Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   145

 112
              Müşahidə olunmuşdur ki, yoxlama dərslərinə  şagirdlərin marağını, hərəkət və idrak fəallığını 
artırmaqdan ötrü yoxlama hərəkətlərinin adalrını və tədris normalarının şagirdlər tərəfindən dəftərə qeyd 
olunması olduqca vacibdir. Hərəkət növləri üzrə keçirilən yoxlama dərsində  şagirdlər  əvvəl məşq edir, 
sonra isə üç cəhdlə öz qüvvələrini sınayırlar. Qiymətləndirmədə belə bir qayda var ki, cəhddə göstərilən 
ən yaxşı nəticə şagirdin qiymətləndirilməsinin əsasını təşkil edir. 
              Yoxlama  dərsin yalnız fiziki hərəkətlər üzrə deyil, proqramdakı mütəhərrik oyunlar üzrə  də 
keçirilir. Müəllimin burada diqqətlə müşahidə aparması başlıca  şərtdir. Mütəhərrik oyunlar üzrə 
qiymətləndirmə zamanı ən yaxşı və ən səliqəli oyun nümayiş etdirmə, oyun fəndlərinə (qaydalarına) yaxşı 
yiyələnmə əsas götürülür. 
              Yoxlama  dərslərində, müəllim  şagirdlərin mühafizəsinə  və onlara kömək göstərilməsinə 
çalışmalıdır. 
                             
Yoxlama dərsinin təxmini planı 
                                       II sinif. III rüb. Dərs № 3. 
              Dərsin vəzifələri: 1) qaçaraq «Qıçı bükmə» üsulu ilə uzununa tullanma üzrə yoxlama keçirmək; 
2) «Durma, qaç» oyunu. 
              Dərsin keçirildiyi yer: idman meydançası. 
              Təchizat: ruletka. 
                                                Dərsin məzmunu 
              Hazırlıq hissə – 10 dəq. 
              Bir  cərgəyə düzülmək. Raport. Dərsin vəzifələrinə aid məlumat vermək. Yerişin qaçışla 
növbələşdirilməsi. Meydançada diaqonal üzrə yeriş. Bir sıradan iki və ya üç sıraya düzülmək. 
Ümuminkişafetdirici hərəkət kompleksi. 
              Əsas hissə – 30 dəq. 
              Qaçaraq «Qıçı bükmə» üsulu ilə uzununa tullanma: 
1)
 
sınaq tullanmaları – 2 dəfə 
2)
 
qiymət: qaçaraq «Qıçı bükmə» üsulu ilə uzununa tullanma. 
              «Durma, qaç» oyunu (əvvəllər keçilmiş) 
              Tamamlayıcı hissə – 5 dəq. 
              Cərgəyə düzülmə. Adi yeriş və tənəffüs hərəkətləri. 
              Dərsin yekunlaşdırılması. 
                  
                                   IV.2. Bədən tərbiyəsi dərsinin təşkili 
            Sovet hakimiyyətinin ilk illərindən başlayaraq məktəb qarşısında qoyulmuş ən ümdə vəzifələrdən 
biri, gələcək qurucuları olan gənc nəslin sağlam, gümrah, şən və iradəcə möhkəm böyüməsini təmin 
etməkdən ibarət olmuşdur. Həmin məqsədlə də şagirdlərin fiziki inkişafına, hazırlığına və yaşına müvafiq 
bədən tərbiyəsi proqramları tərtib edilmiş və 1927-ci ildən tətbiq olunmağa başlanmışdır. 
              İctimai-iqtisadi quruluşun inkişafı, tərbiyənin məzmunu, forma və üsullarının daha da 
təkmilləşdirilib müasir tələblərə uyğunlaşdırılması, eyni zamanda, məktəblilərin maddi həyat tərzinin 
yaxşılaşdırılması və daha da möhkəmləndirilməsi nəticəsində bədən tərbiyəsi üzrə tədris proqramları 10 
dəfədən çox dəyişdirilərək şəraitlə əlaqələndirilmiş, yeni məzmun və məna kəsb etmişdir. 
              Proqramın təkmilləşdirilməsi heç də o demək deyildir ki, məktəbin fiziki tərbiyə sahəsində 
qarşısında duran vəzifələri artıq həll edilmişdir. Qeyd etmək lazımdır ki, ümumtəhsil məktəblərində  fiziki 
tərbiyə üzrə  işlərin müvəffəqiyyətlə başa çatdırılması, hər  şeydən  əvvəl, onun hansı mütərəqqi forma, 
üsul, vasitə  və  tədris proqramları ilə    həyata keçirilməsindən çox asılıdır. Bədən tərbiyəsi dərslərinin 
səmərəliliyinin yüksədilməsi, dərsin və onun ayrı-ayrı hissələrinin xüsusiyyətlərinin nəzərə alınması, 
qarşıya qoyulmuş konkret tələb və vəzifələri, onların düzgün təşkili və keçirilməsi ilə sıx bağlıdır. Dərsin 
ayrı-ayrı xüsusiyyətləri, tələb və vəzifələri hər bir dərsə verilən ümumi tələb, vəzifə və xüsusiyyətlərdən 
irəli gəlir, onunla mütənasiblik təşkil edir. Buna görə də təkmilləşdirilmiş proqram materialları və müasir 
dərsə verilən tələblər baxımından, dərsə hazırlıq işlərini, onun qarşısında qoyulan tələb və  vəzifələri
bunların həyavta keçirilməsini, habelə mühüm pedaqoji amil olan dərs hissələri arasında əlaqəni və s. şərh 
etməyi lazım bilirik. 


 113
 
2.1. Bədən tərbiyəsi dərslərinin optimal təşkilinin 
başlıca şərtləri 
 Bədən tərbiyəsi məşğələlərinin səmərəliliyinin yüksədilməsində onun optimal şəkildə  təşkili 
mühüm rol oynayır. 
          Məşğələnin səmərəliliyini yüksəltmək, onu optimallaşdırmaq bir sıra pedaqoji-psixoloji amillərlə 
sıx surətdə  əlaqədardır. Bunları  nəzərə almadan təlim-məşqin keyfiyyətinin artırılmasından danışmağa 
dəyməz. Digər fənlərdə olduğu kimi, şagirdlərlə aparılan bədən tərbiyəsi məşğələlərində  də 
optimallaşdırma təhsilin məzmununun elmli olması, müasir şəraitlə sıx əlaqələndirilməsi, sistematiklik və 
ardıcıllıqla həyata keçirilməsi ilə şərtlənir. Məşğələnin optimal təşkili, eyni zamanda bədən tərbiyəsi üzrə 
nəzəri və praktik materialların  şagirdlər tərəfindən  fəal, mütəşəkkil və yaradıcılıqla,  şüurlu surətdə 
öyrənilməsi ilə  səciyyələnir. Bu o deməkdir ki, hər hansı bir fiziki hərəkət öyrədilirsə, bu hərəkətin nə 
məqsədlə yerinə yetirilməsi, sosial-iqtisadi əhəmiyyəti  şagirdlərə çatdırılmalıdır. Bundan əlavə
hərəkətlərin yüksək fəallıq və şüurlu olaraq öyrədilməsində şifahi, əyani və praktik, həmçinin reproduktiv 
və  tədqiqatçılıq metodlarının optimallıqla uzlaşdırılması  məşğələnin optimal surətdə  təşkilində başlıca 
şərtdir. 
              Bədən tərbiyəsi məşğələlərinin optimallaşdırılmasının ümumi cəhətləri ilə yanaşı, həm də 
özünəməxsus xüsusiyyətləri vardır. Fiziki tərbiyə üzrə təlim-tərbiyə tapşırıqlarının verilməsinə kompleks 
yanaşmaq onun optimallaşdırılmasının əsas vasitələrindəndir, həmin baxımdan şagirdlərlə keçirilən bədən 
tərbiyəsi məşğələlərinə kompleks yanaşma müəllimin daima diqqət mərkəzində olmalıdır. 
              Sual  olunur:  Burada  əsasən hansı pedaqoji-psixoloji və  tərbiyəvi  şərtlər nəzərdə tutulmalıdır? 
Həmin məsələdən dərs ilinin əvvəlində  şagirdlərin bilik, bacarıq və  vərdişlərini formalaşdıran, ideya-
siyasi səviyyəsini yüksəldən, mənəvi emosional hissləri və qabiliyyətləri  inkişaf etdirən fiziki 
tapşırıqların kompleks planlaşdırılması mühüm yer tutur. 
              Müşahidələr göstərir ki, bədən tərbiyəsi məşğələlərinin təşkilində kompleks yanaşma qarşıya 
qoyulmuş vəzifələrin həyata keçirilməsində xüsusi rol oynayır. Əvvəla, bu zaman şagirdlər fiziki yüklə 
normal şəkildə təmin olunur. İkincisi, şagirdlər əməyə və müdafiəyə hazırlaşırlar. Bundan əlavə, bədən 
tərbiyəsi üzrə işlərə kompleks yanaşma şagirdlərin həddən artıq yüklənməsinin qarşısını almaqla bərabər, 
həm də onların böyük əksəriyyətinin idman dərəcəsi normalarını ödəmələrinə də zəmin yaradır. 
              Bədən tərbiyəsi məşğələlərinin qarşısında konkret və aydın vəzifələrin qoyulması, bu vəzifələrin 
bir-birini tamamlaması və ümumi məqsədin həyata keçirilməsinə yönəldilməsi optimallaşdırmanın başlıca 
şərtlərindəndir. Müasir məşğələlərin qarşısında duran vəzifələr müəyyən edilərkən 3 məsələyə xüsusi 
diqqət yetirmək lazımdır. Bu hər bir məşğələnin təhsilverici, tərbiyəedici və inkişafetdirici vəzifələrin 
olması ilə  səciyyələnir. Buna görə  də müəllim məşğələnin qarşısında duran vəzifələri düzgün 
müəyyənləşdirməklə onun optimallaşdırılmasına ilkin zəmin yaratmış olur. 
              Bakı şəhərindəki qabaqcıl bədən tərbiyəsi müəllimləri ilə söhbətdən, dərslərin müşahidəsindən, 
habelə  tədris sənədlərinin öyrənilib təhlil olunmasından aydın olur ki, optimallaşdırma qabaqcıl və 
təcrübəli müəllimlərin pedaqoji fəaliyyətində öz əksini tapmışdır. İcmal tutularkən məşğələlərin ümumi 
məqsədi və  vəzifələri daha da konkretləşdirilir. Tədris-məşğələ prosesində  əvvəldən axıradək həmin 
məsələlərin həlli diqqət mərkəzində saxlanılır. Bədən tərbiyəsi fənninin sosial-iqtisadi əhəmiyyətini, nə 
üçün keçirilməsini həyatdan götürülmüş faktik materiallar əsasında şifahi və əyani metodlarla izah edir və 
öyrədirlər. Bu prosesdə  şagirdlərə  hərəkətləri düzgün icra etmək texnikası öyrədilməklə, tərbiyəedici 
izahat işi də aparılır. Nəticədə də şagirdlər dərsə fəal və şüurlu olaraq yanaşır, verilən tapşırıqları yüksək 
fəallıqla, yaradıcılıqla və böyük həvəs və maraqla yerinə yetirirlər. Bəzi hallarda isə  həmin vəzifələrin 
həllində müəyyən nöqsanlara yol verilir. Fiziki tərbiyə prosesində ayrı-ayrı idman növləri üzrə müvafiq 
bacarıq və  vərdişləri  şagirdlərə  aşılamaqla kifayətlənirlər. Xüsusi ilə  məşğələ vaxtı  şagirdlərin  əqli, 
psixoloji hisslərini və qabiliyyətlərini inkişaf etdirən fiziki tapşırıqlara az yer verilir. 
              Buna  görə  də  həmin məşğələ cansıxıcı  və  şagirdlərin qeyri-fəallığı  əsasında həyata keçirilir. 
Məşğələyə maraq azalır, davamiyyətin tam təmini işi çətinləşdirir.  Əlbəttə, dərsdə  fəallıq və  şüurluluq 
prinsipi və bunların vəhdətinin təmin edilməsinə ciddi səy göstərilməlidir. Bunun üçün də  hər bir 
məşğələdə, ilk növbədə, təhsilverici, tərbiyəverici və inkişafetdirici vəzifələr qoyulmalıdır. Həmin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə