nur. Əməkhaqqı ümumiyyətlə, iqtisadi sistemlərin formasından
asılı olmayaraq əhalinin əsas gəlir mənbəyini təşkil edir. Bazar
iqtisadiyyatında əməkhaqqının formalaşması səviyyəsindən asılı
olaraq bir çox iqtisadi prosesləri tənzimləmək olur. Məsələn,
nominal və real əməkhaqqı arasındakı fərqin azaldılması üçün
dövlət antiinflyasiya tədbirləri görmək məcburiyyətində qalır.
Çünki nominal əməkhaqqı əldə olunacaq pul gəlirlərini əks
etdirirsə, lakin real əməkhaqqı isə pul məbləğində olan əməkhaqqı
ilə əldə olunacaq əmtəə və xidmətlərə olan qiymətin səviyyəsi ilə
müəyyən olunur.
İşçilərin ixtisaslaşma səviyyəsindən, yerinə yetirdikləri
işlərin xüsusiyyətindən asılı olaraq əməkhaqqının səviyyəsində fərq
mövcud olur. Bazar şəraitində belə fərqlərin azaldılması imkanları
daha genişdir. Çünki burada yüksək keyfiyyətli məhsul istehsalına
daha yüksək ixtisasa malik olan işçilər cəlb olunur. Bununla da
yüksək ixtisaslı əmək mənfəətin əldə olunmasında daha çox payın
əldə olunmasına səbəb olduğundan, daha çox əməkhaqqı əldə
etməyə nail olur. Lakin bazara keçid şəraitində belə prose.sə nail
olmaq mümkün olmur. Çünki yüksək ixtisas səviyyəsi hələ istənilən
səviyyədə olmur və ya tətbiq olunan texnologiya müasir deyil, ya da
ki, rəqabət mühiti istənilən səviyyədə deyil.
Ümumiyyətlə, əməkhaqqı səviyyəsində mövcud olan fərq,
başlıca olaraq professional işçi qrupları arasında
Dostları ilə paylaş: