5.4.
Müqavilə qiymətləri və
onların formalaşması
şərtləri
Bazar mexanizminin meydana gəlməsi, qiymətqoymanın
normativ metodundan imtina olunmasına və onun əvəzinə
müqavilə qiymətlərinin əmələ gəlməsinə səbəb olmuşdur.
Əmtəə və xidmətlərin rəqabət şəraitində təklifinin artması,
iqtisadi konyunkturanın dəyişilməsi qiymətin rolunun və
təyinatının da dəyişilməsinə səbəb olur.
Artıq bizə molumdur ki, əmtəənin qiyməti müəyyən
valyuta sisteminin pul vahidi kəmiyyəti olub, alıcının satıcıya
ödədiyi ilkin razılaşdırılmış məbləğdir.
Məhsulun hazırlanmasına çəkilən məsrəf kimi çıxış edən
qiymətin müəyyənləşdirilməsinin əsasında aşağıdakılar durur:
•
dəyər göstəriciləri;
•
müəssisənin fəaliyyətini əks etdirən məsrəf və nəticənin
müqayisəsi;
» müəssisənin stimullaşdırılmasının həyata keçirilməsi;
•
müəssisənin mənfəəlliliyinin davamlı təmin olunması.
Belə əsaslanma müqavilə qiymətlərinin də müəyyən-
ləşdirilməsində də mühüm rol oynayır. Lakin bununla yanaşı
müqavilə qiymətləri bir sıra spesifik cəhətlərlə xarakterizə olunur:
149
•
əmtəənin şərti ölçü vahidi müəyyənləşməlidir. Yəni
qiymətin qoyulduğu əmtəənin ticarət məlumatlarının xarakteri,
onun çəkisi (netto, brutto), tara və bağlamanın dəyəri
göstərilməlidir.
•
qiymətin bazisi müəyyənləşməlidir. Göndərilən yerə
müvafiq əmtəənin daha sərfəli satışının şərtləri, xüsusən nəqliyyat,
sığorta, anbar və s. xərclər nəzərə alınır. Əmtəənin müqavilə
qiyməti bağlanılarkən ya onun göndərilməsi ilə bağlı olan bütün
nəqliyyat xərcləri nəzərə alınır və yaxud da daşınmanın dəyəri
nözərə alınmır.
•
Qiymətin valyutası müəyyənləşdirilir. Müqavilə qiyməti
ya idxalçının, ya ixracçının, ya da ki, üçüncü ölkənin valyutasını
göstərir.
•
Qiymətin səviyyəsi müəyyənləşdirilir. Eyni bir əmtəənin
hətta bir region daxilində müxtəlif qiymətlərdə satıla bildiyi üçün,
istehsalçı onun qiymətini dəqiq müəyyənləşdirməlidir.
Qiymətin səviyyəsinin müəyyənləşdirilməsində əsas
metod kimi, analoji əmtəəyə rəqabətçilərin qoyduğu qiymətin
öyrənilməsi üstünlük təşkil edir. Bundan əlavə, qiymət barədə
mövcud olan bir sıra məlumat mənbələrindən də istifadə olunur:
•
müxtəlif assosiasiyaların məlumat qiymətlərindən;
•
qiymət preyskurantından;
•
müqavilələrin sürətindən;
•
birja kotirovkalarından;
•
dərc
olunan
müxtəlif
qəzet
və
jurnalların
materiallarından;
•
iri şirkətlərin İnternet saytlarından və s.
Belə şəraitdə əsas diqqət real bazarda mövcud olan
qiymətlərə verilməlidir. Çünki keçən dövrün qiymətləri ilə cari
dövrün qiymətlərində müəyyən fərqlər mövcud olur:
•
müqavilə qiymətlərinin bağlanılmasında onun qeyd
olunan momenti göstərilməlidir.
Belə momentlər isə müxtəlifdir:
150
•
müqavilənin bağlandığı moment;
•
müqavilənin fəaliyyət müddəti momenti;
•
müqavilənin icra momenti.
Qeyd olunma momentlorindən asılı olaraq möhkəm,
dəyişilən, sürüşkən qiymət növlərindən istifadə olunur.
Möhkəm qiymətlər, müqavilənin bağlandığı momentə
qoyulur və onun fəaliyyət göstərdiyi dövr ərzində dəyişilməz qalır.
Belə qiymətlər qısa müddət ərzində bağlanmaqla, əməliyyatların
vaxtında icra olunmasım tələb edir. Həmçinin malların vaxtında
göndərilməsi qeyd olunmaqla uzun müddət ərzində də müqavilə
bağlanılır.
Dəyişilən qiymətlər, mövcud əmtəənin bazar- qiymətinin
dəyişilməsi ilə bağlı olaraq, onun müqavilənin bağlandığı vaxt
nəzərə alınaraq bir sıra prinsiplər əsas götürülür:
•
müqavilənin icrası momentinə qədər qiymətin enib-
qalxma şəraiti müəyyənləşdirilir;
•
qiymətin enib-qalxma şəraiti daxilində mümkün
minimumdan kənarlaşma müəyyənləşdirilir;
•
bazar qiymətinin dəyişilməsini əks etdirən mənbə
müəyyənləşdirilir.
Üzücü qiymətlər, müqavilənin icra dövrü momentində
istehsal xərclərinin dəyişilməsi ilə əlaqədar bazis qiymətlərinə
yenidən baxılması ilə müəyyən olunan qiymətdir. Əgər müqavilə
hissələrin göndərilməsi üzrə bağlanılıbsa, onda hər göndərmənin
öz qiyməti hesablanır. Bazar konyunkturasının yüksəldiyi bir
şəraitdə idxalçının mənafeyi naminə üzücü qiymətləri qoyan
zaman, müqavilədə bir sıra məhdudlaşdırıcı şərtlər daxil edilir.
Belə ki, məhsul kəmiyyətinin həddindən asılı olmayaraq qiymət
dəyişikliyi aparılmır, ya da müqavilə qiymətinin həddi dəyişilmir.
Müqavilə qiymətlərinin səviyyəsinin müəyyənləşdiril-
məsində adətən iki qiymət növündən:
•
dərc olunan qiymətdən;
•
dünya qiymətindən istifadə olunur.
151
Dərc olunan qiymətlər xüsusi və normativ mənbələrdə
dərc olunaraq, bir qayda olaraq dünya qiymətlərinin səviyyəsini
əks etdirir. Dünya qiyməti dedikdə isə bu iri idxal - ixrac
əməliyyatlarının tədiyyəsini sərbəst konvertləşmiş valyuta ilə
həyata keçirilən qiymət nəzərdə tutulur. Dərc olunan qiymət
özündə, ümumi statistik külliyyatlarda qeyd olunan birja ko-
tirovkasını, hərrac qiymətini, faktiki əməliyyat qiymətini, qiymət
məlumatlarını əks etdirir.
Qiymətin əmələ gəlməsi mexanizmində onun stimul-
laşdırılması xüsusi röl oynayır. Belə ki, qiymətə əlavə və
güzəştlərin həyala keçirilməsi bazar mühitinin formalaşmasından,
bazar
konyunkturasının
dəyişilməsindən,
əməliyyatların
xarakterindən, alıcılarla qarşılıqlı münasibətdən, çatdırılmanın və
tədiyyənin şərtindən asılıdır.
Beynəlxalq ticarət praktikasında 20-ə qədər müxtəlif
güzəştlərdən istifadə olunur. Bunların bəzilərinin adını göstərmək
olar:
•
Adi güzəştlər. Belə güzəşt adətən 20-30% və yalnız
müstəsna hallarda 40%-ə qədər olur. Adi güzəştlər standart növlü
avadanlıqlar üzrə bağlanılan müqavilələrə şamil olunur.
•
Bonus güzəştləri. Bu daimi alıcılara tətbiq olunur və
xüsusi bənd kimi müqavilədə nəzərdə tutulur. Müqavilədə
müəyyən müddət ərzində güzəştin ödənilməsi məbləği göstərilir.
•
kəmiyyət və seriya güzəşti, alıcıya əvvəlcədən bəlli olan
kəmiyyətə görə edilir.
•
xüsusi güzəşt alıcıya sınaq partiyasına və sifarişə görə
edilir və bu satıcının daha maraqlı olması ilə əlaqədardır.
•
gizli güzəşt kreditlərə görə, pulsuz xidmət pulsuz
nümunələrə görə edilir.
•
geri qaytarmaya görə güzəşt, firmadan əvvəl alınmış
əmtəələrə görə preyskurant qiymətlərinin 25-30%-ə qədər alıcıya
köhnəlmiş modellərə görə verilir.
152
|