fəaliyyətlə istehsal xərclərinin azaldılması ilə qiymət aşağı
düşsəydi onda innovasiyalı proseslərin inkişafı üçün heç bir stimul
olmazdı;
•
inhisarçı fəaliyyət eyni zamanda rəqabətin baş verməsini
də stimullaşdırır. Belə ki, yüksək inhisar mənfəəti digər firmalar
üçün də cəlbedicidir, onlar da necə olursa-olsun həmin sahəyə
daxil olmağa can atırlar;
•
bəzi hallarda təbii inhisarda olduğu kimi, inhisarçılıq
xərclərin azaldılmasını təmin edir və miqyas effektini reallaşdırır.
Əgər bu sahədə rəqabət olsaydı, onda orta xərclərin artımı baş
verərdi və səmərəlilik aşağı düşərdi.
İnhisarın
səmərəlilik
və
elmi-texniki
tərəqqinin
nailiyyətlərinin mənimsənilməsi istiqamətində malik olduğu
mənfi və müsbət cəhətlərindən asılı olmayaraq, hər halda o
təklərin, azların fəaliyyəti ilə bağlı olduğundan, dünyanın bütün
bazar sistemli ölkələrində inhisarlaşmanı məhdudlaşdıran
qanunvericilik mövcuddur.
188
Biz artıq inhisarın mövcudluğunu satıcı nöqteyi-nəzə- rinco
qısa şərhini verdik, indi isə inhisarın ahcı tərəfindən kəsb etdiyi
xüsusiyyətə diqqət yetirək. İnhisarın alıcı və ya tələb tərəfindən baş
verməsi, yəni çox satıcının olduğu şəraitdə yalnız bir alıcının
olması
Dostları ilə paylaş: |