Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   145

 128
Təşkili 
Ümumi 
hazırlıq 
Xüsusi 
hazırlıq 
Texniki 
dəqiqlik 
Tezlik Cəldlik 
Qüvvə, 
çeviklik 
Dözümlülük Yekun 
 
              Dərsin 4 deyil, 3 hissədən ibarət keçirilməsinə (yəni giriş  və hazırlıq hissələrinin 
birləşdirilməsinə) səbəb nədir? 
              Dərsin giriş və hazırlıq hissəsinin birləşdirilib eyni mərhələdə həyata keçirilməsində iki cəhət – 
tədrisin psixoloji mahiyyəti və bu mərhələdə öyrənilən hərəkətlərin orqanizmə sağlamlaşdırıcı  təsiri 
(anatomik-fizioloji) nəzərə alınmışdır. Çünki dərslər giriş  və istərsə  də hazırlıq hissə üçün 
müəyyənləşdirilmiş proqram materiallarına, təhsil və tərbiyəvi vəzifələrə, orqanizmə təsiretmə dərəcəsinə 
görə, habelə    məzmun və  həyata keçirilmə formasına görə bir-birinə  sıx bağlıdır. Bu hissənin 
materiallarının biri o birini nəinki birtərəfli, hətta qarşılıqlı surətdə tamamlayır və əsas məqsədə yönəldir. 
Daha doğrusu, giriş və hazırlıq hissədə yerinə yetirilən hərəkətlər orqanizmin iş qabiliyyətini yüksəldərək 
əsas hissədə icra olunacaq fiziki yükə hazırlayır, şagirdlərin diqqətini dərsə istiqamətləndirir. 
              Q.F.Şitikova dərsin 3 hissəli qurulmasının təlim-tərbiyəvi  əhəmiyyətini  şərh edərkən yazır ki, 
məşğul olanlar müntəzəm surətdə idrak fəaliyyətinə qoşulub və  tədricən zəruri fiziki iş qabiliyyətinə 
yiyələnirlər. Hər bir məşğələdə qarşıya qoyulmuş gigiyenik, təhsil və  tərbiyəvi vəzifələr yüksək 
səviyyədə yerinə yetirilir. Nəhayət, orqanizmin sonrakı fəaliyyəti üçün əlverişli vəziyyətə gətirilir. 
              Təcrübə göstərir ki, dərsin müvəffəqiyyətlə nəticələnməsi ayrı-ayrı hissələrin qarşısında konkret 
vəzifələrin qoyulmasından, uşaqların yaş xüsusiyyətindən, fiziki hazırlıq və fiziki inkişaf səviyyəsindən, 
hərəkətin öyrədilmə texnikasının xarakterindən, məşğələlərin yerindən, keçirilmə vaxtından, həmçinin 
ləvazimatla təchiz edilməsindən və  şəraitdən çox asılıdır. Bundan əlavə, müvəffəqiyyət, eyni zamanda 
dərsin ayrı-ayrı hissələrində qrupların təşkili, uşaqlar üçün fənn tapşırıqlarının müəyyənləşdirilməsi, 
ləvazimat və avadanlıqların düzgün yerləşdirilməsi, məşğələ yerlərinin dəyişdirilməsi ilə sıx əlaqədardır. 
              Dərsin səmərəli qurulması, həm də müəllimin fəaliyyətinin düzgün təşkilindən, xüsusən 
müəllimin dərsin ayrı-ayrı hissələrində müəyyən edilmiş tapşırıqlar üzrə apardığı izahat işlərindən, 
hərəkət texnikasının düzgün göstərilməsindən və yerinə yetirilməsindən,  şagird fəaliyyətinin dərsə 
düzgün təşkil edilməsi və qiymətləndirilməsindən asılıdır. Dərsin ayrı-ayrı hissələrində yerinə yetiriləcək 
tapşırıqların yaxşı nəticələnməsi, məşğul olanların müşahidəçilik qabiliyyəti, hərəkətlərin icra edilməsinin 
məna və əhəmiyyəti ilə, habelə bu prosesə düşüncəli yanaşması ilə əlaqədardır. 
              Dərsin quruluşunda aşağıdakı pedaqogji-metodiki tələbləri nəzərə almaq lazımdır. 
              1.  Əvvəl keçirilən hərəkətlər, sonra keçirilən hərəkətlərin qarşısında duran vəzifələrin yerinə 
yetirilməsinə yönəldilməli və  əksinə, sonra tədris olunan hərəkətlər  əvvəlki hərəkətlər üzrə qazanılmış 
bilik, bacarıq və vərdişlərin daha da möhkəmləndirilməsinə kömək etməlidir. 
              2.  Dərsin ayrı-ayrı hissələrində qruplaşdırılaraq tədris olunan fiziki hərəkətlər müəyyən 
ardıcıllıqla keçilməli və bir-birilə  əlaqələndirilməlidir. Hərəkətlər sadədən mürəkkəbə doğru 
qruplaşdırılaraq öyrədilməlidir. 
              3. Dərsin bir hissəsində qarşıya təlim-tərbiyə və gigiyenik vəzifələr qoyulmalı, onlar müntəzəm 
və ardıcıllıqla həyata keçirilməlidir. 
              4.  Dərsin hər üç hissəsində müəllim və  şagirdlərin fəaliyyətləri məqsədyönlü təşkil edilməklə 
bərabər, xarakter və  məzmun etibarı ilə bir-birindən fərqlənməli, həm də  əlaqələndirilməklə  təlim 
fəaliyyətinin yüksədilməsinə istiqamətləndirilməlidir. 
              Qeyd  etmək lazımdır ki, bədən tərbiyəsi dərsinin hər bir hissəsinin qarşısında, ayrı-ayrılıqda 
təlimin məzmununa uyğun vəzifələr qoyulur. Lakin həmin  vəzifələr bir-birinə daha yaxın olur və eyni 
məqsəd daşıyır. Məsələn,  dərsin hazırlıq hissəsində qarşıya  şagirdlərin diqqətinin toplanması, 
fəallaşdırılması, fiziki yükün tədricən artırılması, fiziki hazırlığın yüksədilməsi, növbəti vəzifələrin izahı 
və s. kimi vəzifələr qoyulur. 
              Bütün bunlar, nəinki dərsin hazırlıq hissəsində, həm də əsas hissəsində yerinə yetirilir. Başqa bir 
misal. Şagirdlərin fəaliyyətini lazımi səviyyədə təşkil etmək üçün hazırlıq hissədə frontal iş formasından 
daha geniş istifadə edilir. Təcrübə göstərir ki, dərsin sıxlığının artırılması,  şagirdlərin boşdayanma 
hallarının aradan qaldırılması  və  fəallığının yüksədilməsi məqsədi ilə  bəzən  əsas hissənin özündə belə 
frontal iş formasından istifadə olunur. Bundan əlavə, hazırlıq hissədə    işlədilən hər hansı bir təlim 
üsulundan (məsələn, söz, illüstrasiya və demonstrasiya və s.) dərsin digər hissələrində  də     müvafiq 


 129
qaydada istifadə etmək mümkündür. Dərsin hissələri arasında sıx  əlaqə  və uyğunluqların olmasına 
baxmayaraq, onların özünəməxsus təşkili yolları, vəzifələri, məzmunu vardır. Həmin məsələlərin düzgün 
şərhi isə bədən tərbiyəsi tədrisinin təkmilləşdirilməsində vacib pedaqoji şərtlərdəndir. Məktəb təcrübəsinə 
və qabaqcıl pedaqoji-metodik fikrə istinad etməklə, bədən tərbiyəsi dərslərinin ayrı-ayrı hissələrinin və 
bunlar arasında əlaqənin səmərəli təşkilinə toxunaq. 
 
                         3.2. Bədən tərbiyəsi dərslərinin hissələri 
              Məktəbdə  bədən tərbiyəsi üzrə  təlimin  əsas təşkili forması  dərsdir. Bədən tərbiyəsi dərsləri 
cədvəl üzrə həftədə iki dəfə aparılır. Bu dərslərdə, şagirdlərə hərəkət keyfiyyətləri: sürət, qüvvə, cəldlik, 
dözümlülük və hərəkət fəaliyyətinə dair lazımi bilik, bacarıq və vərdişlər aparılır. 
              Bədən tərbiyəsi dərsləri üç mərhələdə aparılır, bunların da hər birinin özünəməxsus məqsəd və 
vəzifələri vardır. Müəllim həmin məqsəd və  vəzifələrə uyğun fiziki hərəkət və oyunlar seçir və yeri 
gəldikdə onları  dərsin ayrı-ayrı  mərhələlərində  şagirdlərə öyrədir. Müəllim qarşıya qoyulmuş  məqsədə 
nail olmaq üçün dərsi pedaqoji, psixoloji və fizioloji cəhətdən düzgün qurmalıdır. Dərsin keyfiyyətini 
yüksəltmək üçün müəllim tədris materiallarını dərindən öyrənməli, materialları ardıcıllıqla təlim etməli və 
təlim üsullarını düzgün müəyyənləşdirməlidir. Bundan əlavə, dərs maraqlı qurulmalı, şagirdlərin fəallığı 
şəraitində keçməlidir, tədris günü rejimində digər fənlərə müvafiq qaydada növbələşdirilməlidir. 
              Bədən tərbiyəsi dərsi üç: hazırlıq, əsas və tamamlayıcı hissədən ibarətdir. 
2.1.
 
Dərsin hazırlıq hissəsi. 
 Dərsin hazırlıq hissəsinə – 8-10 dəqiqə vaxt sərf edilir. Onun əsas vəzifəsi  şagirdləri dərsin sonrakı 
mərhələlərinə,  əsas hissədə icra edilən hərəkətlərə hazırlamaqdır. Başqa sözlə desək, bədəni fiziki yük 
üçün qızışdırmaqdır. Eyni zamanda şagirdlərin dərsə təşkilindən, kimin gəlib-gəlmədiyini yoxlamaqdan,  
dərsin  əsas məzmununu və  vəzifələrini izah etməkdən,  əhvali-ruhiyyəni yüksəltməkdən,  şüurlu intizam 
yaratmaqdan, müxtəlif yollardan istifadə etməklə  dərsə marağı artırmaqdan ibarətdir. Hazırlıq hissədə 
keçirilən hərəkətlər bir sıra təlimi, yeriş, tez-tez yeriş, qaçış, yeriş zamanı  və yerində gövdə, yuxarı  və 
aşağı ətraf əzələləri üçün hərəkətlər, əşyasız və əşyalarla hərəkətlər, gimnastika skamyası və divarlarında 
hərəkətlər, hoppanmalar, rəqs hərəkətləri, ümumi inkişafetdirici hərəkətlərdən və s. ibarətdir. 
              Dərsin hazırlıq hissəsinin səmərəliliyi qarşıda duran vəzifələrin konkret və düzgün 
müəyyənləşdirilməsi ilə  əlaqədardır.  İbtidai siniflərdə  dərsin hazırlıq hissəsində  aşağıdakı  vəzifələrin 
yerinə yetirilməsi tələb olunur: 
1.
 
Şagirdlərin fəaliyyətini dərsə cəlb etmək, əhval-ruhiyyəsini və  
emosionallığını yüksəltmək, diqqətini toplayıb əsas məqsədə yönəltmək. 
              2. Dərs müddətində icra ediləcək işin məzmunu və xarakteri ilə şagirdləri tanış etmək, növbəti 
tədris yükü üzrə qarşıya çıxan suallara qısa və aydın cavab vermək. 
              3. Orqanizmi «qızışdırmaq», onun hərəkət fəaliyyətini artırıb  növbəti tədris işinə – əsas hissədə 
yerinə yetiriləcək hərəkətlərə hazırlamaq. 
              4.  Təhsil və  tərbiyə  vəzifələrinə:  şagirdlərin ideya-siyasi səviyyəsini yüksəltmək məqsədi ilə 
nəzəri məlumatlar vermək,  hərəki fəallığını artırmaq, hərəki keyfiyyətlərini inkişaf etdirmək və s.həyata 
keçirilir. 
              Dərsin hazırlıq hissəsinin qarşısında qoyulmuş  vəzifələri yerinə yetirmək məqsədi ilə sadə
yaxud şagirdlərin daha tez öyrənə biləcəyi cürbəcür və maraqlı hərəkətlərdən istifadə olunur. 
              Hazırlıq hissədə  tətbiq edilən hərəkətlər bunlardır: müxtəlif düzülmələr; yeriş, qaçış  və 
tullanmalar; xüsusi və ümuminkişaf (əşyalı  və  əşyasız) hərəkətləri; qolların, gövdənin, başın  əsas 
vəziyyətləri, hərəkətləri və bunların bir-biri ilə əlaqələndirilməsi; sadə rəqs elementləri, çox da gərginlik 
tələb etməyən mütəhərrik oyunlar və s. 
              Düzülmələr. Dərsin hazırlıq hissəsinin sıxlığının artırılmasında hər hansı bir hərəkətdən digərinə 
daha tez və sürətlə keçilməsi xüsusən vacibdir. Məlumdur ki, hazırlıq hissədə yerində  və yeriş zamanı 
bəzi hərəkətlər icra olunur. Əgər şagirdlər zal (meydança) ətrafında bir sıra ilə hərəkət edirlərsə, bu zaman 
zalın mərkəzinə doğru üç-üç, dörd-dörd və s. komandası verib onları üç və dörd sıraya düzməklə, ya da 
həmin vəziyyətdə sağa (sola) döndərib ümuminkişaf hərəkətlərini yerinə yetirmək mümkündür. Yaxud da 
şagirdlər iki, dörd (cüt sıra) sıraya düzülüblərsə, onları üz-üzə döndərib bir-birindən 3-4 m aralamaq şərti 
ilə kiçik və böyük topları bir-birinə ötürmə hərəkətlərini icra etdirmək olar. Bundan başqa, yeriş zamanı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə