Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»


bir  bazar  iqtisadiyyatının  modellərindən  asılı  olmayaraq



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə139/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   135   136   137   138   139   140   141   142   ...   233
Bazar 1

bir  bazar  iqtisadiyyatının  modellərindən  asılı  olmayaraq, 
onun  əsas  təşkilati-iqtisadi  əsasıdır. 
Firmalar  məqsədindən, 
fəaliyyətindən  və  davranışından  asılı  olaraq  hər  bir  milli 
təsərrüfatçılığın  işgüzar  fəallığını  əks  etdirir.  Çünki  firmanın 
məqsədi bilavasitə onun funksional fəallığını hərəkətə gətirir. 
İqtisadiyyatda firma müəssisə .sektorunu yaradır. Ona görə 
də  bəzən  «firma  və  müəssisə»  terminləri  eyniləşdirilsə  də,  lakin 
firma  anlayışı,  müəssisə  anlayışından  daha  genişdir.  Çünki  bir 
firma  bir  neçə  müəssisəni  təsis  edə  bilər.  Bir  neçə  firma  isə 
birləşərək,  şirkət  şəklində  fəaliyyət  göstərə  bilər.  Bazar 
iqtisadiyyatında  firmaların  məqsədi,  kommersiya  və  sahibkarlıq 
sektorunda  fəaliyyət  göstərməsindən  asılı  olmayaraq  mənfəətin 
maksimumlaşdırılmasından  ibarətdir.  Lakin  firmanın  əsas 
məqsədinin  həyata  keçirilməsi,  nəzəri  cəhətdən  son  xərcin  son 
gəlirə MC = MR bərabərliyindən asılı olaraq, onun fəaliyyətində 
qarşıya qoyulan taktiki və strateji əhəmiyyətli vəzifələri meydana 
gəlir: 
256 



 
mülkiyyətçilərin gündəlik əməliyyatlar üzərində nəzarətin 
həyata keçirilməsi

 
satışın həcminin artırılması; 

 
daha yüksək artım sürətinin əldə olunması; 

 
bazarda daha çox paya sahib olunması; 

 
sərf  olunan  kapitala  görə  mənfəətin  səviyyəsinin 
artırılması; 

 
tətbiq olunan kapitalın strukturunun dəyişilməsi

 
şirkətin səhmlərinə görə gəlirlərinin artırılması; 

 
səhmlərin bazar dəyərinin yüksəldilməsi. 
Qeyd  etmək  lazımdır  ki,  Azərbaycanda  son  onilliklər 
ərzində,  bazara  keçid  şəraitində  firma  nəzəriyyəsinə  olan  maraq 
xeyli artmışdır. Bu da onunla əlaqədardır ki, iqtisadiyyatda aparılan 
islahatlaşma  prosesi  fonunda  müəssisələr,  xüsusən  kiçik  və  orta 
müəssisələr  hələ  lazımi  səviyyədə  inkişaf  etməmişdir.  Bazar 
mexanizminin 
tələbləri 
səviyyəsində, 
xüsusən 
xərclərin 
minimumlaşdırılması, 
mənfəətin 
maksimumlaş- 
dınlması 
istiqamətində  inkişaf  etmədiyindən  istehsal  olunan  məhsulların 
keyfiyyətində, 
rəqabəlqabiliyyətliyində 
üstünlüyün 
əldə 
olunmasına  imkan  yaratmamışdır.  Nəticədə  işçilərin  əməkhaqqı 
səviyyəsinin  yüksəldilməsi  yığımın  artırılmasına,  istehsalın 
səmərəliliyinin yüksəldilməsinə mənfi təsir göstərmişdir. Ona görə 
də  keçid  prosesində  müəssisələrin  mövcud  vəziyyətini  daha 
dərindən  şərh  etməkdən  ötrü,  qərb  ədəbiyyatında  firma  haqqında 
olan  bazar  şəraitindəki  uzun  illik  təcrübəyə  söykənən 
konsepsiyaları  öyrənmək,  mənimsəmək  olduqca  vacibdir. 
Firmanın  məqsədi,  strategiyası,  təhlükəsizliyinin  təmin  olunması 
istiqaməti ilə əlaqədar olan əsasən aşağıdakı ənənəvi nəzəriyyələr 
mövcuddur: 

 
Firmanın klassik nəzəriyyəsi. A.Smitin adı ilə bağlı olan bu 
nəzəriyyədə firmaya kommersiya münasibətlərinin əsası və bazarın 
subyekti  kimi  baxılır.  İxtisaslaşma  və  əmək  bölgüsü  nəticəsində 
texniki tərəqqi təmin olunur və əmək məhsuldarlığı yüksəlir. Qeyd 
olunur  ki,  firma  azad  (təkmil)  rəqabət  şəraitində  fəaliyyət 
göstərməlidir; 
257 



 
Firmanın  neoklassik  nəzəriyyəsi.  Bu  nəzəriyyə  «marji- 
nalizm  inqilabı»  dövründə  yaranmış  və  «son  faydalılıq» 
nəzəriyyəsinə  əsaslanır.  Bu  nəzəriyyənin  formalaşmasında  və 
inkişafında  E.Çemberlinin  (1899-1967),  C.Robinsonun  (1903- 
1983), C.Xiksin (1904-1989) və başqalarının xüsusi elmi xidməti 
olmuşdur. 
Onlar riyazi metod vasitəsilə, firmanın istehsal fəaliyyətini 
əks  etdirən  kəmiyyət  göstəricilərini  müəyyən  etməklə  qiymətlə 
istehsalın və satışın həcmi arasında, firmanın son istehsal xərci ilə 
son  gəliri  arasındakı  optimal  nisbəti  müəyyənləşdirmişlər. 
Firmanın  fəaliyyəti  qeyri-təkmil  (inhisarçı)  rəqabət  şəraitində 
öyrənilərək,  həm  də  qeyri-qiymət  amillərinin  təsiri  qeyd 
olunmuşdur.  Burada  firma  əsasən  bir  nəfərə  şamil  olunan  cəhət 
kimi götürülərək, ona həm sahibkar, həm işçi, həm də idarəedən 
kimi  diqqət  yetirilmişdir.  Bu  da  firmanın  ev  təsərrüfatı  ilə 
eyniləşməsinə  gətirib  çıxardır  ki,  iqtisadiyyatın  subyekti  olan 
istehsalçı  ilə  istehlakçı  arasındakı  fərqin  silinməsinə  səbəb  olur. 
Məhz  belə  mövqe  neoklassik  istiqamətin  firmaya  olan  baxışın 
çatışmayan cəhəti hesab olunmuşdu. 

 
Firmanın  institusional  nəzəriyyəsində  firmanın  malik 
olduğu  bütün  resurslardan  daha  səmərəli  istifadə  olunması  ön 
plana  çəkilir.  Burada  firmanın  bazara  qarşı  əks  istiqaməti 
götürülür.  Firma  uzunmüddətli  müqavilələrin  məcmusu  hesab 
olunur,  bazar  isə  nisbətən  qısamüddətli  müqavilələrin  məcmusu 
kimi  götürülür.  Beləliklə,  həm  işgüzar  əməliyyatların  miqyası, 
həm 
firmanın 
miqyasının 
genişləndirilməsi 
həddi 
müəyyənləşdirilir.  Bu  da  institusional  baxışın,  neoklassik 
konsepsiyadan  idarəetmə  konsepsiyasına  keçidin  körpüsü  kimi 
qiymətləndirilir.  Mövcud  idarəetmə  prinsipinin  əmələ  gəlməsi, 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə