dolduranlar, tocili xidmət göstərənlər, şose boyu xırda yeməkxana
və servis xidməti göstərənlərin sayı artır. Bizim misalda benzin və
motor yağı bir-birini tamamlayan məhsullardır. Sürücü və ona
xidmət göstərənlər də biri-birini tamamlayan fəaliyyətdir. Bu
həmçinin tədris və dərsliklərə, yumurta ilə qayğanağa,
maqnitofonla diskə, əl telefonu ilə karta, dəm çayniki ilə çaya və s.
aiddir.
Beləliklə, iki biri-birini qarşılıqlı tamamlayan
məhsul varsa,
onda onların birinin qiyməti digərinə olan tələblə əks əlaqədədir.
Bir sıra məhsullar da vardır ki, onlar biri-biri ilə qarşılıqlı əlaqədə
deyillər. Məsələn, badımcan kürüsü ilə qol saatının, avtomobillə
buxarın, futbol topu ilə velosipedin və s. birinin qiymətinin
dəyişilməsi digərinə olan tələbə təsir etmir.
Dostları ilə paylaş: