Rəqabət
- latın sözü «konkurro» - qarşılaşmaq mənasını
verib, bazarın iqtisadi subyektləri arasında istehsalın, satışın və
alışın ən yaxşı şəraitinin əldə olunması uğrundakı
62
bəhsləşməni əks etdirir. Belə bir bəhsləşmənin olmasına A.Smit
üstünlük verməklə ona azad rəqabət adı vermişdir. Y.Şumpeter
göstərirdi ki, rəqabət köhnənin yeni ilə bəhsləşməsidir. Rəqabət
alıcılar və satıcıların malik olduqları iqtisadi resurslardan daha
yaxşı istifadə olunması hüququnun əldə olunması uğrundakı
bəhsləşmədir.
Ümumiyyətlə,
rəqabət
daha
əlverişli
şəraitin
mənimsənilməsi uğrundakı mübarizədir. Rəqabət haqqında sonrakı
fəsillərdə daha ətraflı məlumat veriləcəyindən, burada sadəcə onun
bazar iqtisadiyyatının mühüm prinsipi olmaq nöqteyi- nəzərincə,
bəzi cəhətlərinə toxunacağıq. Beləliklə, rəqabət:
•
sərfəli təsərrüfatçılıq şəraitinin mənimsənilməsini;
•
maksimum mənfəətin əldə olunmasını;
•
istehsal xərclərinin minimuma endirilməsini əks etdirir.
Müasir bazar iqtisadiyyatında rəqabətin üstünlüyü onunla
müəyyən olunur ki, milli iqtisadiyyatın nəticələri həm daxili, həm
də xarici bazarlarda rəqabətqabiliyyətliliyinə malik olsunlar. Ona
görə də iqtisadi inkişafın davamlılığının təmin olunması, istər
regional, istərsə də ölkə səviyyəsində bazar subyektlərinin sərbəst
fəaliyyət göstərməsi üçün antiinhi- sar qanununun tələblərinə ciddi
riayət olunmalıdır.
Rəqabətqabiliyyətinin təmin olunması keçid iqtisadiyyatlı
ölkələrdə bir sıra problemlərlə əlaqədardır:
•
istehsalın inkişafı bir qayda olaraq aşağı səviyyədə,
dünyanın sonayccə inkişaf etmiş ölkələrinin texnoloji bazasına
uyğun gəlməməsi ilə;
•
ölkə əmtəə istehsalçılarının bu istiqamətə meylin zəif
olması ilə;
•
enerjidaşıyıcıları, xam neft və qaz ixracı ölkə büdcəsinin
gəlirinin mühüm hissəsini təşkil etdiyindən bu istiqamətdə
yanacaq-sənaye kompleksinin və infrastrukturunun inkişafı yaxın
gələcəkdə bu sahənin istehsal həcminin məhdudlaşması ilə;
63
•
ixrac strukturunun mövcud vəziyyəti milli iqtisadiyyatın
dünya bazar konyunkturasındakı tərəddüdləri ilə əlaqədar olması;
•
yanacaq - xammal sahələrinin üstün inkişafı ixtisaslı
kadrlar üçün istənilən kəmiyyətdə iş yerlərinin yaradılmasına
təminat verməməsi;
•
milli iqtisadiyyatın texnoloji cəhətdən inkişafının idxaldan
asılılığının artması.
Rəqabətqabiliyyətliliyin artması, həm də müssisə
səviyyəsində, daxili iqtisadi problemlərin həllində struktur
dəyişikliklərinin zəif həyata keçirilməsi ilə əlaqədardır. Xüsusən
torpaq sahələrində bu özünü daha çox əks etdirir ki, bu da xüsusi
mülkiyyətin hüquqi təminatlarının qorunması və müdafiəsi ilə
bağlı maneələrin aradan qaldırılması ilə əlaqədardır.
Rəqabətqabiliyyətliliyin artırılması müasir dünyada gedən
iqtisadi böhran kontekstində milli iqtisadiyyatın dinamik
inkişafının təmin olunması vasitəsi olmaqla bazar münasibətlərinin
rasional şəkildə formalaşmasına təkan verir. Ona görə də bir sıra
strateji sahələr istisna olmaqla, milli iqtisadi təhlükəsizliyə xələl
gətirməyən və dövlət sərəncamında olan müəssisələr, özəl sektor
istiqamətində inkişaf etdirilməlidir. Bununla da iqtisadiyyatın əsas
aparıcı həlqəsi kimi müəssisələrin səmərəli fəaliyyətini təmin
etmək mümkündür.
Bazar tosərrüfatçılığınm rəqabət prinsipi əsasında təmin
olunması üçün əsasən aşağıdakı üç vacib istiqamət nəzərə
alınmalıdır:
•
dövlət və özəl müəssisələrin əsas iqtisadi göstəricilər üzrə
nisbətinin təmin olunması əsasında bərabər rəqabət mühitinin
yaradılmasını;
•
müəssisələrin mövcud imkanları çərçivəsində, müasir
texnologiyaların mənimsənilməsi ilə onların daxili tələbatının
ödənilməsi istiqamətində fəaliyyətlərini stimullaşdırmasını;
•
hər vasitə ilə sahibkarlıq mühitinin yaxşılaşdırılmasına
imkan verən ardıcıl tədbirlərin həyata keçirilməsini.
64
iqtisadiyyatın açıqlıq səviyyəsinin bazar iqtisadiyyatının
inkişafında xüsusi rolu vardır. Bu, hər şeydən əvvəl, ondan irəli
gəlir ki, milli iqtisadiyyatın daxili potensialının hərəkətə gətirilməsi
üçün xarici investorların ölkəyə cəlb olunmasına, inteqrasiya
prosesinin sürətlənməsinə təkan verən ixrac yönümlü sahələr
inkişaf etdirilsin. Çünki qloballaşan dünya iqtisadiyyatına, yalnız
tükənən və bərpa olunmayan xammal və yanacaq resursları ilə
iştirak etmək qeyri-səmərəlidir. Ona görə də ölkə iqtisadi potensialı
çərçivəsində, ixtisaslaşmaya əsaslanan milli mənsubiyyətli
məhsullar istehsalına təkan verən sahələrin inkişafına, xarici
investisiyanın cəlb olunmasına üstünlük verməklə, dünya bazarına
çıxmaq imkanı əldə etməlidir. Buna görə də dövlət xarici ticarət
fəaliyyətində iştirak edə biləcək müəssisələri dəstəkləməli və fərqli
iqtisadi şərait yaratmalıdır.
Həmçinin dünyanın aparıcı iqtisadi qurumları olan Dünya
Bankı, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Ticarət Təşkilatı
və s. ilə iqtisadi əlaqələrin qurulması, təkcə bazar sisteminin
qurulması baxımından deyil, milli mənafelərin qorunması
baxımından qiymətləndirilməlidir.
Bazar iqtisadiyyatının formalaşmasının mühüm prinsipindən
biri
də
iqtisadiyyatın
dövlət
tənzimlənməsidir.
Bazar
iqtisadiyyatının inkişafının müasir mərhələsi, dünyanın ən qabaqcıl
ölkələrinin timsalında bir daha sübut etdi ki, dövlət müdaxiləsi
olmadan baş verən iqtisadi, maliyyə böhranlarının qarşısını almaq
mümkün deyil. Deməli, dövlət bazar iqtisadiyyatında həm oyunçu,
həm də hakim qismində iştirak etməlidir. Əvvəla, dövlət
iqtisadiyyatın inkişafına və idarə olunmasına təkan verən
institusional, psixoloji, sosial, hüquqi elementlərin qarşılıqlı əlaqə
və asılılıqlar şəklində fəaliyyətinə təminat yaratmalıdır. Digər
tərəfdən özü bazar üçün müəyyən etdiyi qanunvericilik normativ
sənəd və aktları çərçivəsində fəaliyyət göstərməlidir. Nəhayət,
bütün bazar subyektlərinin iqtisadi davranış qaydalarını
tənzimləməlidir. Biznes mühitini yaratmaqla onun nə etmək
normala
65
rını qorumalı, onun milli mənafelərin reallaşmasmdakı yerini
konkretləşdirməlidir.
Ona görə də dövlətin iqtisadiyyata müdaxiləsi səviyyəsi,
onun qeyri-dövlət sektoru ilə olan nisbətin optimallığının təmin
olunması nəzərə alınmalıdır. Burada konkret dövr, qarşıya qoyulan
strateji məqsəd, mövcud iqtisadi imkan və həyata keçirilə biləcək
tədbirlərin seçilməsi ön cərgəyə çəkilir.
Bu baxımdan dövlət tənzimlənməsi həm mikro, həm makro,
həm mezo, həm də meqo iqtisadi səviyyəli məsələləri qarşılıqlı
şəkildə həll etməklə, bir sıra maneələri aradan qaldırmalı və bazar
təsərrüfatçılığmın formalaşmasına təkan verən iqtisadi prosesləri
stimullaşdırmalıdır.
Bazar
iqtisadiyyatında
dövlətin
müdaxiləsi
və
tənzimlənməsi səviyyəsi aşağıdakılardan ibarətdir:
“ bazara daxil olmaq üçün hər cür maneələri aradan
qaldırmaqdan;
•
bəlli olan bürokratik əngəlləri minimumlaşdırmasm-
dan;
•
iqtisadi fəaliyyəti məhdudlaşdıran lisenziyalaşdırmanı
aradan qaldırmaqdan;
•
sahibkarlıq fəaliyyətinə mənfi təsir göstərən inzibati
idarəetmənin ləğv olunmasından;
•
ictimai nemətlər istehsal edən və qeyri-bazar sektoru hesab
olunan sahələrin inkişafını təmin etməkdən;
•
ölkə, region, yerli, bələdiyyə səviyyəli iqtisadi
problemlərin həllini əlaqələndirməkdən və uzlaşdırmaqdan
ibarətdir.
Qeyd olunan bütün bu prinsiplərin hər birinə ayrı-ayrılıqda
deyil, qarşılıqlı əlaqə və təsir şəraitində bazar iqtisadiyyatının
təşəkkülü mövcud olur və inkişafı üçün zəruri zəmin yaradılır.
Xüsusi mülkiyyət hüququ qorunmasa, rəqabət mühiti olmasa,
iqtisadiyyat qapalı inkişaf etsə, dövlətin bazara xas olan
institusional dəyişiklikləri həyata keçirilərsə birmənalı şəkildə
bazar sisteminin təşəkkülünə nail olmaq olmaz.
66
Bazarın mahiyyətini daha dərindən başa düşmək üçün onun
funksiyalarına diqqət yetirmək lazımdır. Ən başlıca funksiyalara
aiddir:
•
reallaşdırıcı funksiya. Burada alıcı və satıcıların mənafeləri
tez bir zamanda reallaşır;
•
özü-özünə tənzimlənən funksiya. Bu özünü istehsalın və
istehlakm çeşid strukturu üzrə razılaşmasında, tələb və təklifin
qiymət və həcm üzrə tarazlığın qorunmasında əks etdirir;
•
bölüşdürücü funksiya, iqtisadi resursları tələb və təklifdən
asılı olaraq müəyyən qiymət və kəmiyyətlə istehlakçı və
istehsalçılar arasında bölgüsünü həyata keçirir;
•
informasiyaverici funksiya - səmərəli və faydah fəaliyyətin
təmin olunması barədə siqnallar verir;
•
stimullaşdırıcı funksiya, qiymətin aşağı düşdüyü şəraitdə
istehsalçılar
istehsalı
məhdudlaşdırmaqla,
yeni
texnika,
texnologiya, innovasiyaların tətbiqi ilə, daha təkmilləşdirilmiş
əmək fəaliyyətini tətbiq etməklə, məhsul vahidinə minimum xərclə,
maksimum mənfəət əldə etməyə şərait yaradır;
•
tənzimlənən funksiya, milli iqtisadiyyatın sfera və
regionları üzrə mikro və makrosəviyyəli proporsionallığın istehsal
və mübadilə üzrə təmin olunmasına imkan verir;
•
qənaətçil funksiya, tələbin ölçüsü ilə əməkhaqqının
məbləğinə uyğunluğundan asılı olaraq istehlak sferasında tədavül
xərclərinin azaldılmasına təkan verir;
• təsərrüfat fəaliyyətinin demokratikləşdirici funksiyası,
burada özünüidarəetmə prinsipi formalaşmaqla ictimai istehsalı
iqtisadi cəhətdən əlverişli olmayan elementlərdən azad etməklə
əmtəə istehsalçı - rəqabətçiləri diferensial- laşdırır.
67
|