32
haqqında yazmışdır: «Ümumiyyətlə, sözün geniş mənasında başa düşdüyümüz «tərbiyə» anlayışı
şəxsiyyətin əvvəlcədən tərtib olunmuş proqram layihəsinə pedaqoji proses kimi insanın
həyata
hazırlanmasıdır.
Bu da iki uyğun şəkildə formalaşmasına rəhbərlik prosesidir, şəxsiyyətin inkişafının müəyyən məcraya
salınması, məqsədə doğru istiqamətləndirilmiş, inkişaf üçün optimal şəraitin formalaşdırılması
deməkdir»
31
. 1993-cü ildə bir qrup pedaqoqun nəşr etdirdikləri «Pedaqogika» kitabında tərbiyənin üç
mənada işlənilməsini bildirirlər:
a) geniş sosial mənada;
b) geniş pedaqoji mənada;
v) məhdud- dar mənada.
Müəlliflər mənaları iki cəhətdən izah edirlər. Geniş sosial mənada tərbiyə sosial həyatın bütün sahələrini
sosial institutların insan şəxsiyyətinə təsirini əhatə edir. Bura hər bir xalqın bütün milli-sosial həyat tərzi,
hər bir dövlətin və ictimai təşkilatların apardıqları tərbiyə işi daxildir. Geniş pedaqoji
mənada tərbiyə
tədris-tərbiyə müəssisələrində həyata keçirilən bütün təlim-tərbiyə işini əhatə edən məqsədyönlü və
mütəşəkkil tərbiyə prosesini nəzərdə tutur. Məhdud mənada tərbiyə şəxsiyyətin hər hansı bir xarakter
əlamətini, mənəvi keyfiyyətinin, əqidəsinin formalaşmasına təsir göstərən xüsusi tərbiyə sahəsini nəzərdə
tutur. Məsələn, fiziki tərbiyə, bədən tərbiyəsi milli iftixar hissi, vətən pərvərlik tərbiyəsi və s.
32
N.M.Kazımovun «Pedaqogikanın bəzi tədqiqat hüdudları haqqında» məqaləsində tərbiyənin mahiyyəti
belə şərh olunur: «Şəxsiyyətin planlı və məqsədə yönəlmiş şəkildə formalaşdırılması tərbiyə üçün
səciyyəvidir»
33
.
Bütün bunlardan aydın olur ki, fikrimizcə ilk ədəbiyyatda (1964) tərbiyə anlayışı müəyyən dərəcədə
məhdudlaşdırılır. Tərbiyə dedikdə yalnız uşaqların və ya gənc nəslin tərbiyə olunması nəzərdə tutulur.
Konkret desək, tərbiyənin müxtəlif təbəqələrdən olan sosial qrupları əhatə etməsi nəzərdən qaçırılır.
İkinci
ədəbiyyatda (1983) tərbiyə məfhumuna münasibət konkret və dəqiq surətdə xarakterizə edilir.
Üçüncü ədəbiyyatda (1993) tərbiyənin üç mənada işlədilməsi xüsusən açıq
qeyd olunmaqla, həm də onlar
kifayət qədər aydınlaşdırılır.
Dördüncü ədəbiyyatda isə (1974) tərbiyənin nailiyyətləri izah olunmaqla bərabər, tərbiyəyə konkret
qısa və düzgün tərif verilir. Müvafiq pedaqoji ədəbiyyatın təhlilindən sonra belə qənaətə gəldik ki,
«Tərbiyə məhfumu ilə əlaqədar aşağıdakılara da diqqət yetirmək faydalı olardı: «Tərbiyə» anlayışı
dedikdə:
a) əhalinin bütün sosial təbəqələrini əhatə edən;
b) ictimai quruluşun təbəqələrinə və mənafeyinə tam uyğun gələn; v) insanların mənəvi inkişafına müsbət
təsir göstərən, onun həyata və ictimai əməyə hazırlanması prosesi müntəzəm məqsədyönlü idarə olunan;
q) şəxsiyyətin formalaşmasında və s. əsas amillərdən biri kimi başa düşülür. Demək, tərbiyə nəinki,
böyüməkdə olan
gənc nəslin, həm də yaşlıların, ümumiyyətlə bütün Azərbaycan vətəndaşlarının milli
.
zəmində mənəvi - fiziki və psixoloji inkişafının sürətlənməsinə təsir göstərən və həyata, ictimai əməyə
hazırlanması prosesinə müntəzəm, planauyğun və məqsədyönlü rəhbərlik göstərilən geniş və dar mənada
mahiyyət kəsb edən prosesdir ki, bu da «tərbiyə» anlayışı üçün səciyyəvidir.
34
XXI əsrin əvvəllərində meydana gəlmiş pedaqoji ədəbiyyatda da həmin anlayışa bir daha aydınlıq gətirilir
və göstərilir ki, … tərbiyə anlayışının mahiyyətini onun məqsədyönlüyündə, planlığında,
mütəşəkkilliyində, şəxsin mənəvi aləminə və davranışına ünvanlanmasında, ətraf mühitlə bağlılığında
axtarmaq lazımdır
35
.
Təlim anlayışı. Təlimin mahiyyəti anlayışı nədir? Bu sualın düzgün cavabını axtarıb tapmaq üç
səbəbdən irəli gəlmişdir: Əvvələn,
məktəblilərin tərbiyəsi, təhsili, o cümlədən fiziki tərbiyəsi də əsasən
təlim prosesində həyata keçirilir. İkincisi, fiziki tərbiyə sahəsində əvvəllər və son zamanlar nəşr olunmuş
pedaqoji və
31
Б.А.Ящмядов. Тярбийянин тяркиб щиссяляринин ялагясиня даир. «Азярбайъан мяктяби» журналы, 1979, №10, с.53.
32
Б.А.Ящмядов. Тярбийянин тяркиб щиссяляринин ялагясиня даир. «Азярбайъан мяктяби» журналы, 1979, №10, с.53
33
Н.М.Казымов. Педагоэиканын бязи тядгигат щцдудлары щаггында. «Азярбайъан мяктяби» журналы, 1974, №11,
с.56.
34
Мцяллифин фикринъя
35
Н.Казымов. Мяктяб педагоэикасы. Б., «Чашыоьлу» няшриййаты, 2002. сящ.246).
33
metodik ədəbiyyatda «Təlimin mahiyyəti» o qədər də diqqəti cəlb etməmişdir. Üçüncüsü, müxtəlif
didaktik ədəbiyyatda müəlliflər tərəfindən təlimin mahiyyəti müxtəlif mövqedən şərh edilmişdir, buna
görə də müəyyən fikir ayrılığı meydana çıxmışdır.
Təcrübə göstərir ki, təlim-tərbiyə sahəsində işin başlıca nailiyyəti onun cəmiyyətin yeni inkişaf
səviyyəsi və tələblərinə uyğun bir surətdə təşkil edilib həyata keçirilməsindədir.
Həmin baxımdan da təlim-tərbiyə üzrə vaxtı keçmiş bəzi
adət-ənənələrdən əl çəkməli, onun
nəzəri əsasları müasir həyatın tələblərinə, həmçinin son elmi məlumatların nəticələrinə istinad etməli
və bu əsasda məktəb təlim-tərbiyə işləri qurulmalıdır.Burada isə başlıca şərtlərdən biri təlimin yeni
mahiyyətinin alimlər tərəfindən işlənməsi və müəllimlərə çatdırılmasındadır. Lakin qeyd
etməliyik ki, vaxtı ilə nəşr olunmuş bəzi pedaqoji ədəbiyyatda təlim prosesinin əsil mahiyyəti o qədər
də diqqət mərkəzində olmamışdır. «Təlim prosesi» kitabında təlimin mahiyyəti üzrə söylənilənləri buna
misal göstərmək olar. Orada deyilir: … Müəllim təlim prosesinin rəhbəri, şagirdlər isə təlim prosesinin
iştirakçılarıdır»
36
.
Həmin
tərifdən məlum olur ki, burada təlim prosesinin mahiyyətinə aid olan bütün komponentlər
vəhdət halında öz əksini tapmamışdır. N.M.Kazımov müasir inkişaf üçün «Təlimin mahiyyəti»nin təhlil
edilməsinin xüsusi əhəmiyyətə malik olduğunu nəzərə alaraq 1973-cü ildə «Azərbaycan məktəbi»
jurnalında
«Təlimin mahiyyəti haqqında» məqaləsi ilə çıxış etmişdir. Məqalədə bəzi müvafiq didaktik ədəbiyyat
təhlil edilmiş və qruplaşdırılmışdır. Burada «Təlimin mahiyyəti» üzrə fikirlərin müxtəlif olduğu qeyd
edilmiş və bunlar üç qrupa ayrılmışdır. Birinci qrupa daxil olan pedaqoqlar təlimdə şagirdlərin
fəaliyyətini ön plana çəkir. Bu fikir hətta 1965-ci ildə çap olunmuş pedaqoqgika proqramında da öz əksini
tapmışdır. Orada qeyd olunur: «Təlim şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnməsi, onlarda
kommunist dünyabaxışının formalaşması, idrak fəaliyyətinin inkişaf prosesidir». L.S.Korotkova «Təlim
üsulları məsələsinə dair» adlı məqalədə yazır: «Təlim şagirdlərin müəyyən
biliklər sisteminə
yiyələnməsidir ki, bu zaman onlar tədqiqatın ən ümumi və bəsit üsulları … ilə silahlanırlar»
37
.
İ.Y.Lerner və M.N.Skatkin isə təlimdə ancaq müəllimin rolunu göstərirlər. Onlar birgə yazmış
olduqları məqalədə qeyd edirlər ki, «… təlim dünyanın dərk olunması və dəyişdirilməsi üzrə
ümumiləşdirilmiş təcrübənin verilməsi prosesidir».
Göründüyü kimi, hər iki fikirdə müəyyən ümumoxşar cəhətlər mövcuddur. Lakin pedaqoqlar
təlimdə bir tərəfə ya müəllimlərə və yaxud da şagirdlərə üstünlük verir, onların birinin fəaliyyətini nəzərə
almır. Beləliklə, müəllim və şagirdlərin birgə fəaliyyəti olan təlim prosesi iki hissəyə ayrılmışdır.
Müəllim və şagirdlərin ayrılıqda fəaliyyətinə.
Üçüncü qrup pedaqoji ədəbiyyatda isə məsələyə başqa cür münasibət göstərilir, hər iki fəaliyyət,
yəni müəllim və şagirdlərin fəaliyyəti diqqət mərkəzində olmuşdur. Pedaqoji ensiklopediyada «təlimin
mahiyyəti» məfhumu belə izah olunur: «Təlim insanın idrak
fəaliyyəti tərzlərinin bilik, bacarıq və
vərdişlərin verilməsi və mənimsənilməsi prosesidir».
P.N.Qruzdev isə «Pedaqogika» dərsliyində təlimə aşağıdakı kimi tərif verir: «Təlim biliklər, bacarıq
və vərdişlər sisteminin
müəllimlər tərəfindən verilməsi və şagirdlər tərəfindən mənimsənilməsi prosesidir».
Bütün bunlardan məlum olur ki, üçüncü qrup ədəbiyyatda istər müəllimin, istərsə də şagirdlərin
fəaliyyətləri nəzərə alınmışdır. Həmin yazının müəllifləri müəllim və şagirdlərin təlimə aid
xüsusiyyətlərini qısa da olsa qeyd etməyə çalışmışdılar. Fikrimizcə, üçüncü qrup yazı müəllifləri birinci
və ikinci qrup müəlliflərə nisbətən düzgün yol seçmişdir. Çünki, onlar hər iki cəhətə müəllim və
şagirdlərin fəaliyyətinə diqqət yetirmişdir.
N.M.Kazımov məntiqi təhlilə əsaslanaraq hansı qrupa daxil olmasından asılı olmayaraq bunların hər
birinin nöqsanlı olduğunu söyləmiş və onları belə qruplaşdırmışdır: «Əvvələn, həm pedaqoqlar təlimdə
müəllimin yalnız bir funksiyasını – bilik və bacarıq vermək funksiyasını qeyd edirlər. İkincisi, şagirdin
36
В.Окон. Просес обученийа. Учпедгиз, М., 1962, с.61.
37
Л.С.Короткова. Тялим цсуллары мясялясиня даир. «Советскайа педагогика», 1966, №9.