İnteqratsiya anlayışı və təsnifatı



Yüklə 20,86 Kb.
səhifə1/3
tarix31.05.2023
ölçüsü20,86 Kb.
#114580
  1   2   3
MIP1


İnteqratsiya anlayışı və təsnifatı. İnteqrasiya sözünün latıncadan mənası - bütöv, tam deməkdir. Bu söz ilk dəfə rəsmi olaraq 31 Oktyabr 1949-cu ildə Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı Şurasının (OEEC) iclasında Paul Hoffman tərəfindən işlədilmişdir. Sözün kökü latınca “bütövləşmə”, “bütövləşdirmə” mənaları daşıyan “integratio” sözünə dayanır. İnteqrasiyanın formalaşmasına təsir edən şərtlərə mədəniyyət, tarix, dil, din, məzhəb, ideoloji, irqi, milli və adət-ənənə müştərəkliyi, coğrafi və təbii faktorlar baxımından yaxınlıq, mədəni-maarif, iqtisadi-siyasi və təhlükəsizlik sahələri üzrə ümumi təhlükə qarşısında qalan qalma, ölkə başçılarının siyasi dostluq rabitələri aiddir. İnteqrasiyanın məqsədlərinə əlverişli xarici siyasət mühitinin yaradılması, iqtisadiyyatın struktur dəyişikliklərinə dəstək olma, milli sənayenin gənc sahələrinin dəstəklənməsi və dünya bazarlarında mövqelərin gücləndirilməsi aiddir. İnteqrasiya coğrafi əhatə dairəsi baxımından 4 yerə bölünür: Regional səviyyədə, Subregional səviyyə, Kontinental səviyyə, Ümumdünya səviyyə. İnteqrasiya tarazlıq baxımından iki yerə bölünür: qarşılıqlı tarazlığa malik olan və olmayan inteqrasiya. Qarşılıqlı tarazlıq inteqrasiyasına regional və beynəlxalq qurumlar çərçivəsində azad şəkildə əməkdaşlıq edən ölkələr daxildir. Qarşılıqlı tarazlığa malik olmayan inteqrasiyada güclü və qüdrətli bir dövlət, öz imkanlarından istifadə edərək rəhbərliyi əlinə alır, qurumun hədəflərini habelə, fəaliyyət proqramını müəyyənləşdirir. Digər havadarlıq edən dövlətlər isə, onun ətrafında birləşirlər.
İnteqrasiya qurumlarının xüsusiyyətlərinə aiddir: bu qurumlar demokratik üsulla idarə olunurlar və belə qurumların üzvləri ümumi qərarların qəbul edilməsində bərabər rol oynayırlar; İnteqrasiya qurumunun üzvləri habelə, onların başçıları ölkədaxili və beynəlxalq həmkarlığa daha çox üstünlük verirlər; Bu üzvlər beynəlmiləl mənafeləri, milli mənafelərdən üstün tuturlar, Qurumun üzvləri və dövlətlər bəşər cəmiyyəti qarşısında başqalarından daha artıq məsuliyyət hiss edirlər. Daxilində dezinteqrasiya prosesləri baş verən qurumların xüsusiyyətlərinə aiddir: Bu üzvlər adətən totalitar siyasi quruluşa və hökumətlərə malik olurlar; Qurumun üzvləri və onların rəhbərləri özlərini beynəlxalq müqavilələr və qanunlar qarşısında o qədər də cavabdeh saymırlar; Həmin siyasi sistemin üzvlərinin mövcudluğu müvəqqəti xarakter daşıyır və onlar başqalarının hakimiyyəti altına düşə biləcəkləri ehtimalına görə daim nigaran olurlar. İnteqrasiya prosesinə daxil olan ölkə üçün əlverişli şərtlərə inteqrasiya əməkdaşlığı bu qruplaşma daxilində maliyyə, material, digər ehtiyatların hərəkətinə zəmin yaratması, bütün istiqamətlərdə əməkdaşlığı genişləndirməsi, iqtisadi rəqabətdə müəyyən üstünlüyə nail olmaq imkanı verməsi, əmək, yeni texnologiya və s. sahələrdə mübadilənin baş verməsi aiddir.
İnteqrasiya prosesləri ümumilikdə çoxölçülü, çoxcəhətli və mürəkkəb təzahür sayılır. Bu təzahür müəyyən mənada mövcud təhlil prosedurlarından yan keçir və bu səbəbdən onun vahid, ümumi, birmənalı tipologiyasını həyata keçirmək mümkün deyil. Odur ki, inteqrasiyanın bu və ya digər regional modeli (nə nəzəri, nə də praktik səviyyədə) hətta çox oxşar, lakin sosiomədəni, iqtisadi xüsusiyyətləri və ənənələri fərqli olan hər hansı regiona belə mexaniki şəkildə tətbiq oluna bilməz. Avropa inteqrasiyasının əhəmiyyətini təhlil edən Paris Universitetinin professoru P.Fonten yazır: «Avropanın inteqrasiyasına təsir göstərən başlıca amil kimi yerli, regional, Ümumavropa strukturları və federal hakimiyyətlərlə dialoq şəraitində hazırlanan əsas layihə çıxış edir». Qloballaşmanın müxtəlif xüsusiyyətlərini təsvir edən V.Kuvaldin göstərir ki, «qloballaşama insan fəaliyyəti üçün geniş imkanlar açan böyük, nisbi olaraq eyni cinsli sayılan sosial məkanlararın yaranmasını stimullaşdırır. Bu, təqribən eyni inkişaf səviyyəsində olan bir neçə qonşu dövlətin ərazisini əhatə edir. Onların daxili həmcinsliyi dərcəsi inteqrasiya istiqamətində səylərin hansı səviyyədə əsaslı olmasından asılıdır». V.Kuvaldin daha sonra müxtəlif tipli və fərqli intensivlik dərəcələrinə malik inteqrasiya proseslərinin stimullaşdınlmasını təhlil edərək təsdiqləyir ki, «yeni dünya nizamı bir çox cəhətdən aşağıdan yuxarıya doğru, tədricən daha güclü oyunçuların ətrafında kristallaşaraq inkişaf edir. Bu güc mərkəzlərinin əsasında daxili qarşılıqlı təsiri yüksək intensivliyi ilə fərqlənən böyük super regionlar dayanır. İnteqrasiya səviyyəsindən asılı olaraq belə regionlar azad ticarət zonalarından konfederativ birləşmələrə qədər müxtəlif formalan qəbul edirlər» . Bu istiqamətdə M.Delyaqinin fikri isə bir qədər fərqlidir. O, yazır: «Dünyəvi inteqrasiya təmayülünü qədim dünyada özünə məxsus şəkildə meydana çıxan hansısa təfəkkür obrazı, təsəvvürlər, ideya kimi, ideal şəkildə anlayaraq təfsir etsək, bu təmayül (müəyyən şərtlər daxilində) insanların universal düşüncəyə, öz tarixlərində zamanlann əlaqəsinə inamını dirçəltmək qabiliyyətinə malikdir. Müəlliflərin əksəriyyəti inteqrasiya proseslərinin tarixin dərinliklərinə getdiyini heç də inkar etmirlər. Lakin onlar bu fikirdədirlər ki, qloballaşma sözün həqiqi mənasında yalnız bizim dövrümüzdə baş verə bilər. Bu prosesin dünyada inkişafın dominant qüvvəsinə çevrilməsi yeni imkanların, hər şeydən əvvəl komputer texnologiyasının meydana çıxması zəminində ümumdünya informasiya və maliyyə məkanının yaranması ilə bağlıdır». Keçmişdə inteqrasiya prosesləri kəmiyyət əlamətlerinrə söykənir, bununla yanaşı, dünyanın müxtəlifliyi prinsipini şübhə altına alınırdı. Hazırda meydana çıxan hakim dövlət və hakim iqtisadiyyat yaratmaq iddiaları isə bu prosesi mənasız və məzmunsuz edir. Müasir inteqrasiya təmayülləri öz başlanğıcını XX əsrdə İkinci Dünya Müharibəsindən sonrakı ilk illərdə baş verən hadisələrdən götürür. Bu mənada, vahid Avropanın yaranması sözsüz ki, XX əsrin ikinci yarısında baş verən geniş miqyaslı sosial proses kimi özünü göstərir. Bu prosesin tarixinin tədqiq edilməsinə, onun qanunauyğunluqlarının aşkara çıxarılmasına və nəticələrinin qiymətləndirilməsinə son illər yüzlərlə elmi əsərlər həsr edilmişdir. Buna baxmayaraq, müvafiq mövzular əvvəlki kimi öz aktuallığını saxlayır. irəliyə doğru hər yeni addımda inteqrasiya prosesi daha kompleksli və mürəkkəb olur. Nəticədə bu proses elə dilemmalar doğurur ki, digər öləkələrin və xalqların təcrübəsi belə onların həllinə kömək edə bilmir.
P.Sıqankov vurğulayır. «Son zamanlar müvafiq ədəbiyyatda «əməkdaşlıq» və «İnteqrasiya» anlayışları daha tez-tez qarışıq salınır. Əgər dövlətlorarası əməkdaşlıq suverenliklə məhdudlaşan çərçivədən uzağa getmirsə, bunun əksinə olaraq inteqrasiya suverenliyin bir hissəsinin inteqrasiyaya uğrayan dövlətlərin «ümumi istifadə»sinə verilməsini nəzərdə tutur. Tədqiqatçı A.Bayramovun fikirləri də diqqəti çəkir: «İnteqrasiya, ilk növbədə, özünəməxsus regional bütövlük prosesini əks etdirir. əgər inteqrasiya prosesi yüksələn xətlə gedirsə, gələgəkdə bu istiqamətdə yeni layihələrə tələbat yaranacaq, iqtisadi əməkdaşlıq da uzun müddət sabit olacaq. inteqrasiya iqtisadi və sosial səviyyəsinə, milli və ümumbəşəri dəyərlərə yanaşmasına görə kəskin fərqənməyən dövlətlər arasında həyata keçirilirsə, onda belə ölkələr arasında iqtisadi əməkdaşlıq bu amillərdən asılı deyil. Əgər inteqrasiya prosesinin müəyyən mərhələlərində müxtəlif səviyyələrdə fövqəladə hökumətlərin yaradılması təlabatı meydana çıxırsa, iqtisadi əməkdaşlıqda buna ehtiyac duyulmur...

Yüklə 20,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə