Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   145

 110
              Hazırlıq hissə – 10 dəq. 
              Cərgəyə düzülmə, raport. Şagirdlərə  dərsin vəzifələri haqqında məlumat vermək. Meydança 
ətrafı yeriş, qaçış, düzülmələr. Ümuminkişaf hərəkətləri kompleksi. 
              Əsas hissə – 30 dəq. 
              Qaçaraq hündürlüyə tullanma. «Ləkə vurmaqla xilasetmə» oyununu öyrətmək. 
              Tamamlayıcı hissə – 5 dəq. 
              Sıraya düzülüb meydança ətrafı yerimək. Tənəffüs hərəkətləri. Diqqəti cəlbedici hərəkətlər. 
Dərsə yekun vurulması. 
 
Qazanılmış bacarıq və vərdişləri möhkəmləndirən dərslər 
 
              İri həcmli bəhsləri, rüb və  dərs ili ərzində qazanılmış bacarıq və  vərdişləri daha da 
dərinləşdirmək, keçilənləri sistemə salmaq və ümumiləşdirmək üçün möhkəmləndirici dərs tipindən 
istifadə olunur. Bəzən belə  dərs tipinə pedaqoji ədəbiyyatda təkrar dərslər deyilir. Təkrar dərslərin 
səmərəli olmasında müəllimin xüsusi hazırlığı mühüm rol oynayır. Belə dərslər gündəlik planda öz əksini 
tapmaqla yanaşı, müəllimdən  şagirdlərin fiziki hazırlığını, fiziki inkişafını, habelə onların psixoloji 
məlumatlarını da nəzərə almağı tələb edir. 
              Möhkəmləndirici və  təkmilləşdirmə  dərsinin  əsas məqsədi fiziki tərbiyə üzrə öyrənilmiş bilik, 
bacarıq və vərdişləri bir daha təkrar edib möhkəmləndirməkdən ibarətdir. Bədən tərbiyəsi dərsində təkrar 
edilən mövzuların rüblər üzrə, ayrı-ayrı fiziki hazırlıq bölmələri və illik proqram materialları üzrə 
aparılması məqsədəuyğundur.  
              Mövzular  üzrə aparılan təkrarın  əsas məqsədi təxminən yeni bilik öyrədən dərsin məqsədinə 
yaxın olur, şagirdlərə öyrədilmiş  hərəkətlər (mövzular) üzrə meydana çıxan səhvlərin adət və  vərdiş 
halına keçməsinin təkrar yolu ilə qarşısını alır. Məsələn,  şagird qaçaraq uzununa tullanma zamanı  hər 
hansı bir səhvə (qaçış, təkan, uçuş və yerədüşmə fazalarında) yol verirsə, belə dərsin əsas məqsədi həmin 
nöqsanları aşkara çıxarmaq və aradan qaldırmaqdır. Hərəkətin icrası ilə əlaqədar belə dərslər iki yolla – 
hərəkət icra olunarkən səhvlərin yerindəcə düzəldilməsi və  hərəkətin düzgün yerinə yetirilməsi 
texnikasının bütün şagirdlər qarşısında bir daha nümayiş etdirilməsi yolu ilə düzəldilə bilər. 
              Hərəkətin müəllim və yaxud daha yaxşı icra edən fəal  şagirdlər göstərə bilər.  Əgər hərəkəti 
əksəriyyət  şagirdlər düzgün yerinə yetirə bilmirsə, onda həmin tədris materialını müəllim yenidən 
öyrətməlidir. Mövzular   üzrə  təkrarın  əsas məqsədi də, həmin mövzunu yenidən təkrar edib 
möhkəmlətmək və təkmilləşdirməkdən ibarətdir. 
              Müşahidələr göstərir ki, bəzi sinif müəllimləri dərsdə mütəhərrik oyunlara daha geniş yer verir
gimnastika, yüngül atletika hərəkətlərinə isə lazımınca əhəmiyyət vermirlər. Nəticədə şagirdlərin ibtidai 
sinif yaşlarında düzgün yeriş, səlis qaçış  və gözəl qamət vərdişləri istənilən səviyyədə  aşılanmır. Bu 
baxımdan ibtidai siniflərdə ayrı-ayrı fiziki hazırlıq bölmələrinin təkrarına müəyyən vaxt ayrılması 
vacibdir.  İşin belə  təşkili həm oyunların, həm də gimnastika, yüngül atletika hərəkətlərinin lazımınca 
təkrarına kömək edir. Odur ki, onun hansı rübdə həlledici rol oynaması ilə əlaqədar aparılması faydalıdır. 
Məsələn, I-IV rüblərdə yüngül atletika və mütəhərrik oyunlar (yüngül atletika xarakterli mürəkkəb və 
oynanılması geniş sahə  tələb edən oyunlar və  s.),  II  və III rüblərdə isə gimnastika hərəkətləri üzrə 
təkrarların təşkili məsləhətdir. 
              İllik proqram materialını  təkrar edən dərsin  əsas məqsədi isə  dərs ilinin sonunda bütün rüb 
ərzində öyrənilənlərin təkrarıdır. Bu təkrar tədris mahiyyətinə görə başqalarından fərqlənir. Çünki bu 
zaman öyrənilmiş materialllar təkrar edilməklə  dərinləşdirilir və  təkmilləşdirilir. Belə  təkrar dərsdə 
şagirdlərin fiziki tərbiyə üzrə bilik, bacarıq və vərdişlərinin yoxlanılıb qiymətləndirilməlidir. 
Qarışıq dərs 
              Qarışıq dərsdə  şagirdlərə yeni tədris materialı öyrədilir və eyni zamanda keçilmiş  dərslər 
təkrarlanır.  İbtidai siniflərin bədən tərbiyəsi dərslərində qarışıq dərsə geniş yer verilir.  Bu, əsasən 
şagirdlərin yaş xüsusiyyətləri ilə əlaqədardır. Ona görə ki , həmin yaşda şagirdlərin bütöv bir dərsdə yeni 
bilik öyrənməyə və ya əvvəlkilərin təkrarına (təkmilləşdirilməsinə) o qədər də marağı olmur. Təcrübədən 
məlum olur ki, kiçik məktəbyaşlı  şagirdlər hər dərsdə yeni hərəkət və yaxud bir mütəhərrik oyun 
öyrənməyə  səy göstərdikləri kimi, daha intensiv iş görməyə  də (hərəkət etməyə) var qüvvələri ilə 


 111
çalışırlar. Çünki, dərsdə yalnız yeni hərəkət öyrənilməsi məşğul olanların normal fiziki yüklə  təmin 
edilməsinə mane olur, onlar diqqətlərini lazımi səviyyədə təlim prosesinə cəmləşdirə bilmirlər. Buna görə 
də qarışıq dərsdən istifadə etmək bədən tərbiyəsinin tədrisində özünəməxsus yer tutur. 
              Yeni hərəkətlər dərsin əsas hissəsində öyrədilir və buna daha çox vaxt ayrılır. Qalan vaxt ərzində 
isə keçilmiş dərslər möhkəmləndirilir. Bəzən əksinə olur, yəni əsas hissənin yarımmərhələsində təkrarlar 
aparılır, ikinci yarımmərhələsində isə yeni tədris materialı öyrədilir. Bunlar hər şeydən əvvəl, dərsin ayrı-
ayrı hissələrinə ayrılmış vaxtdan və bölüşdürülmüş fiziki yükdən asılıdır. Yeni hərəkətin və yaxud 
keçilmiş  dərslərin təkrarı  dərsin  əsas hissəsinin birinci yarımmərhələsində  dərsin gedişi prosesində 
müəyyənləşdirilməsi məqsədəuyğundur. Çünki, dərs, bəzən qabaqcadan planlaşdırıldığı kimi aparılır, 
bəzən də  əksinə, müəllim onu yaradıcı surətdə keçirir yəni nəzərdə tutulmayan maraqlı oyun və ya 
hərəkət keçirilir). Bəzən də əksinə, müəllim müəyyən səbəblərə görə dərsi plan üzrə keçə bilmir, bir qədər 
plandan kənara çıxır; hərəkətlər şagirdlər üçün cansıxıcı və ağır olur, onların yorulması müşahidə edilir. 
Elə buna görə  də, yaxşı olar ki, birinci vəziyyətdə, dərsin  əsas hissəsinin birinci yarısında keçirilmiş 
dərslər təkrar olunsun, ikinci hissəsində isə, bir yeni hərəkət öyrədilsin. İkinci vəziyyətdə isə (şagirdlərin 
yorulması hiss olunduqda, əhval-ruhiyyəsi aşağı olduqda və s.) əvvəl yeni hərəkət öyrədilsin, sonra isə 
təkrar aparılsın. Bütün deyilənlərdən belə nəticə çıxır ki, yeni hərəkət texnikası şagirdlərin güclü enerjiyə 
malik olduqları dövrdə öyrədilməli, qalan müddətdə isə, möhkəmləndirici işlər görülməlidir. 
                       
Qarışıq dərslərin təxmini planı 
III sinif. III rüb. Dərs № 14. 
              Dərsin vəzifələri: 1)  dayaqlı oturub, geriyə mayallaq aşmaqla kürəklər üzərində mil dayanmağı 
təkmilləşdirmə; 2) gimnastika skamyası  və gimnastika divarı üzrə müxtəlif üsullarla dırmaşaraq 
maneələri dəf etməklə tanış olmaq; 3) «Üzəngi» oyunu. 
              Təchizat: 1) gimnastika döşəkləri; 2) gimnastika skamyası; 3) gimnastika divarı. 
              Dərsin keçirildiyi yer: idman zalı. 
                                      
Dərsin məzmunu 
              Hazırlıq hissə – 10 dəq. 
              Cərgəyə düzülmə. Salamlaşma. Dərsin vəzifələri haqqında məlumat vermək. Dönmələr. Zalətrafı 
və diaqonal üzrə zalın mərkəzinə doğru yeriş və asta qaçışlar. Gimnastika kompleksi hərəkətləri. 
              Əsas hissə – 30 dəq. 
              Bir cərgəyə düzülmək. 
              Geriyə mayallaq aşmaqla kürəklər üzərində mil dayanma. 
              Gimnastika skamyası üzərində əl və ayaqların köməyi ilə sürünmə. 
              Gimnastika skamyası üzərində yalnız əllərin köməyi ilə sürünmə. 
              Müxtəlif üsullarla gimnastika divarına dırmaşma. 
              «Üzəngi» oyunu (əvvəllər öyrənilmiş). 
              Tamamlayıcı hissə – 5 dəq. 
              Bir cərgəyə düzülmə. Bir sıraya düzülmə. Siqnallar üzrə zalətrafı ritmik və pəncə-daban üzərində 
yeriş. Dərsin yekunlaşdırılması (qiymətləndirmə, keçilmiş dərslər üzrə sual-cavab aparmaq, ev tapşırıqları 
vermək). 
                               
 
Yoxlama dərs 
              Bu dərs tipii digərlərindən o qədər də fərqlənmir. Lakin bunun əsas xüsusiyyəti ondan ibarətdir 
ki, həmin prosesdə şagirdlərin yoxlanılıb qiymətləndirilməsi diqqət mərkəzində olur, ona çox vaxt ayrılır. 
Digər fənlərdə olduğu kimi, bədən tərbiyəsi üzrə də yoxlama dərsi üç hissədə aparılır. Yoxlama dərsinin 
rübün ortasında və axırında aparılması məsləhətdir. Yoxlama dərsi müntəzəm aparılmalı, hansı hərəkətlər 
üzrə aparılacağı qabaqcadan şagirdlərin nəzərinə çatdırılmalıdır. Bundan əlavə, həmin hərəkətin qiymət 
meyarları elan olunmalıdır. Eyni zamanda, hərəkət yerinə yetirilən vaxt nə kimi kobud və yaxud hiss 
ediləcək səhvlərin ola biləcəyi ehtimalı şagirdlərə bildirilməlidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə