Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»


istehsalın  həcmi  və  qiyməti



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə93/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   233
Bazar 1

istehsalın  həcmi  və  qiyməti 
kombinasiyasından islifadö etdiyindən bura yeni firmalar daxil ola 
bilmir.  Firmaların  son  gəlirləri  qiymətə  bərabər  gəlmir.  Çünki 
onlar  öz  məhsullarını  çox  satmaqdan  ötrü  qiymətləri  aşağı 
salmalıdırlar.  Ona  görə  də  onun  son  gəliri,  tələb  əyrisindən 
aşağıdır. Firmanın tarazlıq nöqtəsi (E), MC və MR kəsişməsi ilə 
müəyyən  olunur.  Başqa  cür  desək,  MC=MR-ə  bərabər  olması 
mənfəətin maksimumlaşdırılmasmı şərtləndirir. Bunu qrafik təsvir 
vasitəsilə də görmək olar (şəkil 4). 
Qrafik  təsvirdən  görünür  ki,  qısa  müddət  ərzində  tələb 
əyrisində kapital resursundan (K) istifadə etməklə 
P
E
=Q

tarazlıq 
əldə olunsa da, lakin təkliflə bağlı (AC) orta xərclərin çəkilməsi 
son gəlirlə (MR) bağlı olub, həm işçi qüvvəsindən (L) son həddə 
qədər istifadə olunmasında (M), həm  də son istehsal xərclərinin 
(MC)  çəkilməsi  ilə  bağlı  tarazlıq  (E)  əldə  olunub.  Son  istehsal 
xərclərinin  son  gəlirlərə  bərabər  olması,  yəni  MC=MR-lə 
uzlaşması  firma,  qiymət  tarazlığını  əldə  etməklə,  orta  dəyişilən 
xərcləri təmin etmiş olur. 
168 


 
Şəldl4 
Uzun  müddət  ərzində  inhisarlı  rəqabət  bir  sıra  cəhətlərlə 
özünü əks etdirir: 

 
heç bir  əngəllərin olmadığından mövcud iqtisadi mənfəət 
naminə sahəyə yeni rəqabət apara biləcək firmalar daxil olur; 

 
yeni  firmanın  daxil  olması  ilə  əvvəlki  firmaların 
məhsullarına olan tələb əyrisi sola meyil edir; 

 
son gəlir əyrisində də enmə meyli baş verir; 

 
tələb  əyrisi  ilə  orta  xərclər  əyrisinin  kəsişmə  nöqtəsi  ilə 
iqtisadi mənfəətin dayanması baş verir və sahəyə yeni kapital və 
firmaların axını dayanır; 

 
sahənin bütün firmaları, orta xərclər səviyyəsində müəyyən 
edilən  tarazlı  qiymət  nəticəsində  yalnız  normal  mənfəət  əldə 
olunur. 
Bunu  qrafik  təsvirdə  görmək  olar.  Qeyd  olunan  E  nöqtəsi 
firmanın  inhisarlı  rəqabət  şəklində  uzunmüddətli  tarazlığını  əks 
etdirir. Burada diqqəti cəlb eləyən cəhət ondan ibarətdir ki, tarazlıq 
nöqtəsi,  uzunmüddətli  orta  xərcin  aşağı  kəmiyyəti  ilə  uyğun 
gəlmir. Bu da tələb əyrisinin təkmil rəqa- 
169 


bətdə olduğu kimi üfüqi xotdo olmaması ilə əlaqədardır. Ona görə 
də qiymət uzunmüddətli orta xərcin minimum səviyyəsinə bərabər 
gəlmir.  Bu  baxımından  inhisarlı  rəqabət  şəraitində  istehsalın 
səmərəliliyi əldə olunmur. 
Şəkü5 
 
İnhisarlı rəqabətin mövcud olması cəmiyyətdə külli miqdar 
xərclərin  çəkilməsinə,  reklam,  informasiya  və  s.  olduqca  iri 
məbləğli  məsrəflərin  çəkilməsinə  səbəb  olur.  Ona  görə  də  çox 
hallarda inhisarlı rəqabətin çatışmayan cəhəti kimi: 

 
məhdud  resursların  eynitipli  məhsulların  hazırlanmasına 
faydasız sərf olunması; 

 
məhsulların  fərqləndirici  xüsusiyyətləri  və  reklam, 
istehlakçıların  zövqünə  üstünlük  verilməsinə  və  davranışlarının 
dəyişilməsinə səbəb olması; 

 
reklamla  verilən  məlumatların  minimal,  tam  olmaması, 
bəzi hallarda səhv olması; 

 
reklam  xərclərinin  həddindən  artıq  yüksək  olması  qeyd 
olunur. 
70 


Bununla  yanaşı  çatışmayan  cəhot  kimi  qeyd  olunan 
məhsulların  fərqləndirici  xüsusiyyəti  və  reklamı  həm  də  bir  sıra 
müsbət xüsusiyyətlərə və üstünlüklərə malikdir; 

 
məhsulların  fərqləndirici  xüsusiyyətlərinin  çoxluğu 
şəraitində istehlakçıların tələbatlarının tam ödənilməsi baş verir; 

 
məhsulun  təkmilləşməsi  və  keyfiyyətinin  yüksəlməsi 
prosesi gedir; 

 
reklam, istehlakçını məhsulun keyfiyyəti, qiyməti, istifadə 
olunması üsulu barədə məlumatlandırır; 

 
fərqləndirmə  və  reklam  rəqabəti  stimullaşdırır  və 
bütövlükdə bazar sistemini inkişaf etdirir. 
İnhisaıiı  rəqabətlə  bağlı  qeyd  olunan  mənfi  və  müsbət 
cəhətlərdən  asılı  olmayaraq  qeyd  etməliyik  ki,  o  bazar 
münasibətlərinin  ən  geniş  yayılmış  formasıdır.  Belə  olmasaydı 
iqtisadiyyatın müxtəlif sahələrində eynitipli məhsul istehsalında və 
xidmətin  göstərilməsində  külli  miqdar  firmalar  olmazdı. 
Qeyri-təkmil  rəqabətin  qeyd  olunan  formalarından  biri  oli- 
qopoliyadır. Oliqopoliya birmənalı şəkildə «az satıcılar» ifadəsini 
əks etdirir. Bu termini elmi dövriyyəyə ilk dəfə ingilis iqtisadçısı 
E.Çemberlin gətirmişdir. Oliqopoliya özündə həm də qeyri-təkmil 
rəqabətin forması olan duopoliyanı da əks etdirir. Bu baxımdan «az 
satıcılar»  sırasında  2.  6  və  ya  14  firma  ola  bilər.  Bu  saylarm 
müəyyən  edilməsində  mühüm  prinsipial  moment  kimi  ayrı-ayrı 
firmanın bazar qiymətinə təsir göstərə bilməsi nəzərə alınmalıdır. 
Oliqopoliya  əsasən  özünü  iri  və  inkişaf  etmiş  ölkələrin 
iqtisadiyyatında,  əsasən  emal  sənayesində,  nəqliyyat  və  rabitə 
sektorunda  əks  etdirir.  Lakin  məişət  texnikasında  da  oliqopoliya 
müşahidə  olunur.  Məsələn,  marketlərin  külli  miqdar  müxtəlif 
modeli  soyuducularla,  televizor,  ətçəkən,  tozsoran,  audio-video 
cihazlarla  və  s.  dolu  olmasına  baxmayaraq,  görürük  ki,  onların 
istehsalçısı az miqdar firmalardır. Oliqopoliyanı  xarakterizə edən 
cəhətlərə gəldikdə onlar müxtəlifdir: 
171 



 
sahədə  bir  qayda  olaraq  bir  neçə  iri  firma  fəaliyyət 
göstərir. Adətən 2-dən 5-ə qədər; 

 
bu  firmaların  istehsalı  o  qədər  güclüdür  ki,  o  sahənin 
təklifinə təsir göstərir; 

 
bazar  hakimiyyətinə  malik  olub,  bazar  qiymətinə  təsir 
göstərir; 

 
oliqopoliyanın məhsulu eynicinsli və fərqli ola bilər; 

 
müxtəlif  əngəllərlə  sahəyə  daxil  olmaq  olduqca 
məhduddur; 

 
oliqopoliyanın  məhsuluna  olan  tələb  əyrisi  inhisar  şə- 
raitindəki tələb əyrisilə eynilik təşkil edir. 
Eyni sahədə fəaliyyət göstərən azsaylı firmaların hər birinin 
davranışı  digəri  üçün  xüsusi  əhəmiyyət  kəsb  edir.  Çünki  sahə 
daxilində  bu  firmalar  bir-biri  ilə  rəqabətdədirlər.  Ona  görə  də 
bazarda hər firma davranışında təkcə öz məqsədindən asılı olaraq 
fəaliyyət  göstərmir,  eyni  zamanda  rəqib  firmanın  proqnoz 
nəticələrini də nəzərə alır. 
Bazarda  istehsal  fəaliyyətinə  görə  oliqopoliya  duopoliya 
adlanır.  Bir  neçə  təmərküzləşmiş  alıcıların  rəqabəti  nəticəsində 
qiymətlərə  təsir  göstərə  bilənlər  isə  oliqopsoniya  adlanır. 
Ümumiyyətlə  oliqopoliyanın  davranışı 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə