Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə100/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   233
Bazar 1

Qı 
həcmində 
Pı 
qiyməti ilə enerjinin buraxılışı ilə şirkət 
mənfəətini maksimumlaşdırmış olardı. Çünki MR=MC. 
185 


 
ŞəkU3 
Ol O2 
iqtisadi  mənfəətdə 
(Pı  -  AC)  Qı 
bərabərdir.  Lakin  belə 
vəziyyətdə qiymət olduqca yüksək, enerji buraxıbşımn həcmi isə 
azdır.  Lakin  alıcıların  mənafeyini  P
3
  qiyməti  ilə  Q
3
  həcmi 
şəraitində reallaşdırmaq mümkündür. Lakin belə şəraitdə müəyyən 
edilən  orta  xərci  ödəmir.  Çünki  AC  <  P
3
-dən  böyükdür.  Ərazi 
əhalisinin 
Qı 
həcmində enerji buraxılışı təmin etmir və müəyyən 
olunan 
Pı 
qiymət əlverişli deyil. Lakin şirkəti do Q
3
 həcmində P
3
 
qiymətində  enerji  buraxılışı  qane  etmir.  Belə  şəraitdə  P
3
=MC. 
Şirkət  öz  fəaliyyətini  dayan-  dırmamaqdan  ötrü  ona  dotasiya 
olunmalıdır.  Dotasiyanı  da  dövlət  büdcədən  şirkət  üçün  (AC  - 
P
3
)Q
3
  həcmində  ayıra  bilər.  Belə  şəraitdə  təbii  inhisar  ya 
tənzimlənərək 
qiymət 
P
2
=AC 
bərabərliyi 
səviyyəsində 
müəyyənləşdirilir  və  iqtisadi  mənfəət  «0»-a  bərabər  olur,  ya  da 
büdcədən vəsait alan dövlət şirkəti bu xidməti həyata keçirir. 
Təbii  inhisarın  özü  də  ziyansızlıq  şəraitində  fəaliyyət 
göstərir.  Ona  görə  də  hər  şəraitdə  səmərəliliyə  görə  itkini 
minimumlaşdırmaq üçün qiymət «qaydasından» istifadə 
186 


olunur.  Yəni  enerjinin  qiyməti  elə  qoyulur  ki,  o  təbii  inhisarın 
ziyansızlığını  təmin  etmiş  olsun.  Tələbi  ödəyən  istehsalın  həcmi 
qiymətin son xərcə bərabər gəldiyi şəraitdə dəyişilir. 
Xalis  və  təbii  inhisarın  fəaliyyət  xüsusiyyətləri  ilə  tanışlıq 
onu  göstərir  ki,  istər  nəzəri,  istərsə  də  praktiki  şəraitdə  onları 
birmənalı  şəkildə  qiymətləndirmək  olmaz.  Çünki  inhisarçılıq  bir 
tərəfdən iqtisadi səmərəliliyi məhdudlaşdırıcı amil kimi görünsə də, 
digər tərəfdən o iqtisadiyyatın inkişafını stimullaşdıran və qoruyan 
amil  kimi  çıxış  edir.  Ona  görə  də  iqtisad  elminin  aparıcı 
iqtisadçıları  arasında  inhisar  və  səmərəlilik  nisbəti  ilə  bağlı  fikir 
ayrılığı  mövcuddur.  Lakin  bütün  bunlara  baxmayaraq  inhisarın 
iqtisadi  səmərəliliyə  olan  təsirinin  həm  mənfi,  həm  də  müsbət 
cəhətlərini qeyd etmək olar. 
İnhisarın iqtisadi səmərəliliyə olan mənfi meyli kimi: 

 
mənfəətin maksimumlaşdırılması naminə istehsalın həcmi 
az, qiymət isə yüksək olur. Bu o deməkdir ki, mövcud məhsula olan 
təlabat  həm  ödənilmir,  həm  də  resurslardan  səmərəli  istifadə 
olunmur; 

 
bazarda  yeganə  satıcı  olduğundan  inhisarçı  istehsal 
xərclərinin  azaldılmasına  səy  göstərmir.  Daha  mütərəqqi 
texnologiyadan  istifadə  elmək  stimuluna  malik  olmur.  İstehsalın 
yeniləşdirilməsi, xərclərin azaldılması,  çevik  fəaliyyət  göstərməsi 
onun üçün o qədər də əhəmiyyət daşımır. Bu səbəbdən, inhisarçı 
ETT yeni nailiyyətlərindən istifadə etməyə meyl etmir. 

