•
bazar modelini müəyyən edir, yəni bazar xalis rəqabət,
inhisarçı rəqabət, oliqopoliya və ya xalis inhisar şəraitində
olduğunu
təyin edir;
•
əmtəənin həyat tsikli
mərhələsini müəyyən edir;
•
qısa və uzun dövrlər üçün maksimum mənfəətin
səviyyəsini müəyyən edir;
•
bazarın müəyyən hissəsinin ələ keçirilməsinə cəhd
göstərir;
•
satışı stimullaşdıran
qiymət səviyyəsini müəyyən
edir;
•
satış qiymətinin dəyişilməsinə təsir göstərən amilləri
təhlil edir;
•
bazar qiymətlərinin
səviyyəsini müəyyən edir;
•
qiymətlərin səmərəli dəyişilməsi dinamikasını izləyir.
Qiymət siyasətinin həyata keçirilməsi üçün ilkin olaraq
üstünlük verilən bazar seçilir və orada məqsədəuyğun fəaliyyət
göstərmək üçün mümkün istehsal imkanları qiymətləndirilir.
Bazarın tədqiq olunması ilə istehsalçı hansı bazar tipində, yəni
təkmil və ya qeyri-təkmil rəqabətli bazarda iştirakını
müəyyənləşdirir.
Qiymətin əmələ gəlməsi strategiyasının hazırlanması
üçün əmtəələrin həyat tsiklinin müəyyənləşdirilməsi də xüsusi
əhəmiyyət daşıyır. Əmtəələrin həyat tsiklinin ayrı-ayrı
mərhələlərinin öyrənilməsi, firmanın ümumi məqsədi ilə əlaqədar
həyata keçirilir. Firmanın ümumi məqsədi də qısa müddət üçün:
•
mənfəətin maksimumlaşdırılmasından;
•
bazarın müəyyən
hissəsinin ələ keçirilməsindən;
•
ziyansız fəaliyyətin qorunmasından ibarətdir.
Bazarın tipini,
əmtəələrin həyat tsiklini, firmanın
məqsədini müəyyənləşdirdikdən sonra
Dostları ilə paylaş: