Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   145

 108
ifadə etsək, güman edirik ki, səhv etmərik. Bədən tərbiyəsi üzrə  təlimin məqsədi və  dərsin qarşısında 
duran konkret vəzifələr baxımından dərsləri aşağıdakı tiplərə ayırmağı məqsədəüyğun hesab edirik: 
1)
 
fiziki tərbiyə üzrə yeni materiallar haqqında məlumat verən giriş (ilk tanışlıq) dərs; 
2)
 
fiziki hərəkət və oyunlar üzrə yeni bacarıq və vərdişlər yaradan və mərimsədən dərslər; 
              3)  qazanılmış bacarıq və vərdişləri möhkəmləndirən dərslər; 
              4) qarışıq dərslər; 
              5) yoxlama dərsləri. 
              Məktəb təcrübəsindən məlum olur ki, dərsin tipləri nəinki təhsil məqsədinə, hətta mərhələlər 
(hissələr) və bu mərhələlərin vəzifələrinə münasib olaraq bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. 
              Bundan  əlavə, hər bir dərs tipinin özünəməxsus mərhələləri – yeni dərs materiallarının 
öyrədilməsi keçmişlərin möhkəmləndirilməsi, təkmilləşdirilməsi, yoxlama və ev tapşırıqlarının verilməsi 
mərhələsi vardır. Dərsin tipləri forma və quruluş etibarı ilə yaxın olsa da, tədris xarakterinə,  quruluşuna, 
forma, məzmun və vaxtın bölüşdürülməsinə görə fərqlənir. 
              Ümumiyyətlə, dərsin qarşısında bir çox təhsil  vəzifələri durur, lakin onun tiplərə bölünməsi 
başlıca təhsil vəzifələrinə  əsaslanır. Buradan aydın olur ki, hər bir dərs başlıca təhsil məqsədilə 
məhdudlaşmır, o eyni zamanda digər təhsil məqsədi və vəzifəsi də daşıyır. Bunları əsas deyil, əlavə və 
qeyri-əsas təhsil məqsədi və vəzifəsi adlandırmaq olar. 
                            
                                   Giriş (ilk tanışlıq) dərs  
              İbtidai siniflərdə  tətbiq olunan giriş  dərs tipi kiçik məktəbyaşlı  şagirdlərin təlim-tərbiyəsində 
xüsusi yer tutur. Giriş  dərsin özü də  təhsil məqsədinə, tədris materialının məzmununa görə ümumi və 
konkret xarakter daşıyır. Belə dərsi iki hissəyə – ümumi və xüsusi giriş dərsə bölmək məqsədəuyğundur. 
Bu hər bir dərsin nə məqsədlə keçirilməsinin bir daha aydınlaşdırılmasına imkan verir. 
              Müəllim ümumi giriş  dərsə qabaqcadan hazırlaşmalı  və onu dərs ilinin əvvəlində keçirməlidir. 
Ümumi giriş  dərsdə  bədən tərbiyəsi dərsinin  şagirdlərin qarşısında duran vəzifələrindən danışmalı, 
proqram materialının məzmunu ilə, gigiyenik tələblərlə, meydança (zal) və oyun yerləri ilə şagirdləri tanış 
etməli, habelə gün rejimi, idman geyimləri ilə  əlaqədar qısa söhbət aparmalıdır. Belə  dərslərdə ümumi 
şəkildə olsa da, ayrı-ayrı proqram materialları üzrə məlumat vermək lazımdır. 
              Giriş  dərsdə müxtəlif fiziki hərəkətlər haqqında, ayrı-ayrı idman növünün respublikamızda 
inkişafı  və  vəziyyəti haqqında, habelə görkəmli idmançılar barədə  qısa məlumatlar verilməlidir. Eyni 
zamanda bu dərsdə fiziki hərəkətlərin əhəmiyyəti, onların sağlamlığa təsiri, əməyə Vətənin müdafiəsinə 
hazırlıq işində oynadığı rolla əlaqədar sadə məlumatların verilməsi də faydalıdır. 
              Xüsisi giriş dərsinin yeni proqram materiallarının tədrisinə başlandıqda keçirilməsi məsləhətdir. 
Bu dərsi rübün əvvəlində və ortalarında aparmaq olar. Burada müəllim öz işinə yaradıcı yanaşmalı  və 
lazımi təşəbbüs göstərməlidir. Müəllimin söhbəti qısa, aydın və inandırıcı olmalı,  şagirdlərin fikri 
fəallığının yüksədilməsi şəraitində keçməlidir. Həmin dərs tipinə aid  bir nümunə verək: 
 
