2.5. N itq etiketi
Nitq etiketinin əhəmiyyəti və onu formalaşdıran amillər
Mənşəyinə görə etiket fransız sözüdür (
etiquette). İlkin mənasında
o mal taylarına bağlanan taxta parçası - birka mənasını verirdi, son-
ralar isə xüsusi saray mərasimlərini belə adlandırmağa başladılar.
«Etiket» sözü də məhz bu mənada, xüsusilə fransız mərasimlərinin
Vena sarayında qəbul edilməsindən sonra geniş yayılaraq, alman,
polyak, rus və başqa dillərdə eyni mənada işlədilməyə başladı.
Bu sözlə yanaşı, hansısa fəaliyyətin ardıcıllığını müəyyən edən
qaydaları ifadə etməkdən ötrü «reqlamentləşdirmə» sözündən və
«diplomatik protokol» söz birləşməsindən istifadə olunur.
Ünsiyyətin
protokolun tələb etdiyi bir çox incəlikləri işgüzar münasibətlərin digər
sahələrində də nəzərə alınır. Müəyyən sosial qruplann təcrübəsini,
əxlaqi anlayışlarını və zövqlərini əks etdirən
işgüzar etiket işgüzar
dairələrdə, xüsusilə son zamanlarda daha geniş yayılmaqdadır.
Etiket davranış və ünsiyyət normalarına əməl edilməsini
nəzərdə tutur. Ünsiyyət insan fəaliyyəti, insanın iştirak etdiyi
proses olduğu üçün, ünsiyyət zamanı ilk növbədə nitq etiketinin
xüsusiyyəti nəzərə alınır. Nitq etiketi dedikdə, nitq davranışının
qaydaları, ünsiyyətin nitq formulları sistemi başa düşülür.
Nitq etiketinə yiyələnmiş olmağın səviyyəsi
im anın peşə ya -
rarlılığı səviyyəsini müəyyən edir. Bu, ilk növbədə, dövlət qulluq
çularına, siyasətçilərə, müəllimlərə, hüquqşünaslara, həkimlərə,
menecerlərə, sahibkarlara, jurnalistlərə, xidmət sahəsində çalışan
lara, yəni öz işinin xüsusiyyətinə görə daim insanlarla ünsiyyətdə
olanlara aiddir.
Nitq etiketinə malik olmaq nüfuz qazanılmasına kömək edir,
inam və hörmət yaradır. Nitq etiketi qaydalarım bilmək, onlara əməl
etmək insana özünü inamlı və sərbəst hiss etmək imkam verir, insan öz
səhvləri və düzgün olmayan hərəkətləri üçün narahatlıq keçirməkdən
və başqalarının istehza hədəfi olmaq qorxusundan qurtarır.
İntensiv nitq fəaliyyəti (linqvointensiv) tələb edən peşə
sahibləri tərəfindən nitq etiketlərinə əməl edilməsi həm də tərbiyəvi
68