funksiyasına
daxildir:
■
bazar subyektlərinin mənafelərinin reallaşdırılmasmın
yüngülləşdirilməsi;
■
fəaliyyət növlərinin ixtisaslaşdırılması əsasında bazar
subyektlərinin
işinin
operativliyinin
və
səmərəliliyinin
yüksəldilməsi;
■
bazar münasibətləri ilə bağlı sənədləşmənin aparılmasının
sürətləndirilməsi;
■
işgüzar fəaliyyətdə hüquqi və iqtisadi nəzarət formalarının
yüngülləşdirilməsi;
■
sahibkarlıq fəaliyyətinin dövlət və ictimai tənzimlənmə
mexanizminin əyaniləşdirilməsi.
81
Bazar infrastrukturunun qeyd olunan elementləri sırasında
əsas yeri birja tutur. Birja sözü latın dilində olub «dəri çanta»
mənasını verir. Birjalar, XVI əsrdən etibarən meydana gəlməyə
başlamış və ticarət əməliyyatlarının aparılması üçün tacir və
kommersantların yığışdığı xüsusi yerlər kimi meydana gəlmişdir.
İlk birjalar:
■
Antverpenada 1531-ci ildə;
■
Londonda 1566-cı ildə;
■
Sankt-Peterburqda 1703-cü ildə;
■
Nyu-Yorkda - 1792-ci ildə.
Birjalarda aparılan ticarətin üstünlüyü ondan ibarətdir ki,
burada fərdi istehsalçılarla istehlakçılar arasında heç bir vasitəçi
iştirak etmir. Burada müstəqil seçim və qiymətqoyma mexanizmi
fəaliyyət göstərir.
Birja fəaliyyətinin tənzimlənməsini dövlət orqanları və
müstəqil tənzimləyici orqanlar həyata keçirərək, onun və ayrı-ayrı
iştirakçılarının qaydalarını müəyyən edirlər.
Birja kütləvi standartlaşdırılmış əmtəələrin topdansatış
ticarətinin, valyutaların, iş qüvvəsinin, qiymətli kağızların
alqı-satqısı ilə əlaqədar müntəzəm aparılan əməliyyatların təşkilati
formasıdır.
Birjanın əsas məqsədi bazarın hərtərəfli təşkil olunması ilə
əlaqədardır. Hazırda birjalar dövlət və səhmdar cəmiyyətlərinin
təşkilatı kimi bir sıra funksiyaları yerinə yetirir:
■
qiymətlərin razılaşdırılması və ticarətin aparılması yerini
təklif edir;
■
birja ticarətini təşkil edir;
■
birjada reallaşdırılan məhsulların standartlarını müəyyən
edir;
" ticarət qaydalarını müəyyən edir;
■
arbitraj müalicələrini tənzimləyir;
■
informasiya fəaliyyəti aparır;
® müəyyən əməliyyatların aparılması ilə bağlı
komisyonların əldə olunmasına təminat verir.
82
Birjalarda həyata keçirilən əməliyyatlarda məhsullara görə
razılaşmalarda pulun, bank sənədlərinin və s. bir şəxsin əlindən,
digərinə sərbəst şəkildə keçir. Birjalardakı əməliyyatları
fəaliyyətinə görə belə qruplaşdırmaq olar:
■
real məhsullarla əməliyyat. Məhsullar satıcı tərəfindən
müqavilədə göstərilən vaxtda və həcmdə təqdim olunmalıdır. Belə
əməliyyatlar forvord adlanır;
■
nisyə və ya nağd olmayan məhsullarla bağlı əməliyyat
(gələn ilin kənd təsərrüfatı məhsulu və s.). Belə əməliyyatlar
müəyyən vaxtlarda həyata keçirilir. Alqı-satqıda məhsulun özü
deyil, ondan istifadə hüququ iştirak edir. Məhsulun vaxtında təqdim
olunması cavabdehliyi əsas götürülür. T.Fyuçers əməliyyatlarında
real məhsulun qiymət dəyişiklikləri ilə bağlı itkilərin aradan
qaldırılması üçün sığortalaş- madan istifadə olunur. Demək olar ki,
hazırda dünyada fyuçers birja əməliyyatlarının aparıldığı 150-yə
qədər yer mövcuddur ki, burada 54 adda məhsulla əməliyyat həyata
keçirilir. Ümumi mal dövriyyəsi ildə orta hesabla 3-5 trln. dollar
həcmindədir. Fyuçers əməliyyatlarmm böyük bir hissəsi, yəni
85%-iAmerika birjalarının, 8%-i ingilislərin, 6%-i yaponların
payına düşür;
■
mükafat və ya opisionla əməliyyat ödəyiciyə seçim imkanı
verir: ya öhdəlik müqavilədə göstərilən müddətdə yerinə
yetrilməlidir, ya da ondan imtina olunmahdır. Mükafatın ödəyicisi
qiymət dəyişikliklərindən asılı olaraq həm alıcı, həm də satıcı ola
bilər. Əgər qiymətlər müntəzəm aşağı düşürsə, ödəyici
əməliyyatdan kənarlaşmaq hüququna malikdir. Birja oyunları
özünü ən çox bu şəkildə əks etdirir:
■
sığortalanmış əməliyyatlar, bunların da iki tipi mövcuddur:
a) birja müqavilələrinin satılması (qısa hucir); b) birja
müqavilələrinin alınması (uzun hecir). Belə əməliyyatlar, risk və
qiymət dəyişikliyi zamanı gəlirlərin müdafiəsi vasitəsi kimi çıxış
edir;
• qiymətlərin sonrakı fiksasiyası və ya əmrlə yerinə
yetirilməsinə məcbur olan əməliyyatlar. Belə şəraitdə bir tərəf
83
digər tərəfə məhsulun göndərilməsi və müqavilənin bağlanmasının
hər hansı momen tində qiymətin qoyulması hüququnu verir.
Qiymət iki elementdən ibarət olur:
“ birja kotirovkasından (fyuçersdən);
" əlavədən və ondan enmədən (bazisdən).
Adətən bazis, birja katirovkasını 3%-dən çox üstələmir.
Kotirovka dedikdə bu məhsula, qiymətli kağıza və hər hansı
pul öhdəliklərinə həm alıcının, həm də satıcının qoymuş olduğu
qiymət haqqında cədvəldə göstərilən məlumatdır. Başqa sözlə,
ko{irovka cədvəl olub əmtəə, qiymətli kağızın qiyməti haqqında
informasiyanı əks etdirir.
Birja əmtəəsinə, birja ticarətinə daxil olan predmetlərinə
olan tələb əks olunur:
“ istehsalın kütləviliyi;
■
standartlığı;
■
mövcud tələbin davamlılığı.
Birjada fəaliyyət göstərənlər:
® maklerlər; müəyyən birja əməliyyatları üzrə ixtisaslaşmış
hüquqi şəxs statusunda müştərilərin hesabına onların tapşırığını
yerinə yetirənlər;
" brokcrlər; maraqlı tərəflər arasında əməliyyatların həyata
keçirilməsinə vasitəçilik edənlər olub, müştərilərin tapşırığı ilə və
onların hesabına fəaliyyət göstərirlər. Xidmətlərinə görə haqq alıb,
müştərilərə əlavə olaraq reklamın, kreditin, bazarın öyrənilməsinə
görə də xidmət göstərə bilərlər;
" dillerlər; əmtəələrin alıb-satması ilə məşğul olan fiziki şəxs
və ya firma olub öz hesabına və öz adından çıxış edənlərdir.
Onların mənfəəti, əmtəələrin təkrar satışı zamanı qiymət fərqindən
əldə olunur.
Bundan əlavə, birja praktikasında «buğa» və «ayı»
terminlərindən də istifadə edilir. Bunlar alverçilər olub, birincisi
əmtəələrin qiymətinin yüksəlməsinə, ikincisi qiymətin aşağı
düşməsinə çalışanlardır.
Əmtəə birjalarında aşağıdakı funksiyalar yerinə yetirilir:
84
" müxtəlif məhsullar üzrə ticarət əməliyyatlarının həyata
keçirilməsi üzrə müqavilələrin bağlanılması;
“
ticarət
əməliyyatlarının
tənzimlənməsi,
ticarət
mübahisələrinin həll edilməsi;
“ qiymət haqqında məlumat toplayıb və onun dərc olunması;
® istehsalın və digər amillərin qiymətə olan təsirinin
vəziyyətini əks etdirən informasiyanın verilməsi.
Əmtəə birjalarının əsas predmeti əmtəələr və onların
çatdırılması ilə əlaqədar müqavilələrin bağlanmasıdır.
Fond birjaları. Qiymətli kağızların alqı-satqısı ilə məşğul
olan yerdir. Qiymətli kağızlar, əmlak və ya borc öhdəliklərini əks
etdirən sənədləşmə nümunəsidir. Qiymətli kağızlara aiddir:
■
səhmlər;
■
istiqrazlar;
® veksellər;
" sertifikatlar və s.
Səhm - səhmdar cəmiyyətinə kapitalın qoyuluşunu təsdiq
edən və əldə olunacaq mənfəətdən dividend formasında
paylanmağa təminat verən qiymətli kağızdır. Səhmdə adətən
nominal qiymət göstərilir. Lakin səhmlər birja qiyməti ilə
alınıb-satılır. Birja qiyməti, səhmin kursunu müəyyən edir. Birja
qiyməti - qiymətli kağızlar bazarında tələb və təklifin təsiri, səhmin
orta qiyməti müəyyən olunur. O da dividendin həcminin 100-ə
vurulub, faiz formasına bölünməsinə bərabərdir.
Səhmin kursunun nominal qiyməti üstələməsini laj və ya
ajyo enməsi ilə dirajyo adlanır. Qiymətli kağızların birja ticarətinə
daha çox tanınan şirkətlər buraxılır.
Fond birjalarının qeyri-sabit inkişafı birbaşa onların gələcək
fəaliyyətində uğursuzluğunu əsaslandırır. Çünki belə şəraitdə
möhtəkir firmaların sayı artır. Məhsulun faktiki istehsalına deyil,
əsaslandırılmamış qiymətli kağızların emissiyasına üstünlük
verilir. Dünyada 2008-ci ildə baş vermiş maliyyə böhranının əsas
səbəblərindən biri, məhz qiymətli kağızların şişirdilmiş səviyyədə
buraxılışı olmuşdur. ABŞ-da
85
ipoteka səhmlərinin buraxılışı buna misal ola bilər. Burada,
həmçinin sahibkarların öz maliyyə imkanlarını nəzərə almadan
kütləvi şəkildə müxtəlif səhmlərin alınması maliyyə böhranına
gətirib çıxara bilər. Fond birjalarında daha təhlükəli cəhət
0
vaxt
baş verə bilər ki, iri maliyyə şirkətləri qiymətli kağızların
alınıb-satılması barədə əvvəlcədən razılaşdırılmış qiymətlərlə
fıktiv əməliyyatlar aparsınlar.
Fond birjalarının böhranına, ölkənin iqtisadi siyasətinə
dövlət xadimlərinin səhv fəaliyyəti də təsir göstərə bilər.
Ümumiyyətlə, fond birjalarının fəaliyyətinə:
■
səhmdar cəmiyyətlərin az və ya çoxluğu;
■
fond bazarı mexanizminin düzgün qiymətləndiril- məməsi;
■
qiymətli kağızlar kursunun dəyişilməsinə səbəb olan
amillərin funksional rolunun nəzərə alınmaması;
■
birja əməliyyatlarının özünü doğrultması və müvəffəqiyyət
şəraitinin qiymətləndirilməməsi.
Əmək birjası - iş axtaranlarla işverənlər arasında, iş
qüvvəsinə olan tələb və təklif arasında qarşılıqlı əlaqəni həyata
keçirən vasitəçi təşkilatdır. Əmək birjası vasitəsilə həm də işsizlərə
sosial yardımlar göstərilir.
Əmək birjasının funksiyasına daxildir:
•
Əmək bazarında qeyd olunmuş müəssisələrdəki boş
yerlərlə sərbəst iş qüvvəsinin uçotunu aparmaq;
■
işsizlərə əmək və maddi yardım göstərmək;
•
işçilərin
yenidən
hazırlanmasını
və
ixtisasının
yüksəldilməsini təşkil etmək;
■
əlavə iş yerlərini maliyyələşdirmək;
■
əmək bazarında mütəxəssislərin yararlığının ekspertizasını
həyata keçirmək;
■
əmək fəaliyyəti ilə bağlı sair xidmətləri görmək.
Bazar infrastrukturunun inkişafına müasir şəraitdə
informasiya biznesi xüsusi təsir göstərir. İnformasiyanın özü artıq
bir tərəfdən biznesin müstəqil sahəsi kimi fəaliyyət gös
86
tərir, digər tərəfdən, bank, birja, sığorta, reklam işi kimi, bazar
iqtisadiyyatının infrastrukturuna daxil olub.
Dostları ilə paylaş: |