Şəkil 5
O
Şəkildoki D-toləbi; MR--son gəliri; MC-son xərci;
AVC-orta
dəyişən xərci; ATC-orta ümumi xərci əks etdirir.
Belə vəziyyət təkmil rəqabətə oxşasa da, lakin fərqli cəhət
ondan ibarətdir ki, firmaların məhsullarına olan tələb mütləq
elastik deyil. Ona görə də son gəlir xətti tələb xəttindən aşağıdır.
Firma ən yüksək mənfəətini Po qiyməti
ilə Qo həcmində əldə edir,
ancaq ziyanı minimumlaşdırılmağa çalışan firma isə bunu Pı
qiyməti ilə Qı həcmində əldə edir.
Lakin rəqabətli bazarda, iqtisadi mənfəət və ziyan uzun
müddət yan-yana ola bilməz. Qısa müddətdə ziyana dönən firma,
uzun müddət ərzində isə sahəni tərk etməyə üstünlük verəcək.
Bununla yanaşı yüksək iqtisadi mənfəət cəlbediciliyi
ilə digər yeni
firmanın sahəyə daxil olmasını stimullaşdıracaq.
İnhisarçı firmaların davranışına vergi səviyyəsi də təsir
göstərir. Verginin artımı son xərc əyrisinin dəyişilməsinə səbəb
olur (şəkil 6).
193