qədər inandırmaya və fəaliyyətə yönəldən ağıllı dəlillərə inanacaq
lar; məntiqi sübutlar nə qədər yaxşıdırsa, psixoloji təsir o qədər
sabit olacaqdır.
Məntiqi dəlillər - mülahizələrin, nümunələrin, statistik məlu
matların mütəxəssis fikirlərinin tətbiqidir ki, bunun da məqsədi
inandırma və müvafiq fəaliyyətə cəlb etmədir. Bütün məntiqi üsul
ları induktiv və deduktiv kimi təsnif edirlər. İnduktiv- fərdidən
ümumiyə, deduktiv isə ümumidən xüsusiyə yönəlmiş əqli nəticədir.
Xeyli xüsusi hallan müşahidə etdikdən sonra bütün belə hal-
lann birliyi haqqında ümumiləşdirici nəticə çıxardığımız zaman
induksiyanı tətbiq edirik.
Ümumi inamın, yaxud prinsipin düzgünlüyü haqqında müla
hizədən onlann tətbiq edildiyi ayn-ayn hallann da düzgün olma
sı haqqında nəticə çıxararkən deduksiyadan istifadə edirik. Əsas
götürülən bu prinsip sözün ən geniş mənasında ümumi olmama
lıdır; o, ondan çıxarılan nəticələrə nisbətən yalnız çox ümumilik
xüsusiyyətinə malikdir.
Psixoloji nəticələr - natiqin auditoriyanın hislərinə təsiridir.
Dinləyicilərin məqsədlərini nəzərə almaq və nitqi elə qurub inkişaf
etdirmək lazımdır ki, o, ünsiyyətin müvafiq məqsədlərinə uyğun
olan maraqlar oyada bilsin.
Natiq, həmçinin dinləyicinin inamlarının formalaşmasına,
yaxud fəaliyyətinə mane olan arzularını dəf etməli, yaxud onları
oyatmamalıdır. İnsanların gündəlik həyatda istifadə etdiyi bir, ya
xud bir neçə tələbat inam və fəaliyyət üçün təkan ola bilər.
İnandırıcı nitqin məqsədinə aid tələblər bilavasitə özünüqo-
ruma instinktləri, fiziki salamatlığa can atmaq kimi məsələlərlə
bağlı ola bilər ki, onlar təkcə təhlükəsizlik yox, həm də azadlıq və
fəaliyyəti əhatə edir.
Onlar həm də fiziki - rahatlığa, komforta və vərdişlərinə uyğun
olan hər şeyə can atmaq kimi motivlərlə bağlıdır. Təcrübəli natiq
auditoriyanın iqtisadi və peşəkarlıq meyllərini; öz ailəsinin rifahı
nı düşünməsini, yaxşı ad-san qazanmaq, nüfuz, yaxud hakimiyyət
əldə etmək istəyini və s. nəzərə almalıdır.
Digər zidd maraqlar olmadığı zaman dinləyicilər onlara hə
qiqət və ədalət kimi təklif edilən hər şeyi böyük həvəslə müdafiə
141
edərlər. Ədalətlilik, mərhəmətlilik hissini həqiqətən oyatmaq
mümkün olursa, dinləyicilər şərin basılmasına yönəlmiş fəaliyyətə
başlamaq üçün təkid edəcəklər.
İnsamn şüuruna sistemli təsir göstərilməsinin klassik sxeminə
aşağıdakı ünsürlər daxildir: diqqət - maraq - arzu - fəaliyyət.
Diqqəti qeyri-adi nəql, vizual vasitələrlə cəlb etmək olar, tərəf-
müqabil özünün hansısa tələbatım ödəyə biləcəyini başa düşdükdə,
maraqlanmağa başlayır; məqsədin əlçatan oduğunu gördükdə
arzu yaranır; hərəkət arzu və nə etmək lazım olduğunu xatırlatma
nəticəsində meydana çıxır.
Gördüyümüz kimi, məntiqi və psixoloji dəlillər sübutlara qı
rılmaz surətdə bağlanır və vahid inandırma prosesinin iki tərəfi
kimi çıxış edir. Məsələn, natiq öz nitqində dinləyicilərin borc
hissinə, edilən təklifin həyata keçirilməsinin mümkünlüyünə və
dinləyicilərin anlama qabiliyyətinə müraciət edir; sonra təklif
edilən məsələni xırdalıqları ilə ətraflı izah edir, söylədiklərini fakt
larla təsdiq edir, eyni zamanda, auditoriyanın vicdanına və şüuruna
etdiyi çağırışları da qüvvətləndirir.
Dilin bədii ifadə vasitələri də böyük təsir qüvvəsinə malikdir.
Hər bir dil - obrazların dilidir. Obraz müqayisənin xüsusi forması
dır. Məlum olmayan məlum olanla birləşir, bu gün, məsələn, idman
aləmindən olan obrazlardan çox istiıfadə edilir: «nazir öz qapısına
qol vurub» deyimi onun öz ideyasına çox qüvvə sərf etdiyini, lakin
alınan nəticənin arzuolunanın əksi olduğunu bildirir.
Natiq söylənilənin mahiyyətini aşkara çıxara biləcək parlaq
ifadələr axtanşındadır. Mən söyləmək istədiyimi nə ilə müqayisə
edə bilərəm? Hansı bədii təsvir vasitələrindən istifadə etmək müm
kündür? Obrazlar süni surətdə yaradılmır, onlar həyatı diqqətlə
müşahidə etdiyimiz zaman meydana çıxır. Parlaq ifadələr insan-
lann yaddaşında qalır, mücərrəd mülahizələr isə, bir qayda olaraq,
unudulur.
Məsələn, bir neçə nümunə göstərək: «Dövlət büdcəsinin təmi
natı haqqında qanun yalnız bir ilin çətinliklərini dəf etməyə kömək
göstərən qoltuq ağacı idi», «Biz çox uzun bir tunellə gedirik, orada
işığı çox gec görəcəyik» və s. Ancaq yaddan çıxarmaq olmaz ki,
142
obrazların köməyi ilə bir çox şeyləri əyani şəkildə təqdim etmək
mümkündür, lakin heç nəyi sübut etmək mümkün deyil.
Əgər natiq dəlillərlə şərhin məntiqi üsulunu seçmişsə, burada
sübutun aşağıdakı vasitələrindən istifadə edilə bilər: bilavasitə və
bilvasitə /apaqogik və ayırıcı/.
Bilavasitə sübut hər hansı şübhə doğurmayan müddəaya
əsaslamr ki, ondan bilavasitə tezisin həqiqiliyi çıxarılır. «Bilavasitə
sübut» termini məhkəmə kargüzarlığında bir qədər fərqli mənaya
malikdir. Hüquqşünaslar şahidlərin- hansısa cinayəti gözləri ilə
görənlərin ifadələrini birbaşa sübut adlandırırlar. Bu, bilvasitə sü
butdan - yəni baş vermiş cinayət haqqında kimdənsə eşitmiş in
sanların söylədiklərindən fərqlənir.
Bilvasitə sübutda tezisin həqiqiliyi ona zidd olan müddəanın
həqiqiliyinin inkar edilməsi yolu ilə əsaslandırılır; başqa sözlə
deyilsə, bilvasitə sübut zamanı müdafiəçi təklif edilən tezisin ya
lan olmasını sübut edir və bundan çıxış edərək, verilmiş tezisin
həqiqiliyini isbat edir.
Bilvasitə sübutların iki növü vardır: apaqogik və ayırıcı.
A paqogik sübut (yunan dilindəki apagog-nəticə, apagogos-
aparan, qaçıran) bilvasitə, bir növ kənara yönəldən sübutdur.
Apaqogik sübut aşağıdakı şəkildə aparılır. Siz hər hansı tezisin
həqiqiliyini sübut etməlisiniz. Biz müvəqqəti olaraq qəbul edirik
ki, bizim tezisimizə zidd olan tezis həqiqidir və buradan bütün mü
vafiq nəticələri çıxannq.
Lakin tezis yalan olduğu üçün, təbiidir ki, ondan çıxan nəticələr
gerçəkliyə zidd olacaqdır. Bunu sübut edərək, bizim tezisimizə
zidd olan tezisin yalan oduğunu isbat etmiş oluruq. Lakin əgər
həmin tezis yalandırsa, ona zidd olan tezis, yəni bizim irəli sürdü
yümüz tezisin həqiqiliyi zərurətdir.
Belə isbat növü «zidd olandan çıxış e d m isbat» adlanır. Bu
isə terminoloji baxımdan düzgün olmayan ifadədir, çünki əslində
bu, «əks olandan isbat»dır, çünki əks mülahizənin yalan olmasın
dan digər əks mülahizənin doğru olması haqqında nəticə çıxarmaq
olmaz, bu yalnız bir-birinə zidd olan mülahizələrin mövcudluğu
halında mümkündür.
143
Yüklə Dostları ilə paylaş: |