Bazarın elementləri və tipləri
Bazar iqtisadiyyatımn fəaliyyət göstərməsi bilavasitə onun
elementlərinin funksional fəaliyyətindən asılıdır. Əslində bazarın
ilkin və baza elementləri tələb, təklif, qiymət, rəqabət hesab olunur.
Lakin bu elementlər əlahiddə, təcrid olunmuş şəkildə deyil,
müəj^ən sistem daxilində fəaliyyət göstərirlər:
•
bazar iqtisadiyyatının ilkin elementi tələbdir. Tələb
bazarda əmtəə və xidmətlərə olan tələbat kimi üzə çıxır.
İstehlakçılar bazardan bu əmtəo və xidmətləri müəyyən olunmuş
qiymətlərlə, mövcud gəlirlərlə ala bilərlər. Tələb sərəncamda olan
resursların daha səmərəli istifadə olunmasına stimul yarada bilər;
•
bazar iqtisadiyyatının digər ilkin elementi təklifdir. Təklif
tələbatdan doğmaqla tələb olunan məhsulların müəyyən
kəmiyyətdə istehsal olunmasını əsaslandırır. Belə şəraitdə istehsal
xərclərinin və qiymətin səviyyəsindən asılı olaraq təklifin həcmi
formalaşır. Beləliklə, tələb və təklif bazar mexanizminin mühüm
elementləri kimi, maddi nemət və xidmətlərin istehsalçıları və
istehlakçıları arasında daimi əlaqənin təmin olunmasına imkan
yaradır;
•
bazar iqtisadiyyatının üçüncü mühüm elementi qiymətdir.
Qiymət müəyyən konyunktura çərçivəsində tələb və təklif
nəticəsində formalaşır. O həm enib-qalxmalara və tərəddüdlərə
meyilli olur, həm də müəyyən coğrafi ərazidə resursların
məhdudluğu və nadirliyindən asılı olaraq mövcud əmtəəyə olan
tələb və təklifi müəyyən edir. Məhsulun fayda- lılığı, onun istehsal,
transaksion, tədavül xərcləri ilə əlaqədar səviyyəsində dəyişikliklər
mövcud olur. Tələb və təklifin tarazlı vəziyyətinin yaradılmasında
mühüm rol oynayır;
54
» bazar iqtisadiyyatının digor mühüm elementi rəqabətdir. O,
mənfəətin maksimum, istehsal xərclərinin minimum səviyyəyə
çatdırılmasında bazar subyektləri arasındakı bəhsləşmənin xüsusi
formasıdır. Rəqabət şəxsi mənafeyin yaradıcısı kimi, iqtisadi
subyektlərin daha çox qazanc əldə etmək motivi olmaqla,
cəmiyyətin mənafeyinin ödəyicisi kimi, iqtisadiyyatın daima
hərəkətdə olan qüvvəsinə çevrilir. Məhz belə şəraitdə A.Smitin
qeyd etdiyi «görünməz əl» prinsipi formalaşır. Rəqabətin əsas
funksiyası iqtisadi fəaliyyətin kəmiyyətini müəyyən edən digər
elementlərin - qiymətin, mənfəət normasının, faiz dərəcəsinin
müəyyən olunmasına və tənzimlənməsinə imkan yaradır;
•
bazar iqtisadiyyatının ümumiləşmiş şəkildə bir neçə
elementini də qeyd etmək olar. Bura istehsalçı və istehlakçılar,
iqtisadi əlahiddəliyin bazar infrastrukturu daxildir. Bunların
mahiyyəti, funksional fəaliyyəti, əhəmiyyəti haqqında növbəti
mövzularda daha ətraflı şərh olunacaq.
Bazar iqtisadiyyatının formalaşması əsasən üç başlıca
prinsipə əsaslanır:
•
son hədd prinsipinə;
•
xərcin alternativ seçim prinsipinə;
•
iqtisadi səmərəlilik və ya əlverişlilik prinsipinə.
Son hədd və ya marjinal prinsipə söykənən bazar subyektləri,
orta kəmiyyətə deyil, son kəmiyyətə əsaslanırlar. Nəticədə
bazarların dolğunluğu, bazar qiymətlərinin dəyişilməsi - bazar
iqtisadiyyatı bir vəziyyətdən digər bir vəziyyədə üzücü şəkildə
keçir. Belə şəraitdə bazar məkanının fasiləsiz fəaliyyəti təmin
olunmaqla, tələb və təklif arasında kəskin tərəddüd baş vermir və
məhsul istehsalçıları ilə istehlakçıları arasında tarazlı vəziyyət
təmin olunur.
Lakin bazar subyektlərinin çoxluğu, sərbəstliyi, müstəqil
qərarlar qəbul etmələri və rəqabət aparmaq imkanları, onları
xərclərin alternativ seçimetmələrinə sövq edir. Xərclərin alternativ
seçimi, birbaşa xərclərin cəmi ilə əldə olunmayan qazancın məbləği
kimi çıxış edir. Bu da resursların
55
istifadəsində və ya sahibkarlıq fəaliyyətində digər üsullarından
imtina olunmasıyla əlaqədardır. Bu isə o deməkdir ki, bütün
buraxılan imkanlardan asılı olmayaraq bazar iqtisadiyyatı
minimum da olsa gəlirin əldə olunmasına təminat verir. Ona görə
də iqtisadi subyektlər mövcud olan resurslardan daha səmərəli
istifadə olunması yollarının üzə çıxarılması məcburiyyətində
qalırlar.
Daha səmərəli və ya əlverişli iqtisadi fəaliyyətin aparılması
prinsipi qazanc və xərcin müqayisə edilməsinə əsaslanır. Dəyişilən
variantlara görə əlverişli və ya səmərəli iqtisadi fəaliyyətin
seçilməsi, minimum mənfəətli olsa da, lakin müəyyən miqdar
gəlirin əldə olunmasına təminat verir. Bura əlverişli fəaliyyətin
meyarı kimi gəlirin əldə olunması imkanı və ya hüququnun
olmasıdır. Məhdud kapital resurslarından istifadə olunmasına
baxmayaraq həm istehsalçıların, həm də istehlakçıların tələbatları
ödənilir.
Bazar
mexanizminin
qeyd
olunan
prinsiplərinin
müxtəlifliyinə baxmayaraq burada mərkəzdə duran bir problem var
ki, o da bir tərəfdən tələb və təklif qüvvələri ilə qiymət və rəqabət
qüvvələrinin üz-üzə dayanmasıdır. Bu qüvvələr nisbətinin
tarazlaşdırılması, bazar sisteminin sivilizasiyalı şəkildə fəaliyyət
göstərməsinə təminat verəcək.
Bazar təsərrüfatının təşəkkülü tarixi inkişaf baxımından bir
neçə tipi ilə səciyyələnir:
•
azad və ya klassik;
•
tənzimlənən;
•
inkişaf etməyən;
•
deformasiya olunmuş.
Bunların arasında əsas iki tip bazar sistemini tam xarakterizə
edir ki, biri azad və tənzimlənən tiplərdir.
Azad bazar əsasən aşağıdakı xüsusiyyətləri ilə fərqlənir:
- bazar münasibətlərinin qeyri-məhdud iştirakçılarla olması
ilə;
•
iqtisadi subyektlər arasında təkmil rəqabətin mövcud
olması ilə;
56
» bütün arzu edənlərin istənilən təsərrüfat fəaliyyətilə
məşğul olması ilə;
® istehsal amillərinin mütləq mənada mobilliyi ilə;
•
kapital resurslarının sərbəst hərəkətinin qeyri-məh-
dudluğu ilə;
•
bazar fəaliyyətinin bütün növləri üzrə informasiyanın
ardıcıl təmin olunması ilə;
“ bazar subyektlərinin səmərəli və ya əlverişli fəaliyyəti üçün
hər cür şəraitin olması ilə;
•
qeyri-iqtisadi metodların tətbiq olunmaması ilə;
•
fərqləndirici nişanları olmayan, yekcins məhsul istehsalı
ilə;
•
qiymətlərin yalnız təkmil rəqabət şəraitində qoyulması ilə;
•
inhisarçıhğın olmaması ilə;
® tamamilə dövlət müdaxiləsinin olmaması ilə.
Bu cəhətlərin mövcudluğu, bazarın azad tipinin özü- özünə
tənzimlənmə mexanizmini əsaslandırır. Bu da bazar sistemində
iqtisadi subyektlərin daha səmərəli və əlverişli davranışlarını,
onların bazara sərbəst daxilolma və çıxmalarına imkan yaratmaqla
daha
çevik
şəraitin əmələ gəlməsi olardı. Lakin real həyatda
istehlakçıların hüdudsuz tələbatı, iqtisadi mühitin dəyişkənliyi azad
bazarın təşəkkülünü məhdudlaşdırır. Bu baxımdan azad bazar
müəyyən üstünlüklərə malik olsa da, onun bir sıra çatışmazlıqları
üzə çıxır:
•
iqtisadi subyektlərin davranışında kəskin fərqləri əmələ
gətirir;
» cəmiyyət üzvlərinin həyat səviyyəsində deformasiyalar
yaradır;
•
təkmil rəqabət yalnız daha gəlirli sahələrin inkişafına şərait
yaradır;
•
istənilən pul kütləsi ilə iqtisadi inkişafın sabitliyini təmin
etmək olmur;
•
təkmil rəqabətlə cəmiyyət həyatında hüquq və normaların
qorunmamasına, arzu olunmayan effektlərin mey
57
dana gəlməsinə, ətraf mühitin çirklənməsi, ekosistemin pozulması,
anormal vəziyyətin, əxlaqsızlığın əmələ gəlməsinə səbəb olur;
•
ictimai xidmətlərin təmin olunmasına imkan yaranmır.
Müdafiə, dövlət idarəçiliyinə çəkiləcək xərclərə təminat vermir;
•
fundamental tədqiqatların aparılmasına imkan verən
elmi-texniki nailiyyətlərin əldə olunmasına imkan yaratmır;
•
sosial gərginlikləri daha da dərinləşdirir.
Bütün bunları nəzərə alaraq azad bazarı yalnız xülya,
abstraksiya adlandırmaq olar. Çünki burada heç bir milli
mənəviyyata, dövlətçiliyə cavab verən prinsiplərə üstünlük
verilmir. Bu baxımdan azad bazar haqqında danışarkən bu sferadan
kənarda qalan insanların vəziyyəti və davranışı, ictimai xidmətlər
sferasının mövcudluğunu da unutmaq olmaz. Ona görə də burada
keçidin ilk illərində, iqtisadiyyatdan xəbəri olmayanların, hətta
olanların da bir çoxu belə hesab edirdi ki, azad bazarın
formalaşması hər cür bolluğun təmin olunmasına, təşəbbüs
göstərməyə, fəallığın artmasına, hər işləmək istəyənin həyat
şəraitinin yaxşılaşmasına gətirib çıxaracaq. Əslində heç bir
şəraitdə, heç bir yerdə tam azadlıq və ya sərbəstlik ola bilməz.
Bütün azadlıqlar, hər bir cəmiyyətin, millətin, xalqın hüquq və
normalarının, mənəvi dəyərlərinin, adət və ənənələrinin imkan
verdiyi çərçivədə formalaşır. Ona görə də Amerika iqtisadçısı
B.Helbreytin dediyi kimi, «Kim deyir ki, bu günləri A.Smitin
dövründəki kimi azad bazar olmalıdır, ancaq belə bazar ola bilməz.
Kim insanları buna çağırırsa, onlar stasionar müalicəyə ehtiyacı
olan psixi xəstəliyə düçar olan insanlardır».
Deməli, tam iqtisadi azadlıq ola bilməz. Lakin iqtisadi
inkişafa, cəmiyyətin normal fəaliyyət göstərməsinə təminat verən
iqtisadi azadlıqların nailiyyətlərindən istifadə etmək lazımdır ki,
bu da sivilizasiyalı bazarın fəaliyyətinə təkan versin.
58
Müasir dövrdə sivilizasiyalı bazar anlayışı, daha çox davamlı
inkişafa təminat verən, yəni iqtisadi}^at, sosial həyat, ekologiyanın
qarşılıqlı fəaliyyəti və inkişafını əhatə edən humanizm, vətəndaş
cəmiyyəti, hər kəsin hüququnu və davranışı qoruyan sistem kimi
başa düşülür. Bu baxımdan sivilizasiyalı bazar sisteminin
mövcudluğu da çox mürəkkəb, çətin bir prosesdir. Ona görə də
onun ilk mərhələsi kimi tənzimlənən bazar tipinin həyata
keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Tənzimlənən bazar - dövlətin iqtisadiyyata müdaxilə etməsi
ilə cəmiyyət üzvlərinin sosial və digər tələbatlarının ödənilməsinin
həyata keçirilməsinə əsaslanan təsərrüfat fəaliyyətidir. Bəlli olduğu
kimi, bazar yalnız fəaliyyət göstərən təşkilatçılıq qabiliyyətinə
malik olan və risk edə bilənlərin mənafelərini ödəyir. Halbuki,
cəmiyyətdə belə qabiliyyəti olmayanlar, işsizlər, xəstələr, qoca və
uşaqlar da mövcuddur. Başqa sözlə, tənzimlənən bazar, fəaliyyəti
nəticəsində mənfi fəsadların aradan qaldırılması, humanizm və
ədalətin qorunmasına, bazar fəaliyyəti ilə bağlı hər cür xoşagəlməz
məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədardır.
Tənzimlənən bazar, təsərrüfat fəaliyyətində daha təşəbbüskar
olmağı, risk etmək imkanını, əmək motivasiyasmı gücləndirən
mexanizmdir. Hətta müasir dünyada gedən iqtisadi böhrandan
çıxmaq yolunu yalnız dövlət müdaxiləsi ilə həyata keçirmək
mümkünlüyü bir daha özünü təsdiqlədi.
Tənzimlənmə prosesi iki istiqamətdə gedə bilər:
•
birbaşa bazar mexanizminin öz elementləri vasitəsilə: tələb,
təklif, qiymət və rəqabətin stimullaşdırılması ilə;
•
dövlətin, vergi, kredit, sifarişlər vasitəsilə.
Tənzimlənən bazar tipinin də ideal forması hələ ki,
mövcud deyildir. Çünki bazarın tənzimlənməsi şəraitində təsərrüfat
fəaliyyətində dövlətlə bazarın optimal həddi olmalıdır. Optimal
hədd çərçivəsində təsərrüfat fəaliyyətinin qurulması hələ ki,
Amerika iqtisadçısı V.Lcontyevin qeyd etdiyi kimi dünyanın heç
bir ölkəsində mövcud olmamışdır.
59
Natamam
bazar
dedikdə - burada əsasən bazar
elementlərinin qarşılıqlı əlaqə fəaliyyətinin getməməsi nəzərdə
tutulur. Alqı-satqı prosesi olsa da, sərbəst mübadilənin aparılması,
çevik qiymətqoymanın mümkünsüzlüyü daha qabarıq olur. Ən
başlıcası isə bazarın miqyasının genişlənməsi və səmərəli
fəaliyyətə olan meylin olmaması, rəqabət mühitinin ya olmaması,
ya da ki, inhisarlaşmış formada mövcud olması ilə əlaqədardır.
Deformasiyalı bazar dedikdə burada əsasən inzibati-
amirlikdən bazar sisteminə keçid şəraitində daha çox aşağıdakı
əlamətlər müşahidə olunur:
•
külli miqdar bazar subyektlərinin milli iqtisadiyyatın bütün
sahələri üzrə mövcud olmamasında;
•
müstəqil iqtisadi fəaliyyətin olmamasında;
•
əmtəə, əmlak və digər resursların bölgüsündə həddindən
artıq mərkəzləşdirilmiş əngəl və bürokratik müdaxilənin
olmasında.
2.3.
Bazarın prinsipləri və funksiyası
Hər bir iqtisadi sistemin formalaşmasını və inkişafını
əsaslandıran prinsiplər mövcuddur. Bazar iqtisadi sistemini
əsaslandıran prinsiplərə qeyd etdiyimiz kimi aşağıdakılar aiddir:
•
xüsusi mülkiyyət;
•
rəqabət;
•
iqtisadiyyatın açıqlığı;
•
bazar iqtisadiyyatının dövlət tənzimlənməsi.
Xüsusi mülkiyyət özünün çoxnövlüyü şəraitində müasir
bazar təsərrüfatının əsasını təşkil edir. Müxtəlif bazar subyektləri
üçün bərabər institusional əsasların yaradılması təsərrüfatçılıq
fəaliyyətinin həm stimullaşmasına, həm sərbəstliyin artmasına,
həm də cəmiyyətin iqtisadi mənafelərinin reallaşmasına səbəb olur.
Xüsusi
mülkiyyət
istehsal
amillərinin
nəticələrinin
mənimsənilməsi hüququnu əks etdirən
60
münasibətdir. Bəlli olduğu kimi xüsusi mülkiyyət, ilkin kapital
yığımı kimi meydana gəlmişdir. Tarixi iqtisadi proses kimi, o
istehsalçıları istehsal vasitələrindən ayırmış, nəticədə bazar
münasibətlərinin təşəkkül tapması üçün iki iqtisadi subyektin
əmələ gəlməsinə səbəb olmuşdur:
•
iqtisadi resursların mülkiyyətçiləri;
•
iş qüvvəsi mülkiyyətçiləri.
Azərbaycanda son 200 il ərzində ilkin kapital yığımı çar
Rusiyasının müstəmləkəçiliyi dövründə qismən mümkün
olmuşdur. Xüsusən, XIX əsrin sonunda Bakıda neft sənayesinin
inkişafı ilə əlaqədar ilkin kapital yığımı yerli milyonçuların
timsalında öz əksini tapmışdır. Müstəmləkəyə qədər, Azərbaycan
üçün VII əsrdən başlayaraq islam mənəvi dəyərləri çərçivəsində
xüsusi mülkiyyət prinsipi formalaşmışdır. Lakin o, tamamilə
kapitalist xüsusi mülkiyyət formasından fərqlənirdi. Bu da özünü
mülkiyyətin ədalətliliklə, heç bir zorakılığa, qarətə, quldurluğa
əsaslanan ilkin sərmayənin əldə olunmamasına söykənməsi ilə
əlaqədardır. İslam iqtisadi sistemində mülkiyyət halallığa,
kapitalizmdə isə nəyin bahasına olursa-olsun prinsipinə əsaslanırdı.
Çar Rusiyası dövründə Azərbaycanda istehsal vasitələri,
demək olar ki, müstəmləkə rejiminə uyğun mənimsənilmiş, geniş
xalq kütləsi tam soyğunçuluğa məruz qalmışdı. Lakin Rusiyada
1861-ci ildə həyata keçirilən iqtisadi islahatlar Azərbaycanda da
milli burjuaziyanın əmələ gəlməsinə səbəb olmuşdur. SSRİ-nin
dağılmasından sonra ölkəmizdə 1992-ci ildən başlayaraq
özəlləşdirmənin həyata keçirilməsi ilə əlaqədar xüsusi mülkiyyət
formalaşmağa başlamış və hal- hazırda onun payı ÜDM
istehsalında nəzərəçarpacaq dərəcədə artmışdır. Ölkədə həyala
keçirilən özəlləşdirmənin 1 və II proqramları dövründə xüsusi
mülkiyyətçilər təbəqəsi artıq demək olar ki, formalaşmışdır. Lakin
bununla yanaşı sahibkarlıq fəaliyyəti istiqamətində mövcud olan
çatışmazlıqlar, xüsusi mülkiyyətdən istifadə hüququ istiqamətində
bir sıra maneələr mövcuddur. Belə maneələrin aradan qaldırılması,
61
istehsal vasitələrinin nəticələrinin mənimsənilməsi, istifadəsi,
sərəncam verməsi və sahib olması istiqamətində hüquqların təmin
olunmasına gətirib çıxaracaq. Müasir şəraitdə mülkiyyətin özü
deyil,
Dostları ilə paylaş: |