malıdır. Yəni təkcə qiymət qoymaqla deyil, həm əmtəənin
satışında alıcıların iştirakı nəzərdə tutulmalıdır. Belə mövqe,
konkret əmtəəyə olan qiymət həddini və onun dəyişilməsi
mümkünlüyünü əks etdirir. Satış qiymətinin aşağı həddi kimi
istehsal qiyməti, yüksək həddi kimi isə istehlak sferasından əldə
olunacaq səmərə olur.
Qiymətin əmələ gəlməsi mqxanizminin bir xüsusiyyəti də
onun qaldırılmasına nisbətən aşağı salınması meylinin üstünlük
təşkil etməsidir. Bu da rəqabət mühiti şəraitində baş verir. Çünki
qiymətləri yüksəltməklə deyil, əksinə onları aşağı salmaq yolu ilə
bazara rahat daxil olmaq olar. Lakin bu mövqe ilə yalnız o firmalar
çıxış edə bilərlər ki, onlar öz əmtəələrinə qoyduqları qiymətə,
maliyyə imkanlarına və bazarda onların əmtəələrinin böyük paya
malik olacaqlarına inanırlar. Aşağı qiymətlə müvəffəqiyyətə nail
olunması, istər- istəməz rəqabətçiləri də qiymətlərin aşağı
salınmasına təhrik edəcək. Lakin bununla yanaşı qiymətin əmələ
gəlməsində yeni bir aspektin də əmələ gəlməsi baş verəcək. Bu da
rəqa- bətçilərin
Dostları ilə paylaş: