Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   145

 106
dərslərin davamı olmalı, sonrakılar isə  əvvəlkilərin perspektivini təşkil etməlidir. Öyrədilən fiziki 
hərəkətlərin şagirdlərin    yaşına uyğun olmasının, materialların bölüşdürülərək hissə-hissə müntəzəm və 
ardıcıllıqla mənimsədilməsinin iki cəhətdən faydası vardır. Əvvəla, şagirdlərin hərəkətləri icra etməkdən 
qorxmur, ona inamla yanaşırlar. Bu, bir tərəfdən şagirdlərin tapşırıqları yerinə yetirməsinə imkan verir, 
onların dərsə marağını,  şüurlu münasibətini artırır, digər tərəfdən dərsin emosionallığını yüksəldir. 
Şagirdlər fiziki hərəkətlərdən və oyunlardan yüksək zövq alırlar. Bütün bunlar dərs zamanı  şagirdlərin 
əhval-ruhiyyəsinin artmasına və daha da fəallaşmasına imkan verir. 
              Dərsdə  şəraitdən, proqram materialının məzmunundan asılı olaraq eyni deyil, müxtəlif təlim 
üsullarının, vasitə və priyomların qarşılıqlı şəkildə tətbiqinə səy göstərilməlidir. Məsələn, hər dərsdə qaçış 
və yaxud hündürlüyə, uzunluğa tullanmaq öyrədilirsə, bu zaman hərəkətlərin texnikası sadə dildə izah 
olunmalı  və aydınlaşdırılmalıdır. Yaxud, əkisinə, hərəkət  əvvəlcə  əyani olaraq göstərilməli, sonra onun 
icraetmə texnikası izazh edilməlidir. Bundan əlavə, hərəkətlər göstərildiyi zaman onun yerinə yetirilmə 
texnikası bir daha izah oluna bilər. Bu prosesdə  fərdiləşdirməyə, tədrisin nəzəri və ideya-siyasi 
səviyyəsinin yüksədilməsinə xüsusi diqqət yetirmək lazımdır. 
              Bədən tərbiyəsi dərslərində müəllim uşaqların əqli fəallığının inkişafına kömək edə biləcək təlim 
üsullarından, vasitə  və priyomlardan istifadə etməli, problem vəziyyəti yaratmalıdır. Dərsdə problem 
yaradılması şagirdlərin fəallaşmasına, onların yeni bir məsələyə cavabı özlərinin axtarıb tapmasına, necə 
deyərlər «kəşf» etməsinə səbəb olur. 
              Dərsin səmərəliliyinin yüksədilməsi məşğul olanların daima fəaliyyətdə olmasını  təmin 
etməkdən də çox asılıdır. Bu, o deməkdir ki, dərsi məqsədəuyğun qurmalı, həmin prosesdə şagirdlər boş 
dayanmayıb, verilmiş fiziki tapşırıqları müntəzəm yerinə yetirməlidirlər. Tədris prosesində  şagird 
fəaliyyətinin düzgün təşkili vaxta qənaət edilməsinə, az vaxtda daha çox hərəkətin icra olunmasına, 
orqanizmin daima müvafiq işlə  təmin edilməsinə, nəhayət, dərsdə yüksək nizam-intizam yaradılmasına 
kömək edir. 
              Dərsdə  şagirdlərin fəaliyyəti müxtəlif məzmunlu fiziki tapşırıqlarla təmin olunmalıdır. Həmin 
tapşırıqlar  şagirdlərin hərəkət keyfiyyətlərinin inkişafına, həmçinin uşaqlarda yeni və müxtəlif bilik, 
bacarıq və vərdişlərin aşılanmasına səbəb olmalıdır. Bədən tərbiyəsi dərslərində təlimin həm məzmunca
həm də formaca müxtəlifliyi kiçik məktəbyaşlı şagirdlərin tədrisə olan maraq və həvəsini daha da artırır, 
istər mürəkkəb, istərsə də sadə hərəkətlər böyük inamla yerinə yetirilir. Əvvəllər öyrənilmiş materiallar 
yeni dərsdə    daha da təkmilləşdirilir. Digər tərəfdən hərəkətlərin müxtəlif olması şagirdlərin vaxtından 
əvvəl yorulmasının da qarşısını alır. Buna görə də şagirdlərdə eyni hərəkətləri dönə-dönə təkrar etmək, 
onları adət edilmiş bir formada yerinə yetirmək məsləhət görülmür. 
              Fiziki  hərəkətlərin məzmunu, xarakteri və  həyata keçirilməsi yerləri (idman zalında və 
meydançasında işarə edilmiş eyni bir yerdə keçirilməsi) arabir məqsədəmüvafiq şəkildə dəyişdirilməlidir. 
Bütün bunlar, şagirdlərin bələdləşmək, nəzərdə tutulmuş obyekti tez tapmaq, müxtəlif sahələrdə yeni 
biliyə, lazımi bacarıq və vərdişlərə yiyələnmək qabiliyyətini inkişaf etdirir. 
              İbtidai siniflərdə  bədən tərbiyəsi dərsləri yeksənək, gərgin deyil, şagirdlər üçün fəal istirahət 
zəminində qurulmalıdır. Həmin məqsədlə  də  hər bir  məşğələnin məzmununa  şagirdlərin fiziki tərbiyə 
üzrə  nəticələrinin yoxlanılması, məvəffəqiyyətlərin hesaba alınması, dərs prosesində buraxılmış 
nöqsanların təhlili və düzəldilməsi, məşğul olanların bir-birinin hərəkəti idarəetmə texnikasını müşahidə 
etməsi və s. vəzifələr daxil olunmalıdır. Bütün bunlar nəticə etibarı ilə kiçik məktəbyaşlı şagirdlərin dərs 
zamanı  fəal istirahət etmələrinə  şərait yaradır, müşahidəçilik, tədqiqatçılıq qabiliyyətlərini artırır, 
təfəkkürünü inkişaf etdirir. Buna görə  də  bədən tərbiyəsi dərsləri təkcə  şagirdlərin fiziki hazırlığının, 
fiziki inkişafının yüksədilməsinə deyil, həm də onların hərtərəfli tərbiyələndirilməsinə 
istiqamətləndirilməlidir. 
 
              1.2. Bədən tərbiyəsi dərslərinin vəzifələri 
              Bədən tərbiyəsi dərslərində əsasən təhsil, tərbiyə və sağlamlıq vəzifələri yerinə yetirilir. 
              Təhsil vəzifələrinə fiziki tərbiyə hərəkətləri öyrədilən  zaman bu hərəkətlər üzrə bilik, bacarıq və 
vəzifələrin mənimsənilməsi nəzərdə tutulur. Həmin vəzifələri o zaman yerinə yetirmək mümkündür ki, 
fiziki təhsil müntəzəm, ardıcıl, uzuun müddətə və bədən tərbiyəsi proqramı üzrə aparılsın. 


 107
              Təhsil vəzifələrinə həm də uşaqların fiziki tərbiyə və idman, sağlamlığın qorunması, gün rejimi, 
düzgün qamət, habelə fiziki hərəkətlərin düzgün icrası üzrə aldıqları biliklərə də daxildir. 
              Təhsil vəzifələri tərbiyəvi və sağlamlıq vəzifələri ilə uyğunlaşdırılaraq həyata keçirilməlidir. 
              Fiziki tərbiyə prosesində intizamlılıq, səliqəlilik, idman əşyalarına qayğı göstərmək, dostluq, 
məqsədyönümlülük, vətənpərvərlik, müstəqillik, özünə inam, çətinliklərin dəf edilməsi tərbiyə olunur. 
              Sağlamlıq vəzifələri bütün dərslərdə yerinə yetirilir. Bədən təbiyəsi dərslərinin düzgün təşkili və 
keçirilməsi, sanitariya-gigiyena normalarına riayət edilməsi, dərslərin açıq və  təmiz havada aparılması 
sağlamlıq vəzifələrinin   icrasına lazımi şərait yaradır. 
 
 
1.3. Bədən tərbiyəsi dərsinin tipləri 
              Dərsin tipləri barədə pedaqoji və metodiki ədəbiyyatda müxtəlif fikirlər vardır. Pedaqoqlar dərsin 
tiplərini, təsnifatını müəyyən bir pedaqoji məsələyə  əsaslanaraq verirlər. Dərsin tiplərini təsnif edənləri 
başlıca olaraq 3 qrupa bölmək olar. Birinci qrupa daxil olan müəlliflərin fikrincə, dərslər giriş, tədris 
materialları ilə ilk tanışlıq və anlayış yaradan dərs tiplərinə bölünür ki, burada da təlim prosesinin 
mərhələləri  əsas götürülür. İkinci qrup müəlliflər dərsin tiplərini təlim metodlarına görə 
müəyyənləşdirirlər. Onların fikrincə, mühazirə, müsahibə  və laboratoriya məşğələsi dərsində  və s. də 
dərsin tipii başlıca olaraq eyni adlı  tədris metodları olmalıdır. Üçüncü qrup müəlliflər isə, pedaqoji 
ədəbiyyatda daha çoxluq təşkil etməklə, dərsin tipini onun qarşısında duran əsas vəzifələrlə 
əlaqələndirirlər. 
              Dərslərin təsnifatını onun qarşısında qoyulmuş didaktik vəzifələrə görə əsas götürən (bu təklifi 
ilk dəfə görkəmli didaktik B.P.Yesipov irəli sürmüşdür) müəlliflər dərsləri aşağıdakı tiplərə bölmüşlər: 1) 
kombinəedilmiş, yaxud qarışıq dərslər; 2) şagirdləri yeni materiallarla tanış edən dərslər; 3) bilikləri 
möhkəmləndirən dərslər; 4) biliklərin ümumiləşdirilməsi və sistemləşdirilməsi məqsədilə aparılan dərslər; 
5) biliklərin yoxlanılması məqsədilə aparılan dərslər. 
              SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, akademik M.M.Mehdizadə üçüncü qrup 
alimlərin dərs tipinə aid mülahizələrini yüksək qiymətləndirərək yazır ki, belə bir təsnifatın əleyhdarları 
olmasına baxmayaraq, bu, əksər müəlliflər tərəfindən qəbul edilmişdir. B.P.Yepisovun tipologiyası ona 
görə daha düzgün və əməli cəhətdən faydalı hesab edilir ki, didaktik mülahizələrə əsaslanmaqla o, bütün 
xüsusi metodikalara da asanlıqla yayılır, qarşısında konkret təlim məqsədi qoyan müəllimlərin dərs tipii 
seçməkdə  əməyini yüngülləşdirir və  səmərələşdirir. Qeyd etməliyik ki, M.M.Mehdizadə B.P.Yesipov 
tipologiyasına orijinallıq  gətirmir. Lakin o, tipologiyaya faydalı bir qeyd verərək bildirir ki, dərs 
tiplərinin həddindən artıq xırdalanması  çətin ki, məqsədəuyğun olsun.Bu nöqteyi-nəzərdən zənnimizcə, 
biliyin möhkəmləndirilməsi dərslərini, yaxud bacarıq və vərdişlərin tətbiqi dərslərini, sistemləşdirmə və 
ümumiləşdirmə  dərslərini ayrı-ayrı tiplər kimi göstərməyə heç də ehtiyac yoxdur, belə ki, bunlardan 
birinin həyata keçirilməsi digərinin də  həyata keçirilməsinə kömək göstərir. Daha konkret: biliklərin 
tətbiqi, onların sistemləşdirilməsinə də kömək edir. Sonuncu isə, bir dərsdə başa çatmır. Elə bu nöqteyi-
nəzərdən, M.Mehdizadə dərsləri aşağıdakı 5 tipə ayırmağı daha məqsədəuyğun hesab edir: 1) yeni biliklər 
haqqında məlumat verən dərslər; 2) yeni bacarıq və  vərdişlər yaradan və  mənimsədən dərslər; 3) bilik, 
bacarıq və  vərdişlərin möhkəmləndirilməsini, tətbiqinin dərinləşdirilməsini təmin edən dərslər; 4) 
yoxlama dərslər; 5) mürəkkəb (qarışıq) dərslər. 
         Fiziki  tərbiyə üzrə metodik vəsaitlərdə  də  dərslərin tipii onun qarşısında duran mühüm didaktik 
vəzifələrlə müəyyənləşdirilir. Bəzi müəlliflər dərs tipini qarşıda duran vəzifələrdə üyğunlaşdırmış olsalar 
da, dərsin tipologiyasını konkret və  daha aydın  şəkildə ifadə etməmişlər. Buna metodist-alim 
V.M.Kaçaşkinin dərs tipologiyasını misal göstərmək olar. O, dərsləri aşağıdakı tiplərə bölmüşdür: 1) giriş 
dərsi; 2) yeni material ilə tanışlıq dərsləri; 3) keçilmiq materialların icrasını  təkmilləşdirən dərslər; 4) 
qarışıq dərslər; 5) yoxlama dərsləri. 
              Göründüyü  kimi,  V.M.Kaçaşkinin tipologiyasında yeni materialları öyrədən dərslər dərs 
tiplərində öz əksini tapmamışdır. Bu da fiziki tərbiyə üzrə təlim-tərbiyə prosesinin əsasını təşkil edir. 
              Giriş  və yeni materiala tanışlıq dərsləri, onların qarşısında duran məqsədə görə  şagirdləri yeni 
keçilən hərəkətlər və oyun materialları ilə (fiziki hazırlıq bölmələri, rüblük, yarımillik və illik materiallar 
üzrə) ümumi və konkret şəkildə tanış etmək vəzifəsini daşıdığını nəzərə alıb, onları birləşdirib yeni adda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə