Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə96/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   233
Bazar 1

7.1.
 
İnhisar və onun formaları 
7.2.
 
Xalis və təbii inhisarın fəaliyyət xüsusiyyətləri 
7.3.
 
Rəqabətli və oliqopolik inhisarın fəaliyyət 
xüsusiyyətləri 
7.4.
 
Antiinhisar qanunvericiliyi 
7.1.
 
İnhisar və onun formaları 
Biz artıq təkmil və qeyri-təkmil rəqabətin məzmunu ilə eyni 
zamanda inhisar termini ilə tanış olmuşuq. Təkmil rəqabətin əksi 
kimi çıxış edən inhisar da sırf abstraksiya kimi görünə bilər. Lakin 
onun fəaliyyəti, real həyatda müxtəlif formalarda özünü əks etdirə 
bilər.  Yəni  inhisar  xalis,  təbii,  rəqabətli,  oliqopolik  formalarda 
müşahidə  oluna  bilər.  Bu  formaların  hər  birində  inhisar  özünü 
müxtəlif şəkildə təcəssüm etdirə bilər. Elə inhisarın xalis forması 
üzərində dayanaq. Xalis inhisar dedikdə bazarda yalnız bir satıcının 
mövcud olması nəzərdə tutulur ki, bu da praktiki olaraq mümkün 
deyil. Lakin hesab edək ki, nəzəri cəhətdən bu mümkündür. Bunu 
biz  təkmil  rəqabəti  izah  edərkən  belə  şərtiliyə  yol  vermişdik  və 
hesab  edirdik  ki,  bazara  istənilən  sayda  satıcı  və  alıcı  daxil  olur. 
Ancaq  burada  məhsulun  qiymətinə  və  kəmiyyətinə  təsir  etmək 
mümkün deyildi. Mütləq xalis inhisar şəraitində isə yalnız yekcins 
məhsul istehsal edən bir satıcı iştirak edir. Bu inhisarçının istehsalı 
yerli, regional və milli bazarda bütün istehlakçıların tələbini ödəyir. 
Xalis inhisarçı eynicinsli və yaxud bir qədər fərqli məhsul istehsal 
etməklə bütün sahəni ələ keçirtməklə həm qiymət səviyyəsinə, həm 
də məhsulun kəmiyyətinin dəyişilməsinə təsir göstərə bilir. Çünki 
onun istehsalına bənzər və ya onu əvəz edə biləcək məhsul istehsal 
edən digər bir müəssisə yoxdur. Xalis rəqabət 
176 


o vaxta qodor fəaliyyət göstərəcək ki, sahəyə yeni bir firma daxil 
olur.  Sahəyə  daxilolma  əngəllərinin  mövcud  olması  inhisarı 
şərtləndirən əsas amildir. Amillərin say çoxluğunun mövcud olması 
və  onların  hər  birinin  həll  oluna  bilməsi  inhi-  sarlaşmanm 
yumşaldıcı  vasitəsi  kimi  görünə  bilər.  Bazara  daxilolmanın 
əngəlləri kimi göstərmək olar: 

 
məhsula və texnologiyanın tətbiqinə patentin olması; patent 
hər hansı məhsul istehsalına və texnologiyanm tətbiqinə müəyyən 
müddət  ərzində  verilən  hüquqi  sənəddir.  Patent  müddəti  ərzində 
həmin  məhsulun  istehsalı  ilə  başqa  firmanın  məşğul  olmasına 
qadağa  qoyan  vasitədir.  Patent  sahibi  məhsul  növünü  və  ya 
texnologiyanı  sata  bilər.  Yalnız  patenti  əldə  etdikdən  sonra 
alternativ texnologiya ilə inhisarlı firma ilə rəqabətə girmək olar; 

 
dövlət  lisenziyasının  olması;  mövcud  bazarda  firmanın 
fəaliyyətinə  əsas  verən  sənəddir.  Tutaq  ki,  yalnız  inhisarçı  firma 
tütün məmulatını, spirtli içkini, ilan zəhərini və s. sata bilər; 

 
müəllif  hüquqları  vasitəsilə  nəzarətin  həyata  keçirilməsi; 
müəllifin  mənafeyinin  qorunması  naminə  orijinal  hesab  olunan 
rəsm əsərinin, kitabın, musiqi disklərinin, EHM-nın proqramları və 
s. 
“  əmtəə  nişanlarının  tətbiqi;  bu  firma  məhsulunun 
nümunəsini  əks  etdirməklə,  onun  digər  rəqabətçilər  tərəfindən 
istehsalına qadağa qoyan vasitədir; 

 
bərpa  olunmayan  və  nadir  resurslar  üzərində  mülkiyyət 
hüququnun olması. Misal olaraq dünya almaz bazarında «De Birs» 
və «Ros almaz» şirkətlərini göstərmək olar. 
“ miqyas effektinin olması; miqyasın genişlənməsi hesabına 
istehsal xərclərinin aşağı salınması ilə məhsul istehsalının həcminin 
artırılması hesabına inhisar mənfəətinin əldə olunması; 

 
sahəyə  daxilolmaya  mane  olan  qeyri-leqal  üsullardan 
istifadə  olunması;  sahəyə  daxil  olmaq  istəyən  firma 
nümayəndələrinə fiziki təzyiq və hədə-qorxuların gəlməsi, mafiya 
qruplaşmalarının təzyiq göstərməsi və s. 
177 


Beləliklə,  inhisarı  və  ya  onun  xalis  formasını  şərtləndirən 
cəhətlər mövcuddur: 
a)
 
bir iri firmanın olması; 
b)
 
məhsulunun unikal xarakter daşıması; 
c)
 
bazara daxilolmanın çətinliyi; 
ç) qiymət üzərində tam nəzarətin olması. 
Ümumiyyətlə,  qeyd  etmək  lazımdır  ki,  inhisann  meydana 
gəlməsi satılan əmtəənin xarakter və xüsusiyyətindən asılıdır. Əgər 
məhsul  yekcinsdirsə,  onun  analoqu  yoxdursa,  onda  alıcı 
məcburiyyət  qarşısında  inhisarçı  firmanın  məhsulunu  alır.  Əgər 
məhsulun  fərqləndirici  nümunəsi  varsa,  onda  qiymət  üzərində 
hakimiyyət  səviyyəsindən  asılı  olaraq  alıcılar  seçim  etmək 
imkanına malik olmaqla qiymətə görə tələb elas- tikliyi meydana 
gəlir. 
Ona  görə  də  xalis  mənfəətlə  bazar  hakimiyyəti  inhisarını 
fərqləndirmək lazımdır. Əslində xalis mənfəət, bazar hakimiyyəti 
inhisarının əmələ gəlməsi ilə nisbi mənada özünü əks etdirsə də, 
lakin  mütləq  mənada  özünü  göstərə  bilmir.  Çünki  bazar 
hakimiyyəti şəraitində firma üçün qiymətə təsir göstərmək, iqtisadi 
mənfəəti 
yüksəltmək, 
istehsalın 
və 
satışın 
həcmini 
məhdudlaşdırmaq  imkanı  yaranır.  Ona  görə  də  bazarın 
inhisarlaşma  səviyyəsi  barəsində  danışarkən,  həmin  bazarda 
ayrı-ayrı firmaların bazar hakimiyyəti nəzərdə tutulur. 
Bazarda  inhisarçı  firmanın  davranışı  istehsal  olunan 
əmtəələrin  həcminin  əlində  cəmlənmosindən  və  qiymət 
qoymasından  asılıdır.  Əgər  o,  qiymətin  yüksəldilməsi  qərarına 
gəlirsə,  onda  bazarın  bir  hissəsinin  itirilməsindən  çəkinməyəcək, 
oraya  rəqabotçi  firmanın  müəyyən  etdiyi  aşağı  qiymətlə  daxil 
olmasına  imkan  yaradacaq.  Belə  şəraitdə  nə  inhisarçı  firma 
qiymətləri  sonsuz  olaraq  yüksəldə  bilmir,  nə  də  rəqabətçi  firma 
məhsulunu  sonsuz  səviyyədə  aşağı  sala  bilməz.  Çünki  hər  iki 
şəraitdə satış qiyməti ilə bərabər bazar tələbi və istehsal xərclərinin 
səviyyəsi də nəzərə alınır. 
Ona  görə  do  mövcud  məhsulun  yeganə  istehsalçısı  olan 
inhisarçı firmanın təklifi, tələb əyrisi ilə bazar tələbi əyrisinin 
178 


bərabərliyi çərçivəsində fəaliyyət göstərəcək. İnhisarçı istehsalının 
həcmini  o  vaxta  qədər  artıracaq  ki,  orada  maksimum  mənfəət 
səviyyəsi təmin olunsun. İnhisarçı firmada rəqabət şəraitində artıq 
bizə  məlum  olan  prinsip,  son  gəlirin  son  xərcə  bərabərliyinə 
əsaslanaraq istehsalın həcmini artıracaq. 
Təkmil rəqabət şəraitində biz görmüşdük ki, firmalar üçün 
orta və son gəlirlərlə qiymət bərabərlik təşkil edir. Lakin inhisarçı 
üçün isə qiymət tamam başqa xarakter daşıyır. Orta gəlir əyrisi ilə 
qiymət, bazar tələbi əyrisi ilə uyğun gəlsə də, lakin son gəlir əyrisi 
bazar  tələbi  əyrisindən  aşağı  olur.  Bunun  da  əsas  səbəbi, 
inhisarçının bazara çıxaracağı məhsulun yeganə istehsalçısı olması 
ilə  əlaqədardır.  Çünki  məhsula  olan  qiyməti  istehsalın  həcminin 
artımı naminə aşağı  salarkən, təkcə sonuncuya  görə deyil, bütün 
satılan əmtəə vahidlərinə şamil edir. Bunu qrafik təsvir vasitəsilə 
də şərh etmək olar (şəkil 1). 
Tutaq  ki,  inhisarçı  məhsulunun  yalnız  bir  vahidini  800 
manata sata bilər. İki vahidini satmaqdan ötrü məhsulun qiymətini 
700 manata endirməlidir. Onda həm birinci, həm də ikinci məhsul 
700  manata  satılacaq.  Üçüncü  məhsul  vahidi  600  manata, 
dördüncü məhsul vahidi 500 manata satılmalıdır. 
Müvafiq olaraq inhisarçı firmanın gəliri bir vahid üçün - 800 
manat, iki vahid üçün - 1400 manat (700x2), üç vahid üçün - 1800 
manat (600x3), dörd vahid üçün - 2000 (500x4) olacaqdır. Lakin 
inhisarçı  firmanın son  gəliri hər vahid  məhsulun artımı hesabına 
müxtəlif  olacaqdır:  1  vah=800;  2  vah  =  =600(1400-800);  3 
vah=400(l 800-1400); 4 vah=200(2000- 1800). Qrafik təsvirdə də 
görünür ki, yalnız 1 vahid məhsul istehsalı şəraiti istisna olmaqla, 
bütün hallarda son gəlir qiymətdən aşağıdır. 
179 



Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə