VI
FƏStL. RƏQABƏT: TƏKMİL VƏ QEYRİ-TƏKMİL
ŞƏRAİTİNDƏ FƏALİYYƏT XÜSUSİYYƏTLƏRİ
6.1.
Rəqabətin mahiyyəti və formaları
6.2.
Təkmil rəqabət
6.3.
Qeyri -təkmil rəqabət
6.1.
Rəqabətin mahiyyəti və formaları
Biz artıq bazar mexanizminin əsas elementləri olan tələb,
təklif və qiymətlə tanış olduq. Onların fəaliyyət xüsusiyyətlərini
gördük. Həm də istər-istəməz bazar iqtisadiyyatının mühüm
prinsipi olan rəqabətlə də tanış olmuşuq. Bununla belə bazar
elementi kimi rəqabətin mahiyyəti ilə, onun iqtisadi fəaliyyətdəki
rolu ilə, istehsalda və reallaşmadakı xüsusiyyətləri ilə yaxından
tanış olmalıyıq. Eyni zamanda azad, təkmil, inhisarh, qeyri-təkmil
adı ilə tanınan rəqabətin məzmununu şərh etməliyik.
Rəqabət latın sözü olub «konkurro» - «qarşılaşmaq»
mənasını verir. Rəqabətin mahiyyəti ilə əlaqədar bir sıra görkəmli
iqtisadçıların fikirləri mövcuddur. Burada A.Smit, A.Kurno,
A.Marşall, Y.Şumpeter, E.Çemberlin, C.Robin- son, C.Xiks,
P.Samuelson, P.Xeyne, M.Porter və digərlərini qeyd etmək olar.
Məsələn, A.Smit rəqabəti bazar sübyektləri arasında istehsalın,
əmtəələrin, alqı-satqmm yaxşı şəraiti uğrunda apardığı mübarizə
kimi göstərirdi. Y.Şumpeter isə rəqabəti köhnə ilə yenilik
arasındakı mübarizə kimi qeyd edirdi. Ümumiyyətlə, rəqabət
istehsalın və reallaşmanın ən yaxşı şəraitinə nail olunması üçün
bazar subyektlərinin məqsədyönlü cəhdidir. Rəqabət tələb və
təklifin qarşılıqlı əlaqəsini, bazar qiymətinin bərabərləşməsini
təmin edən iqtisadi qüvvədir. Rəqabətin fəaliyyəti nəticəsində:
• tələb və təklifin tarazlığının təmin olunması naminə,
onların qarşılıqlı əlaqə mexanizmi baş tutur;
153
•
əmtəə istehsalçılarının stimullaşdınlmasmm məqsədyönlü
fəaliyyəti təmin olunur;
•
xərclərin azaldılması və gəlirlərin artırılması uğrunda
cəhd göstərilir.
Rəqabət istehsalçıların və istehlakçıların kəmiyyətindən
asılı olaraq, satıcılar arasında, əmtəələrini baha satmaq istəyənlər
arasında, daha geniş yer tutur. Bu mübarizədə əmtəələrini nisbətən
ucuz qiymətə reallaşdıranlar qələbəyə nail olurlar. Həm alıcıların
tələbatı ödənilir, həm də daha çox əmtəə satılır. Belə hdida alıcılar
arasında da rəqabət baş verir. Onlar da əmtəələri daha ucuz
qiymətə almaq istəyirlər. Belə mübarizədə bazar qiymətinə
nisbətən daha yüksək qiymət təklif edənlər udurlar.
Rəqabətin daha geniş vüsət alması satıcılarla alıcılar
arasındakı qarşılaşmada baş verir. Əks istiqamətdə duran bu
təroflor əmtəənin qiymət səviyyəsini müəyyən etməklə tələb və
təklif əyrisinin konkret forma almasına səbəb olurlar. Satıcılar
arasında rəqabət mühiti nə qədər güclü olarsa, bir o qədər təklif
olunan əmtəələrin miqdarı tələbi üstələyəcək. Satıcılar arasında
rəqabət azalarsa, əmtəələrə olan tələb təklifi üstələyəcək. Bir
ümumi cəhət ondan ibarətdir ki, rəqabətin istər satıcılar, istərsə də
alıcılar arasında zəifləməsi və ya qüvvətlənməsi qiymətin
tarazlaşmasına doğru hərəkət edən qüvvə kimi çıxış edir.
İqtisadi proses kimi rəqabət, təsərrüfat subyektlərinin
müəyyən fəaliyyətlərinin məcmusunu əks etdirir:
•
istehsalın
maddi-əşya,
şəxsi-əmək
elementlərini
formalaşdırır;
•
istehsalın təşkilini, onun xammal, material, yarımfab-
rikatlarla təminini əsaslandırır;
•
ödənilmə əsasında istehsal, layihə, maliyyə-kredit
təşkilatları ilə qarşılıqlı fəaliyyətə girir;
•
rəqabətqabiliyyətli məhsul istehsal edir;
•
məhsulun satışını, yerini, həcmini, vaxtını müəyyən
edir;
154
•
mənfəət hesabına, istehsalın genişlənməsi naminə
investisiya fondu yaradır;
•
rəqabət mühitinin qorunması naminə informasiya əldə
edir.
Rəqabət mübarizəsinin davamlı xarakter alması, həm də
istehsal olunan məhsulun «həyat tsiklindən» asılıdır. Belə ki, onun
ilkin istehsalından tutmuş, istehsaldan çıxarılacağı dövrə qədər
hərəkəti nəzərdə tutulmalıdır. Bunun üçün istehsal olunacaq
əmtəənin:
•
yeniliyi və tətbiqi nəzərə alınır. Burada satışın həcminin
məhdudluğu və buraxılan məhsulun yüksək qiyməti xarakterik hal
alır;
•
artımın müşahidəsi ilə istehsalın həcmi yüksəldilir, tələbin
artımı ilə yüksək qiymət səviyyəsi qorunur;
•
istehsalın yetkinlik səviyyəsi meydana gəlir, tələb azalır,
rəqabət kəskinləşir və qiymət aşağı düşür;
•
məhsul istehsalı minimum səviyyəyə enir, məhsul
buraxılışı zəifləyir, rəqabət aparılmır, məhsul istehsaldan çıxarılır
və yenisi ilə əvəz olunması zərurəti meydana gəlir.
Qeyd etmək lazımdır ki, rəqabətin aparılmasında, həmişə
iqtisadi subyektlər arasında ədalətli, etik normalardan kənar
münasibətlər baş verir. Ona görə də rəqabət aparan iqtisadi
subyektlər öz fəaliyyətlərində yolverilməz metodlardan da istifadə
edirlər ki, bu da qeyri-ədalətli rəqabət adlanır. Belə rəqabətin
aparılması, əsasən, həm rəqabətçinin özü, istehsal etdiyi əmtəə və
qiyməti barədə yalan məlumatların yayılmasıdır.
Müasir dövrdə rəqabətin formalarından asılı olaraq bazarın
strukturu da müəyyənləşdirilir. Belə şəraitdə bazarın strukturu üçün
xas olan cəhətlər üzə çıxarılır:
•
rəqabətin formasını əks etdirən cəhətlər;
•
nəzarətin səviyyəsini əks etdirən cəhətlər;
•
qiymətə nəzarəti əks etdirən cəhətlər.
155
Bazar iqtisadiyyatında azad və ya təkmil, eləcə də inhi- sarlı
və ya qeyri-təkmil rəqabəti əks etdirən struktur mövcuddur. Bunu
aşağıdakı cədvəldən aydın görmək olar:
Dostları ilə paylaş: |