110
Hazırlıq hissə – 10 dəq.
Cərgəyə düzülmə, raport. Şagirdlərə dərsin vəzifələri haqqında məlumat vermək.
Meydança
ətrafı yeriş, qaçış, düzülmələr. Ümuminkişaf hərəkətləri kompleksi.
Əsas hissə – 30 dəq.
Qaçaraq hündürlüyə tullanma. «Ləkə vurmaqla xilasetmə» oyununu öyrətmək.
Tamamlayıcı hissə – 5 dəq.
Sıraya düzülüb meydança ətrafı yerimək. Tənəffüs hərəkətləri. Diqqəti cəlbedici hərəkətlər.
Dərsə yekun vurulması.
Qazanılmış bacarıq və vərdişləri möhkəmləndirən dərslər
İri həcmli bəhsləri, rüb və dərs ili ərzində qazanılmış bacarıq və vərdişləri daha da
dərinləşdirmək, keçilənləri sistemə salmaq və ümumiləşdirmək üçün möhkəmləndirici dərs tipindən
istifadə olunur. Bəzən belə dərs tipinə pedaqoji ədəbiyyatda təkrar dərslər deyilir. Təkrar dərslərin
səmərəli olmasında müəllimin xüsusi hazırlığı mühüm rol oynayır. Belə dərslər
gündəlik planda öz əksini
tapmaqla yanaşı, müəllimdən şagirdlərin fiziki hazırlığını, fiziki inkişafını, habelə onların psixoloji
məlumatlarını da nəzərə almağı tələb edir.
Möhkəmləndirici və təkmilləşdirmə dərsinin əsas məqsədi fiziki tərbiyə üzrə öyrənilmiş bilik,
bacarıq və vərdişləri bir daha təkrar edib möhkəmləndirməkdən ibarətdir. Bədən tərbiyəsi dərsində təkrar
edilən mövzuların rüblər üzrə, ayrı-ayrı fiziki hazırlıq bölmələri və illik proqram materialları üzrə
aparılması məqsədəuyğundur.
Mövzular üzrə aparılan təkrarın əsas məqsədi təxminən yeni bilik öyrədən dərsin məqsədinə
yaxın olur, şagirdlərə öyrədilmiş hərəkətlər (mövzular) üzrə meydana çıxan səhvlərin adət və vərdiş
halına keçməsinin təkrar yolu ilə qarşısını alır. Məsələn, şagird qaçaraq uzununa tullanma zamanı hər
hansı bir səhvə (qaçış, təkan, uçuş və yerədüşmə fazalarında) yol verirsə, belə dərsin əsas
məqsədi həmin
nöqsanları aşkara çıxarmaq və aradan qaldırmaqdır. Hərəkətin icrası ilə əlaqədar belə dərslər iki yolla –
hərəkət icra olunarkən səhvlərin yerindəcə düzəldilməsi və hərəkətin düzgün yerinə yetirilməsi
texnikasının bütün şagirdlər qarşısında bir daha nümayiş etdirilməsi yolu ilə düzəldilə bilər.
Hərəkətin müəllim və yaxud daha yaxşı icra edən fəal şagirdlər göstərə bilər. Əgər hərəkəti
əksəriyyət şagirdlər düzgün yerinə yetirə bilmirsə, onda həmin tədris materialını müəllim yenidən
öyrətməlidir. Mövzular üzrə təkrarın əsas məqsədi də, həmin mövzunu yenidən təkrar edib
möhkəmlətmək və təkmilləşdirməkdən ibarətdir.
Müşahidələr göstərir ki, bəzi sinif müəllimləri dərsdə mütəhərrik
oyunlara daha geniş yer verir,
gimnastika, yüngül atletika hərəkətlərinə isə lazımınca əhəmiyyət vermirlər. Nəticədə şagirdlərin ibtidai
sinif yaşlarında düzgün yeriş, səlis qaçış və gözəl qamət vərdişləri istənilən səviyyədə aşılanmır. Bu
baxımdan ibtidai siniflərdə ayrı-ayrı fiziki hazırlıq bölmələrinin təkrarına müəyyən vaxt ayrılması
vacibdir. İşin belə təşkili həm oyunların, həm də gimnastika, yüngül atletika hərəkətlərinin lazımınca
təkrarına kömək edir. Odur ki, onun hansı rübdə həlledici rol oynaması ilə əlaqədar aparılması faydalıdır.
Məsələn, I-IV rüblərdə yüngül atletika və mütəhərrik oyunlar (yüngül atletika xarakterli mürəkkəb və
oynanılması geniş sahə tələb edən oyunlar və s.), II və III rüblərdə isə gimnastika hərəkətləri üzrə
təkrarların təşkili məsləhətdir.
İllik proqram materialını təkrar edən dərsin əsas məqsədi isə dərs ilinin sonunda bütün rüb
ərzində öyrənilənlərin təkrarıdır. Bu təkrar tədris mahiyyətinə görə başqalarından fərqlənir. Çünki bu
zaman öyrənilmiş materialllar təkrar edilməklə dərinləşdirilir və təkmilləşdirilir. Belə təkrar dərsdə
şagirdlərin
fiziki tərbiyə üzrə bilik, bacarıq və vərdişlərinin yoxlanılıb qiymətləndirilməlidir.
Qarışıq dərs
Qarışıq dərsdə şagirdlərə yeni tədris materialı öyrədilir və eyni zamanda keçilmiş dərslər
təkrarlanır. İbtidai siniflərin bədən tərbiyəsi dərslərində qarışıq dərsə geniş yer verilir. Bu, əsasən
şagirdlərin yaş xüsusiyyətləri ilə əlaqədardır. Ona görə ki , həmin yaşda şagirdlərin bütöv bir dərsdə yeni
bilik öyrənməyə və ya əvvəlkilərin təkrarına (təkmilləşdirilməsinə) o qədər də marağı olmur. Təcrübədən
məlum olur ki, kiçik məktəbyaşlı şagirdlər hər dərsdə yeni hərəkət və yaxud bir mütəhərrik oyun
öyrənməyə səy göstərdikləri kimi, daha intensiv iş görməyə də (hərəkət etməyə) var qüvvələri ilə
111
çalışırlar. Çünki, dərsdə yalnız yeni hərəkət öyrənilməsi məşğul olanların
normal fiziki yüklə təmin
edilməsinə mane olur, onlar diqqətlərini lazımi səviyyədə təlim prosesinə cəmləşdirə bilmirlər. Buna görə
də qarışıq dərsdən istifadə etmək bədən tərbiyəsinin tədrisində özünəməxsus yer tutur.
Yeni hərəkətlər dərsin əsas hissəsində öyrədilir və buna daha çox vaxt ayrılır. Qalan vaxt ərzində
isə keçilmiş dərslər möhkəmləndirilir. Bəzən əksinə olur, yəni əsas hissənin yarımmərhələsində təkrarlar
aparılır, ikinci yarımmərhələsində isə yeni tədris materialı öyrədilir. Bunlar hər şeydən əvvəl, dərsin ayrı-
ayrı hissələrinə ayrılmış vaxtdan və bölüşdürülmüş fiziki yükdən asılıdır. Yeni hərəkətin və yaxud
keçilmiş dərslərin təkrarı dərsin əsas hissəsinin birinci yarımmərhələsində dərsin gedişi prosesində
müəyyənləşdirilməsi məqsədəuyğundur. Çünki, dərs, bəzən qabaqcadan planlaşdırıldığı kimi aparılır,
bəzən də əksinə, müəllim onu yaradıcı surətdə keçirir yəni nəzərdə tutulmayan maraqlı oyun və ya
hərəkət keçirilir).
Bəzən də əksinə, müəllim müəyyən səbəblərə görə dərsi plan üzrə keçə bilmir, bir qədər
plandan kənara çıxır; hərəkətlər şagirdlər üçün cansıxıcı və ağır olur, onların yorulması müşahidə edilir.
Elə buna görə də, yaxşı olar ki, birinci vəziyyətdə, dərsin əsas hissəsinin birinci yarısında keçirilmiş
dərslər təkrar olunsun, ikinci hissəsində isə, bir yeni hərəkət öyrədilsin. İkinci vəziyyətdə isə (şagirdlərin
yorulması hiss olunduqda, əhval-ruhiyyəsi aşağı olduqda və s.) əvvəl
yeni hərəkət öyrədilsin, sonra isə
təkrar aparılsın. Bütün deyilənlərdən belə nəticə çıxır ki, yeni hərəkət texnikası şagirdlərin güclü enerjiyə
malik olduqları dövrdə öyrədilməli, qalan müddətdə isə, möhkəmləndirici işlər görülməlidir.
Qarışıq dərslərin təxmini planı
III sinif. III rüb. Dərs № 14.
Dərsin vəzifələri: 1) dayaqlı oturub, geriyə mayallaq aşmaqla kürəklər üzərində mil dayanmağı
təkmilləşdirmə; 2) gimnastika skamyası və gimnastika divarı üzrə müxtəlif üsullarla dırmaşaraq
maneələri dəf etməklə tanış olmaq; 3) «Üzəngi» oyunu.
Təchizat: 1) gimnastika döşəkləri; 2) gimnastika skamyası; 3) gimnastika divarı.
Dərsin keçirildiyi yer: idman zalı.
Dərsin məzmunu
Hazırlıq hissə – 10 dəq.
Cərgəyə düzülmə. Salamlaşma. Dərsin vəzifələri haqqında məlumat vermək. Dönmələr. Zalətrafı
və diaqonal üzrə zalın mərkəzinə doğru yeriş və asta qaçışlar. Gimnastika kompleksi hərəkətləri.
Əsas hissə – 30 dəq.
Bir cərgəyə düzülmək.
Geriyə mayallaq aşmaqla kürəklər üzərində mil dayanma.
Gimnastika skamyası üzərində əl və ayaqların köməyi ilə sürünmə.
Gimnastika skamyası üzərində yalnız əllərin köməyi ilə sürünmə.
Müxtəlif üsullarla gimnastika divarına dırmaşma.
«Üzəngi» oyunu (əvvəllər öyrənilmiş).
Tamamlayıcı hissə – 5 dəq.
Bir cərgəyə düzülmə. Bir sıraya düzülmə. Siqnallar üzrə zalətrafı ritmik
və pəncə-daban üzərində
yeriş. Dərsin yekunlaşdırılması (qiymətləndirmə, keçilmiş dərslər üzrə sual-cavab aparmaq, ev tapşırıqları
vermək).
Yoxlama dərs
Bu dərs tipii digərlərindən o qədər də fərqlənmir. Lakin bunun əsas xüsusiyyəti ondan ibarətdir
ki, həmin prosesdə şagirdlərin yoxlanılıb qiymətləndirilməsi diqqət mərkəzində olur, ona çox vaxt ayrılır.
Digər fənlərdə olduğu kimi, bədən tərbiyəsi üzrə də yoxlama dərsi üç hissədə aparılır. Yoxlama dərsinin
rübün ortasında və axırında aparılması məsləhətdir. Yoxlama dərsi müntəzəm aparılmalı, hansı hərəkətlər
üzrə aparılacağı qabaqcadan şagirdlərin nəzərinə çatdırılmalıdır. Bundan əlavə,
həmin hərəkətin qiymət
meyarları elan olunmalıdır. Eyni zamanda, hərəkət yerinə yetirilən vaxt nə kimi kobud və yaxud hiss
ediləcək səhvlərin ola biləcəyi ehtimalı şagirdlərə bildirilməlidir.