İstehsal amilləri bazarında tarazlığın baş verməsi.
Hər
hansı istehsal amilinin artımından bərabər gəlirin əldə olun
134
masından asılıdır. Beləliklə də, alınan istehsal amili sahibkarın
kapitalına çevrilir. Ona görə də istehsal amili qismində çıxış edən
sahibkar kapitalı, daima orta mənfəət gətirmək qabiliyyətinə malik
olmalıdır. Kəskin rəqabət şəraitində buna nail olmaq olduqca
çətindir. Buna görə də orta mənfəətin təmin olunmasında cəlb
olunan hər vahid istehsal amili deyil, onların məcmusu, qarşılıqlı
əlaqəsinin təmin olunması şəraitində əldə olunacaq gəlir səviyyəsi
əhəmiyyət daşıyır.
Resursların
məhdudluğuna
əsaslanan
bazar
iqtisadiyyatında istehsal amillərindən istifadəyə görə qiymətin
əmələ gəlməsi mexanizmi bir sıra vacib görünən meyilləri törədir:
•
resurs xərclərini artırır;
•
resurs gəlirliliyini azaldır.
İstehsal amilləri bazarının mövcud olması bu meylilərə
qarşı bir sıra prinsiplərin tətbiq olunmasını əsaslandırır:
•
resursların qarşılıqlı əvəz olunmasını;
«istehsal xərclərinin minimumlaşdırılmasmı;
•
hər bir resursun son gəlirliliyinin təmin olunmasını;
•
iqtisadi tarazlığın təmin olunmasını, yəni son xərclərin
son gəlirə bərabər olmasını.
Məhz bu prinsiplər əsasında istehsal amillərinə qiymətin
əmələ gəlməsi mexanizmi fəaliyyət göstərir.
Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, istehsal
amilləri üzərində xüsusi mülkiyyətin və ondan istifadə etmək
hüququnun olması, ondan müxtəlif formada gəlirin əldə olmasına
imkan yaradır. Ona görə də istehsal amillərinə olan tələb, istehlak
xarakterli əmtəələrə olan tələbdən bir sıra spesifik cəhətlərinə görə
fərqlənir. Bu da hər şeydən əvvəl onunla əlaqədardır ki, son
istehlak nemətinə görə istehsal amilləri törəmə xüsusiyyətinə
malikdir. Törəmə xüsusiyyəti o deməkdir ki, istehsal amillərindən
istifadə olunmasına tələb o vaxt yaranır ki, onların vasitəsilə
ehtiyac olunan son istehlak nemətləri istehsal olunur.
135
İstehsal amillərinə olan tələbin azahb və ya çoxalması o
vaxt baş verir ki, onların vasitəsilə istehsal olunan istehlak
nemətlərinə tələb azalır və ya çoxalır. Son istehlak nemətlərinin
istehsalı üçün istehsal amillərinin alınmasına olan tələbi əsasən
sahibkarlar irəli sürür. İstehsal amilləri bazarına daxil olan
sahibkarlar artıq bir sıra məlumatlar əldə edirlər. Xüsusən qiymət,
əmtəələrin texniki-iqtisadi xarakteristikası barədə, istehsal
xərclərinin səviyyəsi haqqında istehsalın həcmi ilə əlaqədar
məlumatlar verilir.
Bəlli olduğu kimi istehsal prosesinin təşkil olunması üçün
xeyli amil tələb olunur:
• Əmək, torpaq, texnika, xammal, enerji, maliyyə resursları.
Bu amillərin əvəz olunması səviyyəsindən asılı olmayaraq,
onlar müşayiət olunandır, bir prosesin tərkib elementləridir.
Ayrılıqda onların olması faydasızdır. Bütün bərabər şəraitdə bu
amillərin hər birinə olan qiymətin dəyişilməsi, təkcə cəlb olunan
həmin amilin kəmiyyəti deyil, həm də onu müşayət edən amillərin
kəmiyyətinin də dəyişilməsinə səbəb olur.
Məsələn, dülgər sexində yüLsək əməkhaqqının olması və
nisbətən orada tətbiq olunan texniki avadanlıqların ucuz olması,
əməyə olan tələbi artırar və yaxud əksinə.
Deməli, istehsal amillərinə olan tələb qarşılıqlı asıhlıqlı
proses olub, istehsal prosesinə cəlb olunan hər hansı amilin
kəmiyyəti, təkcə bir amilin qiymət dəyişiklikliyindən deyil, digər
müşayiət olunan bütün amillərin kəmiyyətindən də asılıdır.
Beləliklə, istehsal amilləri bazan, onların hər birinin
dəyişilməsinə olan qiymət barədə məlumat verir. Qiymət - hər bir
istehsal amili barədə dürüst məlumat verməklə, tələb elastikliyinin
dəyişilməsinin vacib şərlidir. Tələb, o istehsal amilinə daha çox
elastikdir ki, bərabər şərait daxilində, onun qiyməti daha aşağı
səviyyədədir. Bu da qarşılıqlı əvəz olunmanı həyata keçirməyə
əsas verməklə bahalı istehsal amili.
136
nisbətən ucuz amillə əvəz olunur. Nəticədə istehsal xərci azalır.
Yüksək bazar qiyməti tələbin azalmasını müşayiət etdiyinə görə,
nisbətən aşağı qiymətdə olan alternativ istehsal amillərindən
istifadə olunmasını zəruriləşdirir.
Hər bir istehsal amilinə olan tələb elastikliyi:
•
firmanın gəlir səviyyəsindən;
•
buraxılan məhsula olan tələb səviyyəsindən;
•
qarşılıqlı əvəz olunma imkanının tətbiq olunmasından;
•
qarşılıqlı əvəzolunan və ya qarşılıqlı tamamlanan amillər
bazarının mövcudluğundan;
•
yeniliklərin həyata keçirilməsindən və s.
Beləliklə də belə qənaətə gəlmək olar ki, istehsal amilinə
qiymətin əmələ gəlməsi asılıdır:
•
istehsal amillərinə olan tələbin törəməlik səviyyəsindən;
•
istehsal amillərinin qarşılıqlı əlaqədə olmasından;
•
hər bir istehsal amilinin qiymət dəyişikliyinin digər
müşayiət olunan amillərə birbaşa təsir etməsindən;
•
istehsal amillərinə olan tələbin elastiklik səviyyəsindən.
İndi isə bir qədər istehsal amillərinin hər birinə olan tələb və
təklifinin dəyişilməsi xüsusiyyətlərinə diqqət yetirək.
Torpaq amilindən başlayaq. Torpaq amilinin təklifi digər
amillərdən fərqli olaraq, təbiətdən və onların istehsal dövriyyəsi
üçün yararlı olmasından asılı olduğundan, onlar daha məhduddur
və qiymətlə bağlı elastik deyildir. Ona görə də torpağın qiymətinə
kapitallaşdırılmış torpaq rentası kimi baxılır. Torpağın qiyməti,
onu əks etdirir ki, hansı məbləğdə pulun banka qoyulması mövcud
bazar faiz norması ilə torpaq rentasma bərabər gələn gəlir əldə
etmək olsun. Torpağın qiyməti bu formula ilə də hesablanır:
_
İllik renta
lorpaq
Borcun faiz dərəcəsi
Torpağın
qiyməti,
onun
icarə
haqqı
ilə
müəyyənləşdirildiyindən elastik deyildir. Çünki, bir qayda olaraq,
torpağın
137
icarə haqqı yüksək olur. Lakin rəqabət şəraitində icarə haqqının
kəmiyyətində dəyişikliklər baş verir. Bu da icarəyə veriləcək
torpaqların münbitlik səviyyələrinin müxtəlifliyi ilə əlaqədardır
(şəkil 4).
Dostları ilə paylaş: |