Cədvəl 1
Rəqabətin forması
Rəqabətin formasını əks
etdirən cəhətlər
Qiymət üzərində
nəzarət səviyyəsi
Azad və ya təkmil
rəqabət
Mövcud məhsuldan
istehsal edən firmaların
çoxluğu
Qiymətlər üzərində
nəzarət yoxdur
İnhisarlı və ya təkmil
rəqabət 0 cümlədən:
Mövcud məhsulu yalnız
bir firma istehsal edir
Qiymətlər üzrə yüksək
səviyyəli nəzarət
1. Duopoliya
Mövcud məhsul növü
yalnız iki firmada istehsal
olunur
Qiymətlər üzrə tam
deyil, bir qədər nəzarət
var
2. Oliqopoliya
Eyni cinsli məhsul
istehsalı az qisim
firmaların əlində
cəmlənib
Qiymətlər üzrə tam
deyil, bir qədər nəzarət
var
3. Fərqli məhsulların
inhisarlı rəqabəti
Xeyli istehsalçı və
müxtəlif məhsullar
Zəif nəzarət
Cədvəldən göründüyü kimi azad və ya təkmil rəqabət üçün
xarakterik olan cəhət ondan ibarətdir ki, burada:
•
eyniadlı məhsul istehsal olunur;
•
ona eyni qiymət qoyulur;
•
eyni vaxtda məhsul istehsal olunur;
•
istehsalın miqyasına və qiymətin səviyyəsinə təsir imkan
xaricindədir;
•
bazara istənilən vaxt daxil olub, çıxmaq olar.
Lakin bütövlükdə təkmil rəqabəti əks etdirən xüsusiyyətlər
nəzərə alınmaqla, bazarın təşkili modelində bir sıra çatışmazlıqlar
ortaya qoyulur:
•
müstəqil əmtəə istehsalçılarının çoxluğu, onların yüksək
təşkil olunmuş bazarın mövcudluğunu tələb edir. Lakin bir sıra
sahələrin, xüsusən kənd təsərrüfatı məhsulları, fond birjaları,
xarici valyuta bazarları istisna olmaqla, belə bazarların təşkili
imkan xaricindədir;
156
•
rəqabət aparanlar standartlaşdırılmış və ya eynicinsli
məhsul istehsal edirlər. Mövcud qiymətlə hansı satıcıdan, hansı
məhsulun alınması istehlakçı üçün əhəmiyyət daşımır. Eynicinsli
məhsulun standart vəziyyəti qeyri-qiymət rəqabətin aparılmasını
məhdudlaşdırır. Xüsusən keyfiyyət, reklam, sığorta və satışın
stimullaşdırılması
istiqamətində
tədbirlər
aparılmır
və
təşəbbüskarlıq aşağı düşür;
» təkmil rəqabət bazarının subyektləri «qiymətlə razıla- şan»
və ya «qiyməti qəbul edən» kimi iştirak edirlər. Təkmil rəqabət
bazarında ayrı-ayrı firmalar məhsulun qiyməti üzərində nəzarət edə
bilmirlər. Çünki bütün bazar subyektləri yalnız ümumi istehsal
olunan məhsulun müəyyən bir hissəsini istehsal edirlər. İstehsalın
azalması və ya çoxalması onların təklif etdiyi məhsulun nə
həcminə, nə də ki qiymətinə təsir göstərməyəcək. Hər bir rəqabət
aparan istehsalçı bazar hakimiyyətinə tabedir. Qiymət müəyyən
olunmuş kəmiyyət kimi, istehsalçının təsirindən kənardır. Firma
istehsalın az və ya çoxluğundan asılı olmayaraq, reallaşmanı eyni
qiymətlə həyata keçirəcəkdir. Belə şəraitdə yüksək qiymətə satışın
həyata keçirilməsi arzusu xəyal olaraq qalacaqdır;
•
bütün alıcılar və satıcılar müəyyən sahəyə daxil olmaq və
çıxmağa görə tam sərbəstlik daşıyırlar. Bu o deməkdir ki, firmalar
mövcud məhsul istehsalı, onun satışının həcmi barədə tam
sərbəstdir. Onun arzu və istəyindən asılı olaraq məhsul istənilən
həcmdə istehsal oluna bilər və ya dayandırıla bilər;
•
heç bir leqal və maliyyə məhdudiyyətləri olmadığından
sahəyə daxil olmaqla bağlı olaraq patent və ya lisenziya tələb
olunmur;
•
bazarın təşkil olunmasına qarşı heç bir müdaxilə
olmadığından onun daxilində alıcı və satıcıların mobilliyi
olduğundan, hər cür asılılıqlardan kənardır. Burada yalnız iki
tərəfin, alıcılarla satıcıların üz-üzə gəlməsi müşahidə olunacaqdır.
Alternativ qiymət yüksəkliyindən asılı olaraq bir sahədən digər
sahəyə axın baş verir;
157
• təkmil rəqabət şəraitində əmtəə istehsalçısı istehsalını
minimum xərclə, minimum kəmiyyətlə və daha keyfiyyətlə həyata
keçirmək məcburiyyətində qalacaqdır. Əks təqdirdə istehsalçı öz
məhsulunu sata bilməyəcəkdir. Çünki alıcı üçün belə məhsula,
rəqabət aparan digər firmadan alacaq. Bu da alıcıların belə şəraitdə
daha minimum qiymətdə məhsul əldə etmək uğrunda cəhd
göstərdikləri rlə əlaqədardır.
Beləliklə, biz görürük ki, təkmil rəqabət bazarında kiçik
firmalar iştirak etdiyindən onlar bazar qiymətlərinə təsir göstərə
bilmir. Bu o deməkdir ki, rəqabət aparan firmalar istehsal etdiyi
məhsulların həcmindən asılı olmayaraq, onları yalnız cari bazar
qiyməti ilə reallaşdıra bilər. Deməli, təkmil rəqabət bazarında firma
qiymətləri «vura» bilmir. Yəni məhsulunu bazar qiymətindən
yüksək sata bilmir, o yalnız rəqa- bətçi satıcı rolunu oynayır.
Əgər biz inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrin, o
cümlədən bizim ölkənin iqtisadiyyatına nəzər salsaq görərik ki,
təkmil rəqabət bazarının təşkil olunması olduqca çətin və
mürəkkəb bir prosesdir. Çünki istehsalı olduqca çətin görünən
əmtəələrin istehsalı artıq külli miqdar firmalar tərəfindən deyil, bir
neçə iri şirkətlər tərəfindən istehsal olunur. Məsələn, ABŞ-da
təyyarə «Boinq» və «Airbus» şirkətləri tərəfindən avtomobil
istehsalının 80%-ə qədəri «Ford», «Ceneral Motors», «Kraysler»,
həmçinin Yaponiyaya xas «Toyota» və «Honda» firmalarında
istehsal olunur. Digər kütləvi məhsul istehsal olunan məhsullar
elektron avadanlıq və cihazlar, pendir, yağ, çay, siqaret, sabun,
elektrik enerjisi və s.-də artıq təkmil rəqabətdən uzaqdır. İri
şəhərləri elektrik enerjisi ilə təmin edən yalnız bir firma fəaliyyət
göstərir. Yalnız bir aqrar sektorun kənd təsərrüfatı məhsulları;
taxıl, kartof, çuğundur, pambıq və s. istehsal edən sahələrdə təkmil
rəqabətə xas olan cəhətlərə rast gəlmək olar. Bəzən bu məhsulların
da daşınması, saxlanması və çatdırılması ilə əlaqədar təkmil
rəqabət prinsipi pozulur. Həqiqətən də müasir dünyada istehsal
olunan siqaretdən tutmuş saqqıza qədər bir neçə
158
firma müvafiq sahələrin qiymətinə təsir göstərə bilər. Firmaların
istehsal həcmi ilə qiymətin səviyyəsinə təsir göstərdiyi andan
təkmil rəqabət öz yerini, P.Samuelsonun ifadəsi ilə desək: «xoş
gəldin qeyri-ləkmil rəqabət»2ə verir. Beləliklə, əgər firma
buraxmış olduğu məhsulun qiymətinə təsir göstərə bilirsə, artıq o
«təkmil rəqabətin» subyektinə çevrilir. Lakin təkmil rəqabəti, bir
firmanın ö/, məhsulunun qiyməti üzərindəki mütləq nəzarətlə
eyniləşdirmək olmaz. Qeyri-tək- mil rəqabət şəraitində firma
qiymətlərə müəyyən həddə qədər nəzarət edə bilər. Məsələn, Bakı
Biskvit Fabriki şirniyyat məhsullarının böyük bir hissəsinin
istehsalçısı olsa belə, o qiymətlərinə müəyyən həddə qədər
müdaxilə edib istehsalının həcmini artıra bilər. Çünki Gəncədə,
Sumqayıtda belə şirniyyat fabrikləri var. Onlar da belə nəzarət
formasından istifadə edə bilərlər. Deməli, qeyri-təkmil rəqabət
subyektləri qiymətlə bağlı qərarlarında
Dostları ilə paylaş: |