kəmiyyətə və qiymətə
görə fərqlənir. Müvafiq olaraq oliqopoliyanın da modelləri
fərqlənir.
Oliqopoliyanın kəmiyyət modelləri;
•
Kurno modeli.
İlk dəfə olaraq 1838-ci ildə fransız
iqtisadçısı O.Kurno tərəfindən iki firmanın duopoliya şəraitində
qarşılıqlı münasibətlərinin statistik təhlili aparılmışdır. Duopoliya
- bu elə bazar strukturudur ki, burada əmtəə istehsalının yalnız iki
satıcı tərəfindən həyata keçirildiyi nəzərdə tutulur. Belə şəraitdə
kəmiyyət təhlili aparmaq mümkündür;
•
Çemberlinin simmetrik duopoliya modeli.
1933-cü ildə təklif olunan bu modeldə belə hesab alınır ki,
hər duopolist öz mənafeyinə görə rəqibin istehsalı ilə əlaqədar
buraxdığı əmtəələrin kəmiyyətini dəyişdirəcək. Beləliklə,
duopolistlər könüllü və biri-birindən asılı olmayaraq,
172
heç bir danışığa girməyərək inhisar qərarını seçirlər. Qarşılıqlı
əlaqəli şəkildə bazarı bərabər şəkildə öz aralarında bölürlər;
•
Ştakclberqin asimmctrik duopoliya modeli.
1934-cü ildə təklif olunan modeldə qeyd olunur ki, duopolist
öz davranışında müxtəlif mövqedə ola bilər - ya lider, ya da
müşayiətedici. Burada duopolistin biri özünü ya lider, ya da
müşayiətedici kimi apara bilər, digəri isə əksinə. Yaxud da hər ikisi
ya lider, ya da ki, müşayiətedici kimi özünü apara bilər. Belə
davranışdan asılı olaraq qiymət üzərində kəskin mübarizənin baş
verməsi labüdləşir. Bu da o vaxta qədər davam edir ki, duopolistin
biri ya liderlikdən imtina etməlidir, ya da ki, onlar danışıqlara
girməlidirlər.
Oliqopoliyanm qiymət modelləri:
•
Bertranın modeli. Fransız riyaziyyatçısı Kurnonun
kəmiyyət modelinin ilk tənqidçisi kimi 1883-cü ildə strateji qiymət
dəyişiklikləri fikrini irəli sürdü. Bertran hesab edirdi ki, hər
duopolistin strategiyası elə qiymət səviyyəsini seçmişdir ki, onun
əsasında öz buraxılışımn reallaşmasım nəzərdə tutur. Burada
tarazlığın əldə olunması üçün hər duopolistin son xərclərinə uyğun
gələn vahid qiymətin olduğu qeyd olunur;
•
Edjuorist
modeli. Qiymət duopoliyasının istehsal
güclərinin kəmiyyətinin məhdudluğu ilə əlaqədar olduğunu
göstərən Edjuorst qeyd edirdi ki, firmalar istehsal etdiyindən artıq
sata bilmir. Burada qiymət duopolistlər arasında «tələ» rolunu
oynayır. Ona düşən duopolistin biri, digəri ilə qiymət müharibəsini
aparır,
Oliqopoliyanm strateji davranışı bazarda iştirak edənlərin
müstəqil və ya danışıqların aparılmasından asılıdır. Danışıqlar ya
açıq, ya da gizli ola bilər. Danışıqların əsas predme- tini istehsalın
həcmi və qiyməti ilə bağlı bir də strategiya və taktikanın
hazırlanması təşkil edir. Burada azsaylı part- nyorların mənafeyi
gözlənilir və bazar onların aralarında bölünür.
Oliqopolist qruplarının bazar payının bölgüsü və istehsalın
həcmi və qiymətlə əlaqədar birgə razılığın əldə olunması kartel
adlanır. Kartel razılığının fəaliyyət göstərməsi üçün:
173
•
kartel mohsullan qiymətə görə qeyri-elastik olmalıdır;
•
məhsulun özünə yaxın ovəzləyicisi olmamalıdır;
•
qoyulmuş oyun qaydalarına hamının riayət olunmasının
gözlənilməsidir.
Kartel razılaşmasının adətən istehsalın və satışın həcminin
yüksək qiymətlərlə reallaşdırılması üçün müəyyən edilmiş
kvotalara əməl olunmaması səbəb olur.
Oliqopolik rəqabətin fəaliyyətində qiymətlə bağlı davranış
üstünlüyünün əldə olunmasıdır. Satıcıların birinin mövcud əmtəə
üzrə qiymət liderliyi ilə fəaliyyət göstərməsi oliqopolik mühit
daxilində rəqabətin aparmasına təkan verir. Qiymət liderliyinə
malik olan firma, əmtəənin qiymətinin enib-qalxmasını
tənzimləməklə, digər firmaları qiymət alan vəziyyətinə salır.
Onların qəbul etdiyi qiymət bazarla deyil, qiymət liderliyinə malik
olan firma ilə müəyyən edilir. Bu qiyməti firmalar:
•
məsrəflərin lap aşağı səviyyəsi ilə;
•
məhsulların fərqləndirilməsi ilə qəbul edirlər.
Oliqopoliya şəraitində firmalar, qiyməti aşağı salarkən,
digər firmaların belə addım ata biləcəklərini nəzərə alırlar.
Qiymətin aşağı düşməsi bütün firmalar arasında yayıldıqda
tələbin artımı baş verir. İlk qiyməti aşağı salan firma artan tələbin
və əmtəə satışının yalnız bir hissəsini əldə edir. Digər tərəfdən
qiymət artımı ilə çıxış edən təşəbbüskar firma nəzərə alır ki, onun
məhsuluna olan tələb, digər firmaların məhsullarının qiymətinin
artırmadığından həddindən artıq azalacaqdır. Ona görə də
oliqopolik bazarda qiymət daha sabit və davamlı xarakterdədir. Bu
vəziyyəti nəzərə alan Amerika alimi P.Suiri keçən əsrin 40-cı
illərində tələbin sınmış əyrisi modelini təklif etmişdir. Bu modelin
əsas şərtləri:
•
firmaların fərqli məhsullar istehsal etməsindən;
•
hər istehsalçı hesab edir ki, tərəfdaş firmanın onun ardınca
qiyməti artırmayacağından;
•
firma mənfəəti maksimumlaşdırılacağından;
•
iqtisadi fəaliyyətin MC=MR, son xərcin son gəlirə
bərabərliyinə istiqamətləndirilməsindən asılıdır.
174
Bu şərtləri nəzərə alaraq tələbin sınınış əyrisi modelinin
qrafik təsvirini vermək olar.
Dostları ilə paylaş: |