Qo Qrafikdən göründüyü kimi oliqopoliya şəraitində sahənin
qoyduğu E nöqtəsindəki qiymətlə tələb əyrisində DDı-də sınma baş
verir. Qiymətin yüksəldiyi şəraitdə DE əyrisində elastik, qiymətin
aşağı düşdüyü şəraitdə isə EDi əyrisi qeyri- elastiklik müşahidə
olunur. Belə şəraitdə sahənin müəyyən etdiyi qiymətin E
nöqtəsindəki tələb əyrisində sınma baş verdiyindən oliqopoliya,
qiymətin aşağı düşməsində daha çox itkiyə yol verməməkdən ötrü
öz aralarında qeyri-qiymət rəqabəti aparırlar.
Beləliklə, bazarın oliqopolik strukturunda məlum qiymət
sabitliyi müşahidə olunur. Bu sabitlik oliqopolik firmaların
qarşılıqlı əlaqə və asılılıqların olmasından irəli gəlir.
Müasir bazar mexanizminin fəaliyyəti onu göstərir ki, o
təkcə əmtəələrin tələb və təklif qanunu ilə deyil, həm də əmtəələrin
qiymətinin
istehsalının,
reallaşmasının
və
istehlakınm
formalaşması və həyata keçirilməsi qanunauyğunluqlarından
asılıdır. Bu istiqamətdə fəaliyyət göstərən firmaların inhisarlı
rəqabət və oliqopolik mövqeyindən asılı olaraq bazar iqtisadiyyatı
öz inkişafını davam etdirir.
175
VII
FƏSİL. İNHİSAR: XALİS, TƏBİİ, RƏQABƏTLİ VƏ
OLlQOPOLİK ŞƏRAİTDƏ FƏALİYYƏTİNİN
XÜSUSİYYƏTLƏRİ