 
yeni firmaların inhisarlaşdırılmış sahəyə daxil olması üçün 
mövcud olan əngəl, maneələr və məhdudiyyətlər, inhisarçının bazar 
hakimiyyətini  daha  da  möhkəmləndirilməsi  üçün  sərf  etdiyi 
vəsaitlər  iqtisadi  səmərəliliyin  əldə  olunmasının  qarşısını  almış 
olur. Halbuki, yeni ideyalarla bazara daxil olmaq istəyən xeyli kiçik 
firmalar var və onlar inhisarlaşdı- rılmış bazara daxil ola bilmirlər; 
» məhsula yüksək qiymətin qoyulması ilə həm tələbin, həm 
do təklifin səmərəliliyi məhdudlaşdırılır; 
187 


Lakin inhisarçı firmanın maliyyə imkanlarının genişlənməsi 
ilə  yeni  texnologiyaların  istifadə  olunması  imkanlarının  artması 
ilə, onların innovasiyalı fəaliyyət istiqamətində fəaliyyət  göstərə 
bilirlər  ki,  bu  da  cəmiyyət  səviyyəsində  iqtisadi  səmərəliliyin 
yüksəlməsinə səbəb olur; 

 
yüksək  iqtisadi  mənfəətin  stabil  xarakteri  ilə  investisiya 
üçün  resurs  ayırmaq  imkanı  olduğundan,  yeni  texnologiyanın 
tətbiqi zəruriliyi irəli gəlir; 

 
sahəyə daxil o^maq məhdudiyyətləri olduğundan inhisarçı 
firma  hesab  edir  ki,  onun  yüksək  iqtisadi  mənfəəti,  yeni 
elmi-texniki  nailiyyətlərin  tətbiqinə  ayıracağı  investisiyalar  ona 
uzunmüddətli əlavə mənfəətin əldə olunmasına imkan yaradacaq; 

 
yüksək  qiymətlə  inhisarçı  mənfəətin  əldə  olunması 
firmaya  innovasiyalı  fəaliyyəti  üçün  stimul  yaradır.  Çünki 
innovasiyalı  fəaliyyət  istehsal  xərclərini  azaltsa  da,  lakin  sabit 
yüksək  qiymət  səviyyəsini  qoruyur.  Əgər  hər  innovasiyalı 
fəaliyyətlə  istehsal  xərclərinin  azaldılması  ilə  qiymət  aşağı 
düşsəydi onda innovasiyalı proseslərin inkişafı üçün heç bir stimul 
olmazdı; 

 
inhisarçı fəaliyyət eyni zamanda rəqabətin baş verməsini 
də stimullaşdırır. Belə ki, yüksək inhisar mənfəəti digər firmalar 
üçün  də  cəlbedicidir,  onlar  da  necə  olursa-olsun  həmin  sahəyə 
daxil olmağa can atırlar; 

 
bəzi  hallarda  təbii  inhisarda  olduğu  kimi,  inhisarçılıq 
xərclərin azaldılmasını təmin edir və miqyas effektini reallaşdırır. 
Əgər  bu  sahədə  rəqabət  olsaydı,  onda  orta  xərclərin  artımı  baş 
verərdi və səmərəlilik aşağı düşərdi. 
İnhisarın 
səmərəlilik 
və 
elmi-texniki 
tərəqqinin 
nailiyyətlərinin  mənimsənilməsi  istiqamətində  malik  olduğu 
mənfi  və  müsbət  cəhətlərindən  asılı  olmayaraq,  hər  halda  o 
təklərin,  azların  fəaliyyəti  ilə  bağlı  olduğundan,  dünyanın  bütün 
bazar  sistemli  ölkələrində  inhisarlaşmanı  məhdudlaşdıran 
qanunvericilik mövcuddur. 
188 


Biz artıq inhisarın mövcudluğunu satıcı nöqteyi-nəzə- rinco 
qısa  şərhini  verdik,  indi  isə  inhisarın  ahcı  tərəfindən  kəsb  etdiyi 
xüsusiyyətə diqqət yetirək. İnhisarın alıcı və ya tələb tərəfindən baş 
verməsi,  yəni  çox  satıcının  olduğu  şəraitdə  yalnız  bir  alıcının 
olması 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə