Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə34/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   233
Bazar 1

transaksion 
xərcləri 
formasında özünü əks etdirir. Bu barədə də sonrakı fəsillərdə ətraflı 
izahat  verilməsinə baxmayaraq transaksion xərclər haqqında onu 
qeyd etmək olar ki, onun tərkibinə daxildir: 
« informasiyanın əldə olunması və hazırlanması ilə əldə 
olunan xərclər; 
® danışıqların aparılması və qərarların qəbul olunması ilə 
bağlı xərclər; 

 
nəzarət xərcləri

 
müqavilələrin hüquqi müdafiəsi ilə əlaqədar olan xərclər. 
İnzibati-amirlik  sistemində  isə  iqtisadi  fəaliyyət  ilə  bağlı 
məsrəflər  inzibati  xərclər  kimi  özünü  əks  etdirir.  İnzibati  xərclər 
hər şeydən əvvəl  inzibati  idarə heyətinin  saxlanması  ilə əlaqədar 
olsa da onun da tərkibinə bir sıra xərclər daxildir: 
® informasiya təminatı ilə bağlı xərclər; 
® inzibati qərarların hazırlanması ilə bağlı xərclər; 
® qərarların icra olunması ilə bağlı çəkilən xərclər. 
Transaksion  və  inzibati  xərclərin  səviyyəsini  müqayisə 
etməklə 
konkret 
sistem 
daxilində 
onların 
həddini 
müəyyənləşdirmək mümkündür. Belə ki, bazar sistemində iqtisadi 
proseslərin  əlaqələndirilməsi  ilə  bağlı  xərclərin  qənaət  yolu  ilə 
minimuma endirilməsi mümkündürsə, lakin inzibati sistemdə belə 
xərclərin azaldılması qeyri-mümkündür. 
Keçid  iqtisadiyyatı  sisteminin  mövcud  olmasının  bir 
xüsusiyyəti  iqtisadi  subyektlərin  fəaliyyəti  ilə  bağlı  inzibati  və 
transaksion xərclərinin qalması ilə əlaqədardır. Bu sistem daxilində 
iqtisadi  subyektlərin  davranışında  iqtisadi  müstəqilliyin  və 
sərbəstliyin  həyata  keçirilməsi  hər  bir  subyektin  fərdi  seçim 
əsasında müvafiq qazancın əldə olunması imka- 
45 


ninin  yaradılması  və  onun  təminat  mexanizminin  qorunması 
xüsusi əhəmiyyət daşıyır. 
Mikroiqtisadi  səviyyədə  iqtisadi  subyektlərin  fəaliyyətinin 
qiymətləndirilməsi hər şeydən əvvəl onların qənaətli əlaqələrinin 
həyata  keçirilməsi  ilə  mümkündür.  Bazar  şəraitində  iqtisadi 
subyektlərin  əlaqələndirilməsini  resursların,  məhsulların  və 
gəlirlərin dövranının modeli vasitəsi ilə təhlil etmək olar (model 1). 
Resursların,  məhsulların  və  gəlirlərin  dövranına  diqqət 
yetirdikdə aydın olur ki, iqtisadiyyat əsasən iki sektora ayrılır: 

 
ev  təsərrüfatına,  öz  istehlakçılarını  ödəmək  üçün 
satdıqları,  əmək,  sahibkarlıq  qabiliyyəti,  kapital  və  torpaq 
resursları müqabilində əldə etdikləri gəlirərlə firmalardan əmtəə və 
xidmətləri alanlara

 
firmalara,  əmtəə  və  xidmətlərin  satışından  əldə  etdikləri 
pullardan,  ev  təsərrüfatından  resursların  alınması  üçün  istifadə 
edənlərə; 
Resurslar bazarı, istehlak nemətləri bazarı, ev təsərrüfatı və 
firmalar  arasında  baş  verən  qarşılıqlı  əlaqə  və  asılılıqlar, 
dəyişikliklər,  müxtəlifliklər  və  müvafiq  qazanc  naminə  seçim 
etmək məkanı bütövlükdə bazar sistemini əhatə edir. Belə şəraitdə 
ev  təsərrüfatları  nə  istehlak  etmək  naminə  nə  istehsal  etmək 
qərarına  gəlirlər.  Bu  qərarın  qəbul  edilməsi  firmaların  əməli 
fəaliyyətinin  əsasını  təşkil  edir.  Firmalar  bu  əsasdan  öz  məhdud 
resurslarından daha səmərəli istifadə etmək qərarına gəlirlər. 
46 



Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə