Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»


firmanın  artımının  maksimum-



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə144/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   140   141   142   143   144   145   146   147   ...   233
Bazar 1

firmanın  artımının  maksimum- 
laşdırılması 
konsepsiyasının meydana gəlməsinə səbəb olmuşdur. 
Amerikalı iqtisadçı Marris 1964-cü ildə göstərirdi ki, menecerlərin 
öz  şəxsi  statuslarının  və  oməkhaqlarının  yüksəldilməsi  naminə 
firmanın 
artımını 
maksimum 
səviyyəyə 
çatdırmaq 
məcburiyyətindədirlər.  Bu  da  bölüşdürülməmiş  mənfəət 
normasının səviyyəsi ilə əlaqədardır. Belə ki, şirkətin mənfəəti iki 
yerə ayrılır: bir hissə səhmlərə görə dividendlor şəklində ödənilir, 
ikinci hissə isə bölüşdürülməmiş qalaraq 
261 


istehsalın  inkişafı  fondunu  yaradır.  Bölüşdürülməmiş  mənfəətin 
bölüşdürülmüş  mənfəətə  olan  nisbəti  bölüşdürülməmiş  mənfəət 
normasını əks etdirir. Səhmdar cəmiyyətləri şəraitində bu proses 
özünü  daha  çox  büruzə  verir.  Mənfəətin  bölüşdürülməmiş 
hissəsinin  az  və  ya  çoxluğu  menecerin  fəaliyyətindən  və  gəlirin 
səhmdarlar  arasında  bölüşdürülməsi  səviyyəsindən  asılıdır.  Belə 
vəziyyətdə  firmanın  artımı  «ta-  razlılığınm»  təmin  olunması  ilə 
zəruriləşir.  Firmanın  kapital  resurslarının  artım  sürəti  ilə  əldə 
olunan 
həcmin 
satışı 
arasındakı 
nisbətin 
seçilmə'si, 
bölüşdürülməmiş  mənfəət  normasının  müəyyənləşdirilməsi  ilə 
həyata  keçirilir.  Hər  konkret  şəraitdə  firma  fəaliyyətində  tələb 
olunan mənfəotlilik ilə artım arasındakı kombinasiyanı seçir. 
Firma  yaşamaq  üçün  inkişaf  etməli,  istehsalın  miqyasını 
artırmalı,  satışın  həcmini  yüksəltməlidir.  Bunun  üçün  firma 
istehsal  güclülərini  artırmalı  və  investisiyalaşmanı  həyata 
keçirməlidir.  Maliyyələşmə  prosesi  firmanın  artırmnda  zəruri 
amilə  çevrilir.  Ona  görə  də  firma  əsas  məqsədindən  irəli  gələn 
vəzifələrin  həyata  keçirilməsi  və  artımını  təmin  etmək  üçün  bir 
neçə yoldan istifadə edir: 

 
istehsalın  və  kapitalın  təmərküzləşdirilməsi  yolu  ilə 
firmanın daxili artım amillərindən; 

 
əsasən bölüşdürülməmiş mənfəətin bir hissəsindən və bir 
qədər də amortizasiya fondundan; 

 
bank  və  digər  maliyyə-kredit  təşkilatlarından  alınan 
borclardan; 

 
əlavə qiymətli kağızların emissiya edilməsindən; 

 
istehsalın və kapitalın mərkəzləşdirilməsindən. 
Qeyd  olunan  sonuncu  yol,  firmanın  artımının  ən  geniş 
yayılmış vasitəsidir. Belə ki, firma aktivlərinin artınrunın 50%-i, 
sənaye təmərküzləşməsinin 60%-i yalnız bu üsulla həyata keçirilir. 
Firmaların  birləşməsi,  udulması  iri  şirkətlərin  əmələ  gəlməsinə 
səbəb olmaqla onların fəaliyyətində yeni xüsusiyyətlərin meydana 
gəlməsini əsaslandırmışdır. 
262 



Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə