Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə28/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   233
Bazar 1

məhdudluğun 
mövcud  olmasına 
diqqətin yetirilməsinə. 
İqtisadi  subyektlərin  bu  və  ya  digər  iqtisadi  qərarların 
qəbul  edilməsi  o  vaxt  mümkün  olur  ki,  zahirən  belə  fəaliyyətin 
göstərilməsi üçün müxtəlif variant və üsullar mövcuddur. Əgər bir 
iqtisadi  üsul  mövcuddursa,  belə  şəraitdə  iqtisadi  qərarın  qəbul 
olunmasına  ehtiyac  duyulmur.  Deməli,  iqtisadi  fəaliyyət  üçün 
müxtəlif variantların olması bilavasitə bir- birini inkar edən, başqa 
sözlə  desək,  alternativ  üsulların  mövcud  olması  vacibdir.  Yəni 
iqtisadi  fəaliyyətlərin  göstərilməsi  belə  variantlar  şəraitində  biri 
digərinə  xələl  gətirməmək-  lə  yenə  də  iqtisadi  fəaliyyətin 
göstərilməsinə  təkan  verəcəkdir.  Beləliklə  də  belə  bir  nəticəyə 
gəlmək  olar  ki,  iqtisadi  fəaliyyətin  göstərilməsilə  mövcud  olan 
müxtəlif alternativ variantların olması seçim probleminin meydana 
gəlməsinə səbəb olur. Seçimin edilməsilə iqtisadi subyektlər təkcə 
real  imkanlardan  deyil,  həmçinin  alternativ  fəaliyyət  variantının 
seçilməsinə  üstünlük  verilir  və  bu  seçim  iqtisadi  fəaliyyətin 
zəruriliyini  əks  etdirir.  İqtisadi  subyektlərin  fəaliyyəti,  bir  qayda 
olaraq,  müxtəlif  və  eyni  zamanda  zəruri  tələbatların  müəyyən 
edilməsi şəraitində baş verir. Bəllidir ki, insanların 
37 


tələbatı hüdudsuzdur. Ona görə də mövcud dövr ərzində konkret 
və  daha  zəruri  hesab  olunan  tələbatın  ödənilməsi  onun 
yeniləşməsi,  mürəkkəbləşməsi  və  dərinləşməsi  şəraitində  baş 
verir. Tələbatın belə xarakter alması fasiləsiz və daima təkrarlanan 
şəkildə  göründüyündən,  onların  ödənilməsi  üçün  tələb  olunan 
resurs  və  texnologiyanın  tətbiq  olunması  məhdudluğu  üzündən 
konkret 
vaxt  ərzində  tələbatın  ödənilməsinin  müxtəlif 
variantlarının seçilməsi zərurəti meydana gəlir. Bütün resursların 
qeyri-bərabər  şəkildə  mövcud  olması  və  təbiətdən  asılı  amillərlə 
bağlı  hasil  olması,  faktiki  olaraq,  onlardan  istifadənin 
məhdudluğunu əsaslandırmaqla müxtəlif variantlardan istifadənin 
seçimini  zəruriləşdirir.  Həmçinin  təbiət  resursları  ilə  yanaşı 
insanlar tərəfindən də yaradılan nemətlər də konkret şəkildə həm 
istehsal,  həm  də  istehlak  baxımından  məhdud  xarakter  daşıyır. 
Resursların 
bərpa 
olunması 
və 
bərpa 
olunmaması 
nöqteyi-nəzərindən  onların  təkrar  istehsal  olunması  və 
ehtiyatlarının 
yaradılması 
onların 
bir-birinə 
nisbətən 
məhdudluğunu  əks  etdirməklə  nemətin  nadirliyini  əks  etdirir. 
Mövcud olan nemət ehtiyatları ola bilsin ki, konkret istehlakçının 
tələbatını tam həcmdə ödəyə bilməsin. Ola bilsin ki, həmin nemətə 
olan tələbatı ödəsin, lakin həmin vasitələrdən istifadə edərək digər 
tələbatı  ödəyə  biləcək  nemətlərin  əldə  olunması  məhdudlaşacaq. 
Bu  da  nemətlərin  çatışmazlığı  kimi  özünü  əks  etdirəcək. 
Nemətlərin  məhdudluğu,  eləcə  də  resurs  və  texnologiyanın 
çatışmazlığı  əslində  nemətlərin  spesifik  xarakterində  əks 
olunmaqla,  insanların  iqtisadi  fəaliyyətində  daha  geniş  və  ətraflı 
şəkildə  əks  olunur.  Hüdudsuz  tələbatların  məhdud  vasitələr 
şəraitində ödənilməsi belə bir şəraitin əmələ gəlməsinə səbəb olur 
ki,  həqiqətən  də  tələbatın  ödənilməsi  tam  şəkildə  mümkün 
olmayacaqdır. Deməli, bu belə qənaətə gəlməyə əsas verir ki, hər 
hansı  bir iqtisadi fəaliyyət  mövcud şəraitdə ödənilməsi mümkün 
olan  tələbatın  seçilməsinə  dəlalət  edir.  Yəni  bir  çox  mümkün 
görünən  və  ödənilə  bilən  tələbatların  yalnız  birinin  seçilməsi 
mümkün olur. Bu isə onu göstərir ki, konkret 
38 


situasiyada  ödənilməsi  mümkün  olan  bütün  tələbatlardan  yalnız 
birini  seçməklə  digərindən  imtina  olunmağa  gətirib  çıxarır.  Eyni 
zamanda  hər  bir  iqtisadi  fəaliyyət  məhdud  resurs  ehtiyatının 
müəyyən  hissəsinin  xərclənməsi  hesabına  baş  verir.  Bu  isə  o 
deməkdir  ki,  belə  iqtisadi  fəaliyyət  digər  tələbatın  ödənilməsi 
imkanlarını  azaldır.  Deməli,  müəyyən  tələbatın  ödənilməsi  üçün 
resursların  kəmiyyətlərinin  ayrılması  həmişə  digər  tələbatların 
ödənilməsi  üçün  bu  resurslardan  istifadə  olunmasından  imtina 
olunmasına gətirib çıxarır. Bu da öz növbəsində mövcud tələbatın 
ödənilməsindən  müəyyən  məhdudluğa  gətirib  çıxarır.  Deməli, 
seçim  problemi,  əgər  bir  tərəfdən  tələbatın  ödənilməsindən  ötrü 
nəzərdə tutulan resurs və texnologiyalardan istifadə olunması üçün 
mövcud  hesab  olunan  alternativliyi  əks  etdirirsə,  digər  tərəfdən 
qənaət 
problemini meydana gətirir. Hesab etmək olar ki, iqtisadi 
subyektlərin fəaliyyəti bilavasitə tələbatın ödənilməsi üçün zəruri 
görünən vasitələrin müəyyən edilməsilə həmin iqtisadi subyektin 
digər  tələbatlarının  ödənilməsi  imkanını  yaradır.  Əslində  seçim 
problemi  iqtisadi  subyektlərin  davranışında  tətbiq  olunan 
vasitələrin  məqsəd  və  vasitələrinin  həyata  keçirilməsində  daha 
qənaətli  yolların  müəyyən  edilməsi  ilə  tələbatların  daha  tez  və 
səmərəli ödənilməsini nəzərdə tutur. 
Alternativ  tələbatların  ödənilməsi  üçün  tətbiq  olunan 
məhdud  vasitələr  o  vaxt  daha  tez  təzahür  olunur  ki,  iqtisadi 
fəaliyyət üçün nəzərdə tutulan 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə