Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   145
    Bu səhifədəki naviqasiya:
  • Birinci

 114
vəzifələr kortəbii deyil, mövzunun spesifikasından, məzmunun imkanlarından və  şagirdlərin maraq və 
meylindən asılı olaraq həyata keçirilməlidir. 
              Təlimin optimallaşdırılması yalnız vəzifələrin kompleks şəkildə müəyyənləşdirilməsi ilə 
tamamlanmır. Burada məşğələ zamanı  şagirdlərin xüsusiyyətlərinin nəzərə alınması da təlimin optimal 
yolla təşkilində xüsusi əhəmiyyət kəsb edir. Həmin baxımdan bədən tərbiyəsinin tədrisi səmərəliliyinin 
yüksədilməsi məqsədilə şagirdlərin yaş və cinsi xüsusiyyətlərini dərindən öyrənməli və pedaqoji prosesdə 
nəzərə alınmalıdır. 
              Şagirdlərin fiziki hazırlığı, fiziki inkişafı  nəzərə alındıqdan sonra müəllim məşğələnin 
məzmununu müəyyənləşdirməyə yönələn, yeni mövzunu izah etmək üçün material seçməyə başlayır və 
fiziki tapşırıqlar seçir, bunların icra tempini hansı ardıcıllıqla keçməsini bu prosesdə  şagirdlərin 
müstəqillik dərəcəsini müəyyən edir. 
              Pedaqoji  elmlər doktoru, keçmiş SSRİ –nin Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü 
Y.K.Babanski məşğələnin məzmununun düzgün planlaşdırılmasını yüksək qiymətləndirir və onun 
əhəmiyyəti haqqında deyir ki, əvvələn, məzmunun müəyyənləşdirilməsi təkcə bilik və bacarıqların deyil, 
dərsin bütün nəzərdə tutulmuş  vəzifələrinin həllini təmin etməlidir.  İkincisi, məzmunda başlıca olanı, 
mahiyyəti,  əsası ayırmaq lazımdır. Məhz başlıca olanı ayırmaq  əməliyyatda optimallaşdırmanın zəruri 
olduğunu göstərir. Axı, başlıca ünsürü ayırmadıqda bilik, bacarıq və  vərdişlərin verilməsində  səthilik 
mütləq özünə yer tapır. Bu isə sonradan onların öyrədilməsi üçün müəllimin  əlavə vaxt ayırması, 
şagirdlərin və özünün əlavə yüklənməsi ilə  nəticələnir.  Üçüncüsü, dərsin məzmununu 
müəyyənləşdirərkən sadəcə olaraq terminlərin miqdarını çoxaltmağa deyil, onlardan elələrini seçməyə 
çalışmaq lazımdır ki, qısa yolla  müvafiq bacarıq və vərdişlərin formalaşmasına gətirib çıxarsın. 
              Bədən tərbiyəsi məşğələlərinin optimallaşdırılmasında əsas şərtlərdən biri də onun intensivliyinin 
artırılması ilə sıx əlaqədardır. Burada çalışmalı ki, az vaxt ərzində daha çox hərəkətlər özü də keyfiyyətlə 
yerinə yetirilsin. Bu zaman hərəkətin icra olunma qaydalarına bütövlükdə riayət olunmalıdır.  Əks 
təqdirdə tədris prosesi sadəcə olaraq müxtəlif növ fiziki hərəkətlərin təkrarı ilə nəticələnir. 
              Bədən tərbiyəsi məşğələsinin optimallaşdırılması üçün ilk növbədə şagirdlərin fəaliyyətini tədris 
prosesinə mütəşəkkil cəlb etmək lazımdır. Bunun üçün də müəllim məşğələyə qabaqcadan hazırlaşmalı, 
öyrədəcəyi hərəkətlərin texnikasına dərindən yiyələnməli, məzmununa uyğun metod, vasitə  və priyom 
seçməli, bunları düzgün tətbiq etməli və fəal şagirdlərin gücündən istifadə etməlidir. Təcrübədən aydın 
olur ki, bütün tədris materialları üçün eyni təlim üsulundan istifadə etmək məşğələnin səmərəliliyini 
azaldır, şagirdlərin məşğələyə olan marağına mənfi təsir göstərir. Bütün hərəkətlərin öyrənilməsində eyni 
təlim üsulundan istifadə etmək diqqətin yayınmasına səbəb olur. Məhz elə buna görə də hər bir müəllimin 
tədrisin səviyyəsini yüksəltmək məqsədilə mütləq keçəcəyi materialın məzmununa müvafiq üsul və 
priyomlardan istifadə etməlidir. Misal üçün, əgər müəllim tullanma, qaçış, atmalar və s. üzrə  məşğələ 
materialının nəql etmə üsulu ilə  şərh edirsə, o həm də izahetmə  və göstərmə üsullarından da 
məqsədəmüvafiq şəkildə istifadə etməlidir. 
              Müəllim məşğələnin məzmununu müəyyənləşdirərkən 2 metodiki məsələyə xüsusi diqqət 
yetirməlidir. Birinci, hər bir məşğələnin hissəsi üçün xüsusi tədris materialı nəzərdə tutulmalı, ikincisi
həmin materiallar məzmun etibarı ilə bir-birinə uyğun seçilməli, biri o birini tamamlamalıdır. Bu pedaqoji 
nöqteyi-nəzərdən nə qədər böyük əhəmiyyətə malik olsa da, eyni ilə bir o qədər də psixoloji baxımdan 
əhəmiyyətlidir. Yəni məşğələdə icra olunan fiziki hərəkətlərin təsir etibarı ilə məqsədəuyğun olması, biri 
digərini dolayı yolla yaxud da birbaşa tamamlaması, həmçinin hərəkətlərin təsir etibarı ilə məqsədəuyğun 
olması  şagirdlər tərəfindən düzgün icrasına zəmin yaratmaqla, həm də onların  əhvallarını yaxşılaşdırır, 
tədris fəallıyyətinin emosionallığını yüksəldir. Digər tərəfdən də şagirdlər bu vaxt mürəkkəb hərəkətləri 
icra etməkdən qorxmurlar, onu daha inamla və zövqlə yerinə yetirirlər. Bütün bunlar da tədrisin 
səmərəliliyinin yüksədilməsinə müsbət təsir göstərir. 
              Ümumtəhsil orta məktəblərində  bədən tərbiyəsi məşğələlərinin lazımi effekt verməsində 
məşğələnin hissələri arasında və ya bütövlükdə  düzgün bölüşdürülməsinin mühüm faydası vardır. Bu 
sağlamlığın möhkəmləndirilməsi, ahəngdar inkişafı üçün vacibdir. 
              Məşğələnin səmərəliliyinin yüksədilməsində mühüm amillərdən biri də  həmin prosesin ideya-
siyasi səviyyəsinin, daha doğrusu məzmununda vətənpərvərliyin olması, elmi dünyagörüşün 
formalaşması ön plana çəkilməsindədir. Ayrı-ayrı siniflərdə öyrədilən mövzular əsasında  şagirdlərin 


 115
görkəmli şəxslərin həyat və fəaliyyətinin nümunəsində fiziki tərbiyənin rolu ilə əlaqədar bəzi məsələlərlə 
tanış olmalıdırlar. Qeyd etməliyik ki, Azərbaycan xalqının görkəmli alim, şair və yazıçılarının əsərlərinin 
fiziki tərbiyə ilə əlaqədar olan hissələrinin öyrədilməsi şagirdlərin vətənpərvərlik, beynəlmiləlçilik, əməyə 
və fiziki tərbiyəyə məhəbbət ruhunda tərbiyələndirilməsinə zəmin yaradır. 
              Məşğələnin quruluşuna standart deyil, yaradıcı yanaşmaq təliminin optimallaşdırılmasında zəruri 
şərtlərdən biri sayılır. 
              Əlbəttə, burada da məşğələnin ümumi ahəngliyi pozulmamalı, bütün müəllim-şagird fəaliyyəti 
ümumi məqsədin, konkret vəzifələrin icrasına istiqamətləndirilməlidir. Bədən tərbiyəsi məşğələsində 
şagirdlərə  fərdi yanaşmağın  əhəmiyyəti olduqca böyükdür. Planlaşqdırma fərdi yanaşmanın 
müvəffəqiyyətlə həll edilməsində mühüm rol oynayır. Müasir məşğələ planlaşdırılarkən idman bazalarına 
xüsusi diqqət verilməli, fiziki tərbiyə sahəsində xüsusi qabiliyyətə malik şagirdlər üçün və  əksinə  zəif 
şagirdlər üçün hərəkətlər nəzərdə tutulmalıdır. Bütün bunlar bir tərəfdən orta məktəb şagirdlərinin ayrı-
ayrı fiziki hərəkətləri  şüurlu surətdə, yaradıcılıqla, yüksək fəallıqla icrasına zəmin yaradırsa, digər 
tərəfdən bədən tərbiyəsi tədrisinin səmərəliliyini artırır, həmin prosesdə optimal şərait yaradır. 
 
2.2
 
Bədən tərbiyəsi dərslərinə verilən müasir tələblər 
              Məktəb işinin daha da təkmilləşdirilməsi ölkəmiz müstəqillik qazandıqdan sonra böyük ruh 
yüksəkliyi ilə  həyata keçirilir, məktəblərimizdə  təlim-tərbiyənin keyfiyyəti durmadan yüksəldilir. Xalq 
təhsil işçiləri və müəllimlərimiz təhsildə aparılan reformaları  əldə  rəhbər tutaraq şagirdlərin elmlərin 
əsaslarına möhkəm yiyələnməsi (tədrisin ideya-siyasi, nəzəri səviyyəsinin artırılması), onların təlim 
müvəffəqiyyətlərinin yaxşılaşdırılması sahəsində lazımi səy göstərirlər. 
              Bədən tərbiyəsinin tədrisi də məktəb işinin tərkib hissəsinə daxil olmaqla məktəbyaşlı uşaqların 
sağlamlığının möhkəmləndirilməsinə, çevik, sürətli, dözümlü olmalarına və digər fiziki-psixoloji 
keyfiyyətlərin  əmələ  gəlməsinə, onun durmadan inkişafına böyük zəmin yaradır. Bədən tərbiyəsinin 
müvafiq şəkildə tədrisi təkcə hərəkət keyfiyyətinin inkişafına, fiziki hazırlığına və s. kömək etmir, o, eyni 
zamanda şagirdlərə Azərbaycan mintaretinə uyğun əxlaqi keyfiyyətlər aşılayır. Bədən tərbiyəsi və idman 
şagirdləri vətənə bağlılıq, dostluq, insanlıq, kollektivçilik, vətənpərvərlik ruhunda tərbiyə edir, onlara 
birgə  səy göstərmək, Vətənə  məhəbbət və sevgi, onun idman şərəfini hər  şeydən üstün tutmaq və 
qorumaq kimi hisslər aşılayır və möhkəmləndirir. Bədən tərbiyəsi və idman bunlarla bərabər, şagirdləri 
əməyə və Vətənin müdafiəsinə hazırlaşdırır. Elə buna görə də ümumtəhsil məktəblərində bədən tərbiyəsi 
və idmanın inkişaf etdirilməsi, daha da təkmilləşdirilməsi təhsil qanununun  qarşıya qoyduğu  əsas 
vəzifələrdəndir. 
              Məktəbdə bədən tərbiyəsi üzrə tədris prosesinin təkmilləşdirilməsi olduqca çətin, mürəkkəb bir 
işdir. O, bir sıra  məsələlərlə bağlıdır. Bu, ilk növbədə  bədən tərbiyəsi sahəsində  tədris proqramlarının 
təkmilləşdirilməsi, onun məzmununun daha da dərinləşdirilməsi, elmi-nəzəri səviyyəsinin yüksədilməsi 
və bunların günün tələbləri baxımından tətbiqi ilə sıx surətdə əlaqədardır. Həqiqətən, respublikamızda bu 
sahədə bir sıra faydalı  tədbirlər hazırlanmış  və bu planlı surətdə  həyata keçirilmişdir. Həmin tədbirlər 
içərisində dərsin müasir tələblər səviyyəsində tədrisi xüsusi əhəmiyyətə malikdir. 
              Bədən tərbiyəsi dərslərinə verilən müasir tələblər hansılardır? 
              Dərsi təkmilləşdirməyin yolları pedaqoji ədəbiyyatda öz əksini tapmış  və bu aşağıdakı 
istiqamətdə müəyyən olunmuşdur: a) hər bir dərsin ideya-siyasi, elmi səviyyəsinin yüksədilməsi; b) dərs 
zamanı  şagirdlərin idrak fəaliyyətinin inkişaf etdirilməsi; v) vaxtdan səmərəli istifadə edilməsi, tədris 
işinin  fərdiləşdirilməsi; q) təlimin müasir texniki vasitələrinin geniş  tətbiqi; d) nəhayət,  şagirdlər 
tərəfindən biliklərin mənimsənilməsi, bacarıq və  vərdişlərin aşılanması prosesinin dəqiq  şəkildə idarə 
olunması. 
              Hər bir dərsdə  və  bədən tərbiyəsi tədbirində «Bədən tərbiyəsi» fənninin spesifikası, uşaqların 
psixoloji, anatomik-fizioloji, fiziki və cinsi inkişaf xüsusiyyətləri ciddi surətdə nəzərə alınmalıdır. 
              Dərsə verilən müasir tələblərdən biri bədən bərbiyəsi tədrisinin məzmununda elmiliyin, milli 
ideyalılığın və inteqrasiyanın təmin edilməsidir. Bu səbəbdən də bütün fənlər bir-biri ilə əlaqələndirilir. 
              Görkəmli dövlət xadimlərindən biri bədən tərbiyəsi və idmanı xarakterizə edərək deyirdi ki, 
«İdman yaxşı  işdir, insanın bədənini bərkidir, lakin, idman yardımçı bir işdir, onu əsas məqsədə, quru 
rekordçuluğa çevirmək olmaz. Biz istəyirik ki, adamlar hərtərəfli inkişaf etsin, yaxşı yüyürsün, yaxşı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə