6.3.
Qeyri-təkmil rəqabət
Kembric Universitetinin professoru Con Robinson 1933-cü
ildə dərc etdirdiyi «Qeyri-təkmil rəqabətin iqtisadi nəzəriyyəsi»
adlı əsərdən sonra mikroiqtisadi problemlərin öyrənilməsinə ciddi
təkan verdi. Bu istiqamətdə Edvard Çem- berlinin fikirləri də
inhisarh rəqabət haqqında xüsusi maraq daşıyırdı. Onların birgə
əməkdaşlığı nəticəsində C.Robinson
165
qeyri-təkmil rəqabət nəzəriyyəsini yaratmaqla, onun gələcək
təkamülünün əsasını qoydu.
Artıq qeyd etdiyimiz kimi, qeyri-təkmil rəqabətlə inhi- sarlı
rəqabət terminoloji baxımından yaxınlıq təşkil etsələr də, lakin
onların fəaliyyəti baxımından müəyyən fərqli baxışlar meydana
gəlir. Bu da rəqabət və inhisar terminlərinin məzmunundan irəli
gəlir. Çünki inhisar ifadəsi yunan sözü olub, «mono» - bir, «polist»
- satıcı deməkdir. Lakin real həqiqətdə elə bir situasiya ola bilməz
ki, vahid bir firma analoqu olmayan bir əmtəə istehsal etsin. Ona
görə də inhisar ifadəsi bir qədər şərti xarakter daşıyaraq rəqabətin
qeyri- təkmil xarakterində də müstəsnalıq təşkil edərək, onun bir
növü kimi çıxış edir. Belə ki, inhisarçı təkmil rəqabət şəraitində
qiymət üzərində müəyyən hakimiyyətə malik olur. Qiymət
üzərində yüksək səviyyəli nəzarət olsa da, lakin onun miqyası
fərqlidir. Çünki inhisarçı düşünülmüş şəkildə elə qiymət
səviyyəsini müəyyən elməyə səy göstərir ki, ona maksimum
mənfəət gətirsin. Belə şəraitdə tələbin funksiyası həlledicidir.
İnhisarçının onun dəyişilməsinə gücü çatmır. Həddindən artıq
qiymətin qaldırılması, tələbin özünün və kəmiyyətinin azalması
deməkdir. Digər tərəfdən inhisarçının tələbin həcminin müəyyən
edilməsi, onun imkanı xaricindədir. Əgər «xalis» inhisarçı
bütövlükdə bazarı ələ keçirdibsə, onda məhsulun əlavə
kəmiyyətinin satılması üçün qiymətləri aşağı salmalıdır. Belə
vəziyyət bir daha təsdiqləyir ki, qiymət üzərində hakimiyyət
inhisarçı üçün mütləq xarakter daşımır. Çünki o, öz arxasında
onun məhsulundan istehsal edəcək rə- qabətçinin gələcəyini bilir.
Bu da əmtəəyə olan tələb əyrisinin və elastikliyinin dəyişilməsinə
səbəb olacaq. Burada istisnalıq təbii inhisar üçün mövcuddur ki,
bu barədə sonra bəhs edəcəyik.
Deməli, qeyri-təkmil rəqabət üçün xalis inhisarçılıqdan
fərqli xüsusiyyətlər mövcud olub firmaların fəaliyyətində öz
əksini tapır. Yəni firmalar təkmil rəqabət şəraitindən fərqli olaraq,
qeyri-təkmil rəqabət şəraitində qiymət səviyyəsinə və
166
istehsal etdiyi əmtəənin kəmiyyətinə təsir göstərə bilir. Digər
tərəfdən sahə bazarlarında təkmil rəqabətdə olduğu kimi çoxlu iri
firma iştirak edə bilər. Yalnız sahə səviyyəsində tutaq ki, noutbuk,
tozsoran, plazma televizor, kofe, avtomobil və s. məhsul istehsalı
üzrə firmaların say çoxluğu ola bilər. Lakin burada təkmil
rəqabətdən fərqli cəhət ondan ibarətdir ki, burada məhsulların
təbiəti müxtəlifdir. Firmanın məhsulunu əvəz edən külli miqdarda
məhsullar mövcuddur. Lakin onları biri-birindən fərqləndirən
cəhətlər var. Məsələn, götürək diş pastası, əl telefonu bazarlarını;
burada bu məhsulların müxtəlif markada və adda təklifi irəli
sürülür. İstehsalçı, istehlakçıya müxtəlif vasitələrlə, xüsusən dö
reklam vasitəsilə məhsulu barədə məlumat çatdırır. Burada
məhsulun fərqləndirici cəhətləri çatdırılmaqla, onun unikallığı
göstərilməklə onun inhisarçı tərəfindən istehsalı təsəvvürünü
yaradır. Əmtəələrin patent nişanları, sənaye markası, ticarət nişanı
bu unikallığı möhkəmlətməklə, onun fərqləndirici şəkildə
istehsalçıya qiymət üzərində nəzarətlə reallaşmasına imkan verir.
Lakin belə şəraitdə inhisarh, rəqabətli firmaların məhsullarının
tələb əyrisi az elastikliyə malikdir. Buna baxmayaraq müxtəlif
sahələrdə fəaliyyət göstərən inhisarh rəqabət özünü təkmil rəqabətə
yaxın göstərir. Bu da həmin sahədə bir neçə iri firmanın fəaliyyət
göstərməsi və bazar hakimiyyətinə malik olması ilə əlaqədardır.
Bazar hakimiyyəti dedikdə, satıcının əmtəənin qiymətinə təsir edə
bilməsi nəzərdə tutulur.
Ümumiyyətlə, qeyri-təkmil rəqabətin baş verməsi üçün iki
əsas səbəb mövcuddur:
•
müəyyən sahələrdə istehsalın miqyasının və xərclərin
azalmasına qənaətin olması meyli hesabına satıcıların sayının
azalması;
•
burada istehsal iri firmalara ucuz başa gəldiyindən, kiçik
firmalara nisbətən öz məhsullarını ucuz satmaqla, onları sahədən
uzaqlaşdıra bilirlər.
167
• bazarlar qeyri-təkmil rəqabətə meyilli olduğundan, yeni
rəqabətçilərin daxil olması üçün çətinliklərin olması; Burada giriş
çətinliyinin olması ya dövlət tənzimlənməsi mexanizmi ilə, ya da
bazara daxilolmanın bahalığı ilə əlaqədar ola bilər.
Bundan əlavə, qısa və uzun müddət ərzində firmaların
qeyri-tokmil rəqabət şəraitində davranışlarında fərq mövcuddur.
Belə ki, qısa müddət ərzində firmalar mənfəətlərini mak-
simumlaşdırmaqdan ötrü
Dostları ilə paylaş: |