Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə99/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   233
Bazar 1

7.2.
 
Xalis və təbii inhisarın fəaliyyət xüsusiyyətləri 
İnhisarçının  qiymət  və  satışın  həcmi  üzərində  mənfəətin 
maksimumlaşdırılması  naminə  nəzarətin  qoyulması  yolu  bazar 
hakimiyyətini tam ələ keçirirsə, onda bu xalis inhisar formasıdır. 
Lakin  artıq  inhisarın  mahiyyəti  ilə  tanışlıqdan  sonra  gördük  ki, 
bunu praktik olaraq həyata keçirtmək mümkün deyil, bunu yalnız 
nəzəri şəkildə qəbul etmək olar. 
İnhisar özünü digər bir formada, təbii şəkildə də əks etdirir. 
Təbii  inhisar  bir  neçə  rəqabətçi  firmanın  deyil,  yalnız  birinin 
iqtisadi  mənfəət  əldə  edə  biləcəyi  şəraitdə  əmələ  gəlir.  Təbii 
inhisarçıya ictimai tələbatı ödəyən sahələrin müəssisələri daxildir. 
Bura elektrik enerjisi, su təchizatı, kanalizasiya xətti, qaz təchizatı, 
rabitə  qovşağı,  hava  dəmir  yol,  boru  nəqliyyatı  və  s.  aid  etmək 
olar. Adətən təbii inhisar müəssisələri ya dövlət mülkiyyətində, ya 
da onun nəzarətində olur. Təbii inhisarın mövcud olması  xüsusi 
effektin  olması  ilə  əlaqədardır.  Xüsusi  effektdə  istehsalın 
miqyasına  -  istehsalın  möhkəmləndirilməsi  ilə  resurslara  olunan 
qənaət  nəticəsində  nail  olmaq  olar.  Xüsusən  yüksək  qiymətli 
texnologiyanın  tətbiqi  ilə  və  iri  müəssisələrin  istehsal  gücləri 
vasitəsi ilə əmək məhsuldarlığının yüksəlməsi baş verir. Nəticədə 
məhsul vahidinə 
184 


çəkilən  xərclərin  azalması  baş  verir.  Bu  da  mövcud  resursların 
səmərəli istifadəsi deməkdir. Ona görə də təbii inhisar cəmiyyətin 
inkişafının zəruri tələbatına çevrilir. Lakin buna baxmayaraq təbii 
inhisarın  da  tənzimlənməsi  zərurəti  meydana  gəlir.  Əgər  xərc 
amilinin  artımı  ilə  suyun,  qazın,  işığın  və  digər  təbii  inhisarlı 
məhsulların  qiyməti  ardıcıl  qaldırılarsa,  onda  bu  cəmiyyətin  və 
biznesin inkişafına mənfi təsir göstərər. 
Təbii inhisarın baş verməsinin mühüm səbəblərindən biri də 
bir  firmanın  istehsal  miqyasına  qənaətinin  və  iqtisadi  mənfəət 
səviyyəsinin  həddindən  artıq  yüksək  olmasıdır.  Belə  şəraitdə 
həmin sahəyə digər firmaların daxil olması məqsədəuyğun sayılır. 
Çünki bir firma bazar tələbini ödəyir və miqyas həcmi azalmır. 
Təbii inhisar bazarında tələbin ödənilməsi vəziyyətini qrafik 
təsvirdə daha aydın görmək olar (şəkil 3). Təbii inhisar bir qayda 
olaraq uzun dövrü əhatə edir. Ona görə də tələbin, son gəlirin orta 
və son xərcin əyrisi təbii inhisar şəraitində qiymət səviyyəsindən 
asılı  olaraq  müxtəlif  vəziyyət  alaraq  istehsalın  həcminə  təsir 
göstərir. 
Orta  və  son  xərclərin  əyrisinə  diqqət  yetirək.  Tutaq  ki, 
«Azenerji» şirkəti Qusarda «Modul» tipli elektrik stansiyası tikir. 
Burada elektrik şəbəkəsinin qurulması üçün şirkət xeyli sabit xərc 
sərf  eləyib  və  əlavə  kVt  elektrik  enerjisi  əldə  etmək  üçün  az 
miqdarda son xərc sərf eləyib. Onda təbii inhisar yüksək sabit və az 
son  xərc  formasını  almaqla  AC  əyrisi  MC  əyrisindən  yuxarıda 
yerləşir. 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə