Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»


Çay qutularına olan tələb və təklif



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə91/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   233
Bazar 1

Çay qutularına olan tələb və təklif 
Cədvəl 2 
Qiymət
 
Tələb
 
Təklif
 
Qiymət
 
Tələb
 
Təklif
 
1
 
2
 
3
 
1
 
2
 
3
 
0
 
500
 
0
 
8
 
150
 
400
 
2
 
450
 
150
 
9
 
100
 
450
 
3
 
400
 
200
 
10
 
50
 
500
 
4
 
350
 
250
 
 
 
 
5
 
300
 
300
 
 
 
 
ŞəkU3 
 
(koıniyyol) 
İDİob VD 
təklilln qrafiki 
Göründüyü  kimi  çay  qulularının  qiymətinin  artması  ilo 
onlara olan tobb azalır, lakin təklifi isə artır. Tələb əyrisi olan 
DD 
ilə  təklif  əyrisi  olan  SS-in  üst-üstə  düşdüyü  E  nöqtəsi  bazar 
tarazlığını əks etdirir. 3 manat səviyyəsində 
A ı B ı
 
163 


həcmində qıtlıq baş verir. 8 manat səviyyəsində isə AB həcmində 
artıqlıq baş verir. Deməli, təkmil rəqabətin mövcudluğu şəraitində 
qiymətin  tərəddüdü  və  təklif  olunan  əmtəələrin  kəmiyyətinin 
dəyişilməsinin köməyi ilə tələb və təklif arasında uzlaşma baş verir 
və bazar tarazlı vəziyyət alır. 
Beləliklə, aydın olur ki, bazarda 
ümumi müvazinət 
o vaxt 
baş verir ki, məcmu təklif olunan məhsulların kəmiyyəti əhalinin 
alıcılıq qabiliyyəti ilə uyğun gəlir. Lakin ümumi müvazinət tədrici 
müvazinətin  yaradılması  ilə  mümkündür.  Bu  o  deməkdir  ki, 
bazarda ayrı-ayrı əmtəələr üzrə tarazlığın yaradılmasına, həm tələb, 
həm də təklif üzrə kənarlaşmaların olmasına baxmayaraq, ümumi 
bazar müvazinətinin qorunması mümkündür. Həm də nəzərə almaq 
lazımdır ki, bir qrup əmtəənin satışının yüksəlməsi məcmu təklif 
şəraitində  digər  qrup  əmtəələrinin  satışının  azalması  deməkdir. 
Məsələn, ət məhsullarının satışının azalması, çörək məmulatlarının 
və kartofun satışının yüksəlməsi ilə kompensasiya edilir. 
Təkmil rəqabət şəraitində ümumi əmtəə tələbinin bölünməsi 
cəmiyyətin strukturundan asılıdır: 

 
fəhlə və qulluqçuların sayından; 

 
məşğul olan qadın və kişilərin sayından; 

 
böyüklərlə 
uşaqların, 
işləyənlərlə 
təqaüdçülərin 
nisbətindən; 

 
milli  iqtisadiyyatın  müxtəlif  əmtəələr  istehsaletmə 
səviyyəsindən; 

 
müxtəlif əhali qrupunun zövqündən; 

 
mədəni-texniki  inkişaf  səviyyəsindən  və  bu  və  ya  digər 
əmtəə istehsal etmək imkanlarından; 

 
istehsal  vasitələrinə  və  istehlak  şeylərinə  olan  tələb 
səviyyəsindən; 

 
müxtəlif 
ailə 
qruplarının, 
fəhlələrin, 
ziyalıların, 
biznesmenlərin,  aqrar  sektor  işçilərinin,  xidmət  sahəsində 
çalışanların istehlak strukturundan. 
Qeyd  olunanlar  təkmil  rəqabətin  gedişatına  ciddi  təsir 
göstərməklə onun üstün və çatışmazlıqlarını üzə çıxarır. 
164 


ümumiyyətlə təkmil rəqabətin üstünlüyü: 

 
cəmiyyət  üçün  istehsal  olunacaq  əmtəələr  üçün 
resurslardan daha səmərəli istifadə olunur; 

 
istehsal  və  satış  şəraitinə  çevik  uyğunlaşması  həyata 
keçirilir; 

 
istehsalın  təşkili  və  idarə  olunmasında  daha  təkmil 
metodlardan istifadə olunur; 

 
istehlakçıların və istehsalçıların fəaliyyətində daha sərbəst 
seçim edilir; 

 
istehsalçıları  müxtəlif  tələbatların  ödənilməsi  üçün  daha 
keyfiyyətli məhsul istehsal etməyə yönəldir. 
Təkmil rəqabətin çatışmazlığı kimi isə göstərınək olar: 

 
resurslardan 
bərpa 
olunub-olunmamasından 
asılı 
olmayaraq son hədd səviyyəsində istifadə olunur; 

 
ətraf mühitin qorunmasına mənfi təsir göstərir; 

 
ictimai  tələbatı  ödəyən  sahələrin  inkişafı  nəzərə  alınmır 
(yollar, körpu, bəndlərin salınması, ictimai nəqliyyat və s.); 

 
fundamental  elm  sahələrinin,  ümumi  təhsilin  inkişafı, 
səhiyyə sisteminin təkmilləşməsi nəzərə alınmır; 

 
əməyə,  gəlirə,  istirahətə  olan  hüquqi  təminata  şərait 
yaratmır; 

 
sosial təminata, ədalətli davranışa təminat yaratmır; 

 
cəmiyyəti dövlətli və kasıblar qrupuna bölür; 

 
vətəndaş  cəmiyyətinin  formalaşmasına  və  inkişafına 
maneələr törədir. 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə