6.2.
Təkmil rəqabət
İndi isə ayrı-ayrı halda təkmil və qeyri-təkmil rəqabətin
mahiyyətinə və xarakterik cəhətlərinə bir qədər ətraflı şəkildə
diqqət yetirək. Elə başlayaq təkmil rəqabətdən. Təkmil rəqabət
xüsusi mülkiyyətə və təsərrüfat əlahəddiliyinə əsaslanır.
İstehsalçılar arasında əlaqə yalnız bazar vasitəsilə yaranır. Yüksək
rəqabətqabiliyyətlilik o şəraitdə özünü əks etdirir ki, rəqabətçi öz
məhsulunu reallaşdırarkən bazarda
satış şərtinə təsir göstərmir.
Bununla yanaşı təkmil rəqabətli bazarın fəaliyyət göstərməsi
üçün bir sıra şərtlərin yerinə yetirilməsini tələb edir:
161
•
ayrı-ayrı firmaların istehsalının həcminin çox olmamasını;
•
reallaşdırdığı məhsulun qiymət səviyyəsinə təsir göstərə
bilməməsini;
•
alıcıların qiymətlə bağlı yaxşı məlumatlandırılmasını;
•
satıcılar qiymətlə əlaqədar danışıqlara və ya razılaşmaya
girişməməsini;
•
biri-birindən asılı olmayaraq sərbəst fəaliyyət göstərməsi
ilə, istehsalçı firmaların sahəyə sərbəst daxil olub və çıxmasını.
Reallaşma şərtlərinin gözlənilməsi ilə istehsalçılarla
istehlakçılar arasında sərbəst əlaqənin mövcudluğunu təmin edir.
Təkmil rəqabət bütövlükdə qiymətin əmələ gəlməsinin bazar
mexanizminin formalaşmasını şərtləndirir. Bundan əlavə, təkmil
rəqabət tələb və təklif mexanizmini də satıcı və alıcı, istehsalçı və
istehlakçı timsalında formalaşdırır. İstehlakçının və ya alıcının,
eləcə də istehsalçının və ya satıcının davranışları iki qanun
çərçivəsində fəaliyyət göstərir:
•
tələb qanunu ilə bütün bərabər şərait daxilində alıcı aşağı
qiymətlə daha çox əmtəə alır və əksinə;
•
təklif qanunu ilə şəraitin dəyişilmədiyi halda satıcı
qiymətin yüksəldiyi şəraitdə daha çox əmtəə istehsalını təklif edir
və əksinə.
Əyani olaraq bunu reallaşmaya təklif olunan əmtəələrin
kəmiyyəti və qiymətinə olan tələb vasitəsilə izah etmək olar.
Qiymət nə qədər aşağıdırsa tələb bir o qədər yüksəkdir. Bazar
şəraitində belə asılılığın mövcudluğu tələbin, mövcud əmtəə
alıcılarının məcmu tələbi kimi özünü əks etdirməsindədir. Bunu
aşağıdakı cədvəl və qrafik təsvir vasitəsilə izah etmək olar.
162
|