səbəb olur. Bu meyli xarakter alaraq, ona olan tələb əyrisinin
dəyişilməsinə səbəb olur. Buna görə də torpağın qısa və ya uzun
müddətə icarəyə verilməsindən asılı olmayaraq qiymət amili ilə düz
mütənasibdir.
Çünki istehsalçı istər müxtəlif bitkilərin əkilməsi və ya
tikililərin aparılması üçün istifadə etdiyi torpaq, ona bərabər
kəmiyyətli qazanca təminat verir. Ona görə də istehsalçı torpaqdan
ən yaxşı alternativdən əldə etdiyi gəlirə müvafiq olaraq torpaq
sahibinə məbləğ ödəməlidir. Ödənilməli olan məbləğ, torpağa görə
ödəmə olan rentadan az olmamalıdır. Renta həm də torpağa çəkilən
kapital qoyuluşunun səmərəliliyinin minimum həddini müəyyən
edir. Beləliklə, görürük ki, torpağın qiyməti, renta və icarə
haqqından orada istehsal olunan məhsulun kəmiyyət və
qiymətindən, tələb və təklif tarazlığından asılı olaraq müəyyən
olunan məbləğdir.
Əmək amilinə olan qiymət kimi əks olunan əməkhaqqı,
torpaq amilindən
fərqli olaraq həm tələb, həm də təklif baxımından
elastikdir.
Şəkil 5-dəki
qrafik təsvirdən görünür ki, əmək bazarında DD
- əmək tələbi əyrisi ilə, SS - əmək təklifi əyrisi arasındakı E tarazlıq
nöqtəsi dəyişiləndir. Bu o vaxt baş verir ki, əməkhaqqının
səviyyəsində dəyişiklik baş verir. Belə ki, əməyə olan DıDı yüksək
tələb əyrisi, eyni vaxtda məşğulluğu, həm də əməkhaqqını artırır.
Yəni P - Pı-ə, Q - Qı-ə doğru hərəkət etməklə əmək resurslarına
olan tələb və təklifin tarazlıq nöqtəsinin də E-dən Eı-ə doğru
hərəkətini təmin edir.
Əməyə olan tələb əyrisinin baş verməsi son məhsulun əldə
olunmasından asılıdır, yəni bu, hər məşğul olan işçilərin artımına
düşən məhsul artımı əsasında əməyə olan tələb əyrisini əsaslandırır.
139