Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə140/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   136   137   138   139   140   141   142   143   ...   233
Bazar 1

biznesin  təşkilinə 
səbəb  olur.  İngilis  iqtisadçısı  R.Kouzun  qeyd 
etdiyi  kimi,  firma  elə  münasibətlər  sistemini  əks  etdirir  ki, 
resursların istifadə istiqaməti, sahibkarlardan asılılığı mövcuddur. 
Firma  bir  növ  istehsal  amilləri  sahibləri  arasındakı  müqavilələr 
məcmuəsinə əsaslanır; 
258 


"  Firmanın  təkamül  nəzəriyyəsi,  keçən  əsrin  80-ci  illərində 
meydana  gələrək,  firmanın  mürəkkəb  orqanizm  olduğu  əsas 
götürülərək  onun  inkişafının  xarici  mühitlə  əlaqədar  olduğu 
göstərilir.  Bu  mövqedə  təkcə  istehsal  deyil,  həm  də  insan 
resurslarından  istifadənin  yetkinlik  səviyyəsi  əsas  götürülür. 
İdarəetmə prosesində bu cəhətə xüsusi diqqət yetirilərək firmaya - 
bir ailə kimi baxılır. Yapon iqtisadiyyatında firmanın fəaliyyətində 
və davranışında bu istiqamətə xüsusi diqqət yetirilir; 

 
Firmanın sahibkar nəzəriyyəsində əsasən müəssisələrin fəal 
fəaliyyəti  ilə  səmərəliliyə  nailolmaya  diqqət  yetirilir.  Bu 
nəzəriyyədə vençur (riskli) kapital digər resurslardan ayrılır. Belə 
şəraitdə  mülkiyyətçilərlə  menecerlər  arasındakı  münasibətdə 
razılaşma  əldə  olunur.  Bu  da  C.Helbreytin  ifadəsi  ilə  desək, 
«idarəedənlərin inqilabına» səbəb olur. 
Qeyd  olunan  bu  ənənəvi  firma  nəzəriyyələri  heç  də 
bütövlükdə  firmanın  fəaliyyətində  və  davranışında  bütöv 
nəzəri-metodoloji  cəhəti  əks  etdirməsə  də,  lakin  bazara  keçid 
şəraitində onların hər birində mövcud olan üstün cəhətlərin nəzərə 
alınması olduqca vacibdir. 
Firmaların məqsədlərinin reallaşması, iqtisadiyyatın mövcud 
vəziyyətindən asılı olaraq dəyişilir. Firmanın həyat tsiklindən asılı 
olaraq onun məqsədinin reallaşması əsasən üç mərhələdən keçir: 
" kapital  yığımı  istehsal güclərinin  yaradılması ilə, bazarda 
böyük payın ələ keçirilməsi; 

 
istehsalın artım sürətini yüksəltməklə mənfəətin və gəlirin 
yüksəldilməsi yolu ilə bazar payının əldə saxlanılması; 

 
salışın  həcminin  azalması  ilə  mənfəətin  azalması 
nəticəsində  kapitalın  sahədən  uzaqlaşması  və  digər  sahəyə 
daxilolmanın stimullaşması. 
Göründüyü  kimi,  son  mərhələnin  tələbindən  asılı  olaraq 
firmanın əsas məqsədinin əks olan ziyanın minimumlaşdırıl- ması 
məsələsi  meydana  gəlir.  Ona  görə  də  sahibkarlıq  fəaliyyətində, 
istehsalın həcminin və satışın uyğun olaraq təmin 
259 


olunmasını təşkil etmək, ziyanın  aradan qaldırılması  naminə risk 
edə  bilmək  bacarığı  qarşılıqlı  əlaqəli  görünən  mənfəətin 
maksimumlaşdıniması  və  istehsal  xərclərinin  minimumlaşdı- 
nlması dilemmasının həlli özünü qabarıq şəkildə ortalığa qoyur. 
Firmaların kiçik, orta və iriliyindən asılı olmayaraq onların 
fəaliyyəti bilavasitə sabit jnənfəət  əldə olunması  ilə səciyyələnir. 
Ona  görə  də  firmaların  fəaliyyəti, 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə