Şəkil 9
Şəkil 9-da isə məhsul vahidinə çəkilən orta (AC) və son
(MC) istehsal xərclərinin əyrilərinin dəyişilməsini görürük. Yeni
texnoloji üstünlüklərin tətbiqindən sonra, orta (AC) istehsal
xərclərinin minimuma endirilməsi isə son xərcin üst- üstə düşdüyü
«E» nöqtəsi xərclərin tarazlığım əks etdirir. Təsvirdə orta xərc və
son xərc əyrilərinin müxtəlif istiqamətdə dəyişməsi və müəyyən
hərəkətdən sonra üst-üstə düşməsi ETT nailiyyətlərinin istehsala
tətbiq olunmasının bir neçə mərhələdən keçməsi ilə əlaqədardır.
Bəlli olmalıdır ki, ETT-nin tətbiqi vaxt baxımından birdən-birə
məhsul veriminin artımına təsir göstərə bilməz. Bu da yeniliklərin
tətbiqinin mərhələli xarakteri ilə əlaqədardır. Hər yeni texnikanın
tətbiqi bir neçə mərhələdən keçir:
•
ideya mərhələsindən;
•
elmi-tədqiqat mərhələsindən;
•
layihələşdirmə mərhələsindən;
•
texniki mənimsənilmə mərhələsindən;
253
•
istehsal mərhələsindən;
•
tətbiq olunma mərhələsindən;
•
köhnəlmə mərhələsindən;
•
sıradan çıxma mərhələsindən.
Funksional asılılığa malik olan bu mərhələlər hər bir
obyektin fəaliyyətində ardıcıllığı əsaslandırmaqla hər dəfə yeni
obyektin işə salınmasına səbəb olur. Lakin hər bir yeni obyektdə
müəyyən müddətdən sonra, bir neçə ay və ya il ərzində fəaliyyətə
başlayır. Qeyd etməliyik ki, istehsal təyinatlı qabaqcıl texnikanın
tətbiqi nisbətən sürətlə həyata keçirilir.
İstehsalın və əməyin təşkilinin təkmilləşdirilməsinə
gəldikdə, bu proses, itkilərin azaldılması hesabına xərclərə
qənaətin olunmasında, əmək məhsuldarlığının yüksəldilməsində,
məhsul vahidinə sərf olunan əmək məsrəflərinə qənaətin
olunmasında əks olunur. Müasir şəraitdə iqtisadi inkişafda ictimai
əməyə qənaət müqabilində canlı əməyə olunan qənaət daha
həlledici rol oynayır. Bunu istehsal funksiyasının iqtisadi
artımdakı oynadığı roldan görmək olar.
Hazırda istehsalın və əməyin təkmilləşdirilməsi, dünya
təcrübəsində geniş tətbiq olunan amerikan və yapon yollarından
ibarətdir. Burada əsas diqqət yetirilir:
•
istehsalın
maddi-texniki
təchizat
sisteminin
çoxnövlülüyünün tətbiq olunmasına;
•
təchizat sisteminin iqtisadi stimullaşdırılmasına;
•
istehsalın və əməyin idarə olunmasında yeniləşdirilmə
amilinə üstünlüyün verilməsinə.
İqtisadi sferada istehsal xərclərinin azaldılmasında,
həmçinin ETT nailiyyətlərinin həyata keçirilməsində, dövlət
standartlaşma
proqramlarına
əməl
olunmasında
dövlət
tənzimlənməsinin əhəmiyyəti olduqca böyükdür. Təkcə 2008-ci
ildən başlayaraq dünya maliyyə böhranından sonra, dünya
bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, istər iri,
istər kiçik biznes sferasında istehsal xərclərinin artımını, yalnız
dövlət kompensasiyaedici proqramı ilə iqtisadi inkişafın zəruri
səviyyəsini qoruya bilər. Eyni zamanda döv-
254
ləlin sərəncamında olan təbii inhisar sahəli yanacaq-enerji
kompleksinin resursların istifadəsində də dövlət müdaxiləsi, xərc
qənaətedid meylini qoruya bilər. Bu da firmaların milli mənafeyi
qoruyan rəqabət qabiliyyətli məhsul istehsalına təkan verər.
İstehsal xərcini azaltmadan, bütün resurslara qənaət etmədən nə
istehsal imkanlarını genişləndirmək olar, nə də istehsalın idarə
olunmasım təkmilləşdirmək olar.
255
|