|
Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»Bazar 1monopsoniya
adlanır. Belə bazar strukturunun olması
inhisarla oxşarlıq təşkil edir, ancaq onun əsas cəhətləri alıcılarda
əks olunur. İnhisar əgər məhsulun qiymətinə və həcminə nəzarət
etməklə bazar hakimiyyətinə malikdirsə, lakin monopsoniya
məhsulun qiyməti üzərində müəyyən nəzarətini həyata keçirə bilir.
Əgər inhisar «tək satıcı» ifadosini» əks etdirirsə, monopsoniya
«tək alıcı» anlayışını ifadə edir.
Monopsoniya
terminini
iqtisad
elminə
C.Robinson
gətirmişdir. Monopsoniyanın bu günə qədər məntiqi izahı, məhz
bu iqtisadçının elmi xidmətinə əsaslanır. Təkmil və qeyri-təkmil
rəqabəti «alıcınm gözü» ilə təhlil etməklə, belə qənaətə gəlinmişdir
ki, təkmil rəqabət şəraitində monopsoniya meydana gələ bilmir.
Çünki təkmil rəqabət şəraitində satıcı və alıcıların say çoxluğu və
məhsulun həcmi və qiymətinə təsirin olmamasından monopsoniya
meydana gələ bilməz. Qeyri-təkmil rəqabət şəraitində artıq,
qiymətə və həcmə nəzarətin meydana gəlməsi ilə monopsoniya
meydana gəlir. Belə ki, inhisar şəraitində sahənin təklifi
monopsoniyadan asılı deyil, lakin onun alışının həcmindən asılı
olaraq qiymətdə dəyişiklik baş verir.
Dostları ilə paylaş: |
|
|