                                 Giriş dərsin təxmini planı 
                                  I sinif, I rüb
1
. Dərs №1 
              Dərsin vəzifələri: 1) şagirdləri bədən tərbiyəsi dərsinin təşkili və keçirilməsi ilə və ona hazırlıqla 
tanış etmək; 2) idman geyimi haqqında  şagirdlərə  məsləhət vermək; 3) məşğələyəqədər səhər 
gimnastikası kompleksini öyrətmək. 
              Dərsin keçirildiyi yer : sinif və ya idman meydançası (zal). 
 
                                       Dərsin məzmunu 
 
              Hazırlıq hissə – 10 dəq. 
1.
 
Bədən tərbiyəsi dərsləri, idman geyimi, dərsəqədər gimnastika haqqında qısa məlumat – 8 
dəq. 
2.
 
Sıraya düzülmək və nizamla meydançaya çıxmaq –2 dəq. 
              Əsas hissə – 30 dəq. 
Qeyd: I-II rüb 1-ci III-IV rüb isə 2-ci yarım il kimi nəzərdə tutulur. 


 109
1.
 
Əl-ələ tutaraq dairə düzəltmək -2 dəq. 
2.
 
Salamlaşmanı öyrənmək – 2 dəq. 
3.
 
Dərsəqədər gimnastika kompleksini öyrənmək – 10 dəq. 
4.
 
Uşaqlara tanış oyunlar keçmək – 16 dəq. 
               
              Tamamlayıcı hissə – 5 dəq. 
Yeni bacarıq və vərdişlər yaradan, mənimsədən 
dərs 
              Belə  dərslər proqram materialının öyrədilməsi ilə  əlaqədar keçirilir. Lakin o tədris prosesinin 
sıxlığının az, şagirdlərin boşdayanma hallarının çox olması ilə digər dərs tiplərindən fərqlənir. Çünki yeni 
bilik öyrədən dərsdə vaxtın çoxu yeni hərəkət texnikasının öyrədilməsinə, kobud səhvlərin 
düzəldilməsinə və zədələnmələrdən qorunmanın izahına sərf olunur. Belə dərsdə ayrı-ayrı mərhələlər olur 
ki, bunlar da yeni biliyin öyrədilməsindən ibarətdir. 
              Yeni  bilik  öyrədən dərsdə  əvvəl öyrədilmişlərin təkrarına həsr olunmuş kiçik bir mərhələ, 
keçilmişlərin yeni biliklə  əlaqələndirilməsi mərhələsi və s. ola bilər. Belə  dərsdə  əvvəllər qazanılmış 
biliklə yeni biliyi əlaqələndirib yoxlama aparılması və ev tapşırıqları verilməsi mərhələsi də mövcuddur. 
              Məlumdur ki, ana dili, riyaziyyat, təbiətşünaslıq və s. dərslərdə  dərs mərhələləri  əsasən 
müəllimin yaradıcılığı  və ymumi qəbul edilmiş müəyyən ardıcıllıqla həyata keçirilir. Yeni dərs, 
tapşırıqların qısa müddətdə yoxlanılması ilə, yoxlama yazı işi ilə, yaxud yeni məzmunun öyrədilməsi ilə 
başlanır. Sonra yeni bilik köhnə biliklə əlaqələndirilir, təkrarlanır və ev tapşırıqları verilir. 
              Bədən tərbiyəsi dərsləri isə ümumi pedaqoji baxımdan  əsasən həmin  şəkildə qurulsa da, onun 
özünəməxsus spesifik quruluşu və  mərhələləri vardır. Bədən tərbiyəsi dərsləri tədris materialının 
xarakterinə  və  şagirdlərin fiziki hazırlığına, fiziki inkişaf xüsusiyyətlərinə uyğun olaraq qurulur. Əgər 
digər fənlərdə nisbətən sabit, dəyişməz quruluş müəyyən mənada fayda verirsə, bədən tərbiyəsində dərs 
üç mərhələdə (hazırlıq,  əsas və tamamlayıcı  mərhələlər) qurulmalı, hər bir mərhələ onun qarşısında 
qoyulmuş əsas vəzifəni yerinə yetirməli və ümumi məqsədə yönəldilməlidir. Lakin qurulmasından asılı 
olaraq, ola bilər ki, hazırlıq hissədə  keçirilməli hər  hansı bir element həmin hissədə yox, əsas və 
tamamlayıcı hissədə keçirilsin. Yeni materialın tədrisi zamanı dərsin kiçik mərhələlərinin yerini dəyişmək 
də mümkündür. Məsələn, müəllimin yaradıcılığından, vaxtın mərhələlər üzrə bölüşdürülməsindən asılı 
olaraq dərsə  qədər səhər gimnastikası  hərəkətlərini dərsin hazırlıq,  əsas və istərsə  də tamamlayıcı 
hissəsində öyrədə bilər. Bütün bunlardan aydın olur ki, bədən tərbiyəsi dərsinin əsas mərhələlərindən dərs 
tipinə uyğun vəzifələr yerinə yetirilməlidir. Qeyri-əsas təhsil məqsədi ilə keçirilən kiçik mərhələlər isə öz 
yerini dəyişə bilər. Yeni tədris materialı öyrədən dərsə aid belə bir misal göstərək. Dərsin qarşısında 
hündürlüyə tullanmaq və «Çağırış» oyunu ilə tanış olmaq əsas məqsəd kimi qarşıya qoyulmuşdu. 
Müəllim bu zaman dərsin hazırlıq hissəsində yeni dərsin vəzifələri haqqında izahat səciyyəli məlumat 
verməli, sıraya və cərgəyə düzmələrin bəzi elementlərini təkrar etməli (məsələn, seyrəlmələr, sıxlaşmalar, 
bir cərgədən iki cərgəyə  və  əksinə düzülmələr və s.) əsas hissədə hündürlüyə tullanma elementləri ilə 
zəngin olan hərəkət kompleksini və «Çağırış» oyununu öyrətməlidir. Tamamlayıcı hissədə isə, musiqinin 
müşayiəti ilə zalətrafı yerişi, sağa, sola dönmələri təkrar etməli, müxtəlif növ tənəffüs hərəkətlərini yerinə 
yetirməli, dərsi yekunlaşdırmalı, ev tapşırığı (məsələn, evdə raport verməni təkrar etmək) verməlidir. 
 
                     Yeni bacarıq və vərdiş  yaradan, öyrədən dərsin  
                                                    təxmini planı 
                                             II sinif. II rüb. Dərs № 2. 
              Dərsin vəzifələri: iki cərgədə üz-üzə duraraq (məsafə 4-5 m), əlavə  hərəkətlərdən sonra kiçik 
topu bir-birinə atıb-tutma, 30

bucaq altında maili qoyulmuş gimnastika skamyasının üzərilə  əl və 
ayaqların köməyi ilə dırmaşma və hündürlüyə tullanma, «Ləkə vurmaqla xilasetmə» oyunu. 
              Dərsin keçirildiyi yer: idman meydançası. 
              Təchizat: kiçik top, gimnastika skamyası. 
 
                                              Dərsin məzmunu 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə