® istehlakçıların xərclərinin səviyyəsinə
və məsrəf seçiminə
imkan yaradır;
® istehsalçıların təklifinin qazanc baxımından
həcmini
müəyyən edir;
® resurslardan istifadəyə görə onların
sahiblərinə gəlir əldə
olunmasını təmin edir.
Nəticə etibarilə iqtisadi fəaliyyətin məqsədyönlü, onun
gəlir əldə etmək imkanı baxımından, qiymət vasitəsilə siqnalların
əldə olunması hər bir iqtisadi subyektə daha məhsuldar görünən
işlə məşğul olmaqla təkan verir. Qiymətin belə funksional
fəaliyyəti və informasiyadaşıyıcı xarakterə malik olması, bazar
təsərrüfatçıhğı şəraitində müxtəlif dəyişikliklərin baş verməsinə
uzlaşması, cürbəcür nemətlərin istehsalına və istehlak olunmasına
təkan verir. Məhz belə şəraitdə biri-birindən xəbərsiz olan iqtisadi
subyektlərin fəaliyyətinin əlaqələndirilməsi, fərdi səviyyədən
ictimai səviyyəyə qalxaraq ümumi rifaha təminat verən nemətlər
bolluğunun yaradılmasına şərait yaradır. Əlbəttə, bütün bu qeyd
olunanlar mikroiqtisadi fəaliyyətdə məlumatların əldə olunması,
xərc, məsrəf, qazanc, gəlir, itki haqqında sürətli siqnalların ətraflı
şəkildə əldə olunması bazar sisteminin bütün çatışmazlıqlarına
baxmayaraq, onun üstünlüyü kimi qiymətləndirilməlidir.
49