15.3.
Menecmentin iqtisadi mexanizminin prinsipləri,
funksiyaları və metodları
İlk dəfə XIX əsrin sonunda biznesmen Q.Taun tərəfindən
işlədilən, dünyanın bazar sistemli ölkələrində istifadə olunan və
heç bir dilə tərcümə olunmayan Amerika mənşəli menecment
(«management») termini, bazar şəraitində idarəetmə mənasını
daşıyır. İqtisadi fəaliyyətin firma səviyyəsində həyata
keçirilməsində müstəqil xarakter daşımaqla menecment:
•
firmanın hər hansı fəaliyyətinin peşəkarlıqla idarə
olunmasını;
•
maddi, əmək, maliyyə resurslarından daha səmərəli istifadə
olunmasını əks etdirir.
Bu baxımdan firma səviyyəsində menecmentin mərkəzi
probleminə aid edilir:
•
əmək məhsuldarlığının yük.səldilməsi;
•
idarəetmənin texnika və texnologiyanın təkmilləşdirilməsi;
•
əməyin təşkilinin və stimullaşdırılmasının mütərəqqi
formalarının tətbiq olunması;
•
istehsal olunan əmtəələrin keyfiyyətinin yaxşılaşdırılması
və rəqabətqabiliyyətliliyinin yüksəldilməsi.
Menecerlər əməyi və istehsalı elə təşkil etməlidirlər ki, hər
bir işçi müstəqil qərarların qəbulunda fəallıq göstərə bilsinlər.
Yüksək nüfuzlu menecerlər o şəxslər hesab olunurlar ki, onlar
nəinki qabaqcıl beynəlxalq təcrübəni bilməlidirlər, həm də dünya
bazarında onların firmalarının rəqabətqabi- liyyətliliyini təmin edə
bilirlər. Bununla əlaqədar keçən əsrin 90-cı illərində «Soni»
firmasının baş meneceri olmuş MariUo Akinonun bir jurnalistin
ona müraciətində, «necə olur ki, sizin firmanız dünyanın hər
yerində belə nüfuza rnalikdir» so
388
ruşanda, o cavabında demişdir ki, «biz hər zaman yaxşı məhsul
istehsal edirik» - demişdir.
Ümumiyyətlə, menecment, idarəetmə sahəsində elmi və
praktiki fəaliyyəti özündə cəmləşdirir. İdarəetmənin elmi əsası kimi
elə bilgi sistemi nəzərdə tutulur ki, onlar idarəetmə praktikasının
nəzəri əsasını təşkil edir və əməli istiqamətli qərarların qəbul
olunmasına imkan yaradır.
Menecerlik fəaliyyəti bilavasitə firmanın idarə olunmasında
daha səmərəli və optimal hesab olunan qərarların qəbuluna
əsaslanan təşkilati prosesdir.
Toşkilati proses dedikdə, sərəncamda olan resursların
müəyyən olunmuş məqsəd əsasında, onların qarşılıqlı əlaqəsinə və
idarə olunmasına əsaslanan açıq sistem nəzərdə tutulur.
Sərəncamda olan resurslara əmək, maddi-texniki, maliyyə,
informasiya resursları daxildir. Bu resurslardan yaranan hər yeni
şəraitə uyğun təşkilati tədbirlər əsasında həyata keçirilməsi
firmanın idarə olunmasında əsas yer tutur. Bu baxımdan təşkil:
•
formal şəkildə, yəni əvvəlcədən müəyyən edilmiş idarəetmə
strukturu ilə həyata keçirilir;
•
formal olmayan şəkildə, yəni özü-özünə, şəxsi əlaqələr
əsasında həyata keçirilir. Ümumiyyətlə, menecment nəzəriyyəsində
müxtəlif idarəetmə məktəbləri fəaliyyət göstərir;
•
İdarəetmənin klassik və ya ənənəvi məktəbi: burada fəhlələr
mənfəətin maksimumlaşdırılması üçün əmək aləti kimi nəzərdə
tutulur;
•
İdarəetmənin emprik məktəbi: burada iri biznesmenlərin,
menecerlərin idarəetmə praktikalarında əldə etdikləri müəyyən
nəticələr əsas götürülür;
•
İnsani münasibətlər nəzəriyyəsi: işçinin psixoloji amilləri,
onun hissiyyatı, emosiyası, kollektivlə qarşılıqlı əlaqəsi önə çəkilir;
•
Sosial sistemlər məktəbi: burada insanın kollektivlə
münasibəti, fəhlə qrupunun formalaşma prosesi, əmək məh
389
suldarlığı ilə elnik, psixoloji, yaş, cins amillərinin əlaqəsi tədqiq
edilir;
•
İdarəetmənin yeni məktəbi: riyazi metodlara, hesablama
texnikasına, kompyuter şəbəkəsinə əsaslanan sistemdir.
Menecment nəzəriyyəsində idarəetmədə bir neçə yanaşmalar
məlumdur:
•
proseslə bağlı yanaşma: burada idarəetmə planlaşma, təşkil,
motivasiya, nəzarət bir proses kimi nəzərə alınır;
•
sistemli yanaşma; əyani şəkildə məqsəd və vəzifələr
müəyyən edildikdən sonra onlar yarımsistcmlər üzrə ayrılaraq,
bölmələr üzrə təşkil olunur;
•
vəziyyətə görə yanaşma: müxtəlif vəziyyətlərə görə
ləşkilati fəaliyyətin nəticəsi təhlil olunmaqla, onların dəyişilməsi
dinamikası tədqiq edilir.
Menecment nəzəriyyəsində mövcud olan məktəb və
yanaşmaları aydınla-şdırdıqdan sonra, firmanın idarə olunması
üçün əsas prinsipləri müəyyən etmək vacibdir:
•
məqsədin müəyyən edilməsi, vəzifələrin formalaşdırılması
və onların bilavasitə həyata keçirənlərə çatdırılması və onların
yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi;
•
adamların işləməsinin təşkili ilə bağlı idarəetmə üsulunun
müəyyən edilməsi. İdarəetmə üsulu dedikdə menecerin manevrəsi
və davranışı nəzərdə tutulur. İdarəetmə üsulu, əmək kollektivində
rəhbərliyin metodunu, formasını və mahiyyətini əks etdirir;
•
rəhbərliyin bütün səviyyələrində dəqiq qarşılıqlı təsirinin
mövcud olması. Bu o deməkdir ki, firmanın idarəetməsində iştirak
edən aşağı, orta və yuxarı halqaların səviyyəsində iştirak edən
rəhbərlər qarşılıqlı əlaqədə fəaliyyət göstərməklə nüfuz və
qabiliyyətlərini ümumi işin gedişatında ortalığa qoyurlar.
Menecmentin mühüm elementlərindən biri firmanın idarə
olunma strukturunun müəyyənləşdirilməsidir.
İdarəetmə strukturunun müxtəlif tipləri mövcuddur:
390
•
idarəetmənin xətti strukturu; burada tabeçilik aşağıdan
yuxarıya gedərək, adətən kiçik və yekcins məhsul istehsal edən
firmalarda mövcud olur;
•
xətti-ştab struktur; burada hər xətti idarəetmə rəhbəri üçün
xüsusi ixtisaslaşmış xidmət ştabı yaradılır:!) yeni məhsul buraxılışı;
2) innovasiya layihələrinin reallaşdırılması; 3) keyfiyyətin
yüksəldilməsi strategiyasının reallaşdırılması istiqamətləri əsas
götürülür.
•
xətti-funksional struktur; bu xətti-ştab strukturunun
modifikasiyasıdır. Fərq ondadır ki, xətti-ştab strukturunda əgər
qərarlar məsləhət - icra vasitəsilə həyata keçirilirsə, burada qərarlar
rəhbərlik tərəfindən qəbul edilir;
•
divizionlu struktur; burada hərbi hissəyə bənzər xarakterli
idarəetmə həyata keçirilir. Məhsullar, bazarlar və ya istehlakçılara
xidmət bölmələri üzrə həyata keçirilir. Bu da reallaşdırma, mənfəət
əldə etmə, investisiyalaşdırma mərkəzləri kimi əks olunur;
•
ana struktur; bu daimi xidmət göstərən orqanlardan ibarət
olan strukturdur. Yeni məhsul və layihələrin hazırlanması ilə
məşğul olur;
•
mürəkkəb struktur; burada eyni vaxtda idarəetmənin
müxtəlif təşkilati strukturundan istifadə olunur.
İdarəetmənin təşkilati strukturu tələbin səviyyəsinin
dəyişilməsi ilə, rəqib firmaların fəaliyyəti ilə əlaqədar olaraq
istehsalın manevrə edilməsini təmin elməklə, qiymətin aşağı
salınması, bazardakı payının dəqiqləşdirilməsi, yeni məhsul
növünün buraxılması üzrə fəaliyyət mexanizmini həyata keçirir.
Bir qayda olaraq idarəetmə strukturunun seçilməsinə təsir
göstərir:
•
qarşıya qoyulmuş vəzifələr;
•
sərəncamda olan resursların həcmi;
» xarici mühit; burada mal göndərənlər, rəqib firmalar,
texnoloji imkanlar və s. nəzərdə tutulur.
Menecmentdə mühüm yerlərdən birini, əməyə olan
münasibətdə motivasiyanın təmin olunması tutur. İstehsalın
391
və xidmətin təşkili ilə yanaşı işçilərin motivasiyasını, işə olan
həvəslərinin artırılmasını əlaqəli şəkildə həyata keçirən menecerlər
həmişə uğur qazanırlar. Bunun üçün işçilərdə həvəs- ləndirməni,
inamı artırmaq, onların göstərdikləri səylərinin nəticədən asılı
olaraq qiymətləndiriləcəyinin nəzərə alınacağı hissinin oyadılması
vacib hesab olunur.
Sərf edilmiş səy konsepsiyası, «Porter Laulera modeli»
vasitəsilə həyata keçirilir ki, burada mükafatlandırmanın müxtəlif
üsullarından istifadəsinə əsaslanır:
•
xarici üsulundan, mütləq ödənişin olacağı;
•
daxili üsulundan, tərifdən, xidməti prosesdə irəli çəkilməsi
və s.
•
əmək prosesində işçinin öz yerini görməsi;
“ işçinin qabiliyyətinin, xarakterinin, xüsusiyyətinin nəzərə
alınmasına üstünlük verilir.
İnsanın əməyə olan münasibətinin dəyişilməsi ilə şəxsi
inkişafında da müəyyən irəliləyişlərin baş verməsinə səbəb olur ki,
bu da onun bir qrupdan digər qrupa keçməsinə əsas verir. Ona görə
do çox hallarda qrup üzvlərinin
Dostları ilə paylaş: |