olunmasına qurban verilməlidir. Məsələn, 1 kq ətin alınması həmin
pula alınacaq 1 kq pendirlə 1 kq yağdan imtina olunması deməkdir
və yaxud 1 kisə sementlə 1 m^ sahə betonlanarsa, 10 m^ sahənin
suvaqlanmasından imtina olunması deməkdir. Bir qayda olaraq
seçim şəraiti iki imkandan çox olduğu şəraitdə baş verir. Belə
vəziyyətdə səmərəli fəaliyyət göstərən iqtisadi subyektlər öz
fəaliyyətlərinin nəticəsinin sərfəliliyini və ya qazancını
qiymətləndirməklə hər alternativ variantdan istifadə etməklə
mövcud resurslardan istifadə ilə öz seçimlərini o alternativliklə
həyata keçirirlər ki, sərfəlilik və ya qazanc onlar üçün daha
maksimal xarakter daşıyacaqdır. Belə şəraitdə səmərəli fəaliyyət
göstərən iqtisadi subyektlərin itirdikləri yalnız o qazanc olacaqdır
ki, onlar digər alternativlikdən istifadə etməklə daha yüksək
qazanc əldə ediblər. Konkret subyektlər digər alternativ fəaliyyəti
qurban verməklə onlar öz iqtisadi fəaliyyətlərində daha səmərəli
variant seçmiş olurlar. Deməli, mövcud nemətin əldə olunmasına
çəkilən məsrəflər belə şəraitdə əldə olunmayan nemətlərin
alternativi olacaqdır. Yəni ən yüksək qazancın əldə olunmasına
çəkilən xərc mövcud iqtisadi fəaliyyətin alternativ xərci kimi üzə
çıxacaqdır. Göstərmək lazımdır ki, iqtisadi seçim şəraitində
alternativ xərclərin nəzərə alınması mikroiqtisadi təhlilin mühüm
prinsipi kimi qiymətləndirilə bilər. Alternativ məsrəflərin
mahiyyətini istehsal imkanları əyrisi vasitəsilə daha aydın şəkildə
izah etmək olar. Hesab edək ki, ikisektorlu iqtisadi model
çərçivəsində mövcud istehsal resursları ehtiyatları və texnoloji
inkişaf şəraitində məhsul istehsalının yalnız bir istiqamətdə artımı
və azalması baş verə bilər. Belə ki, şərti olaraq istehsalı A və B
nemətləri ilə adlandırsaq, onda bu məhsulların hər birinin səmərəli
səviyyədə əldə olunması üçün müxtəlif alternativ imkanlardan
istifadə olunsa belə, yalnız alternativ xərc çəkilən əlavə məhsul
buraxılışı digər əlavə istehsal olunmayan məhsul deməkdir. Belə
ki, əlavə buraxılan məhsul kəmiyyəti bizim misalda A
2
- Aı-ə,
alternativ
xərc kimi B
2
~ Bı məhsullarının kə
40
miyyəti olacaqdır (şokil 1.1.)* Ardıcıl olaraq mövcud nemətin daha
çox istehsal olunması alternativ xərclərin artmasına səbəb
olacaqdır. Alternativ xərclərin artımının səbəbi istifadə olunan
resursların xüsusiyyətilə əlaqədardır. Belə ki, bu resursların bir
sahədən çıxarılıb digər sahəyə yönəldilməsi birmənalı şəkildə
həmin sahələrdə sərf olunan alternativ məsrəflərin həcminə təsir
göstərir. Ona görə də səmərəli fəaliyyət göstərən iqtisadi
subyektlər əvvəlcə resursları daha sərfəli görünən məhsul növü
üçün istifadə edir, daha sonra isə bu istehsalın genişlənməsi ilə
digər sahə üçün o qədər də əhəmiyyət daşımayan bu resursların
istifadə olunmasına məcbur olurlar ki, bu da həmin resursların
məhdudluğu ilə -əlaqədardır.
Dostları ilə paylaş: