Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   145

 132
              Müşahidələr və müəllim – metodistlərlə keçirdiyimiz sorğu nəticəsində  bədən tərbiyəsi 
dərslərində davamiyyətin yoxlanması imkanlarını myəyyənləşdirməyə  səy göstərdik. Davamiyyətin 
yoxlanması barədə müxtəlif mülahizələr vardır. Onları şərti olaraq 5 qrupa bölmək olar: 
              1-ci qrup müəllim-metodistlər  belə hesab edirlər ki, ibtidai siniflərdə  dərsi mütəxəssislər 
keçirlərsə,  şagirdlərin davamiyyətinin sinif müəllimindən alınmış  məlumat  əsasında, dərsin ilk 
dəqiqələrində yoxlanılması sərfəlidir. 
              2-ci qrup müəllim-metodistlər dərsin əvvəlində, jurnal üzrə siyahını oxumaq yolu ilə hazır-qayıb 
etməyə üstünlük verirlər. 
              3-cü  qrup müəllim-metodistlər dərsin sonunda, siyahını oxumaq və ya növbətçi  şagirdin 
məlumatına görə dərsdə iştirak etməyənləri qeyd etməyi  lazım bilirlər. 
              4-cü  qrup müəllim-metodistlər davamiyyətin dərs zamanı  şagirdlərə  qısa müddətli istirahət 
verildikdə yoxlanılmasını məsləhət görürlər. 
              5-ci qrup müəllim-metodistlər  (dərsi sinif müəllimi aparmırsa) bədən tərbiyəsi dərsində hazır-
qayıb aparılmasını məsləhət bilmirlər. Davamiyyəti tənəffüsdə yoxlamağı məqsədəuyğun hesab edirlər.  
              1-ci  qrup  müəllim-metodistlərin davamiyyətin yoxlanılması haqqında məsləhətləri iki cəhətdən 
əhəmiyyətlidir. Əvvəla davamiyyət az vaxt içərisində yoxlanılır, dərsin hazırlıq  hissəsinin sıxlığı artırılır, 
ikincisi, intizamın pozulmasına imkan yaranmır. Lakin bu zaman sinif müəllimləri jurnala qayıb 
yazılmasın deyə, bəzən səhv məlumat verirlər. Bəzən də sinif müəllimini axtarıb tapmaq üçün xeyli vaxt 
sərf etmək lazım gəlir. 
              Dərsə davamiyyətin (2-ci qrup) jurnaldakı siyahı üzrə yoxlanılması  şagirdlərin dərsə 
məsuliyyətinin və fəallığının artırılmasına kömək edir. Lakin bu zaman boşdayanma əmələ gəlir ki, bu da 
dərsin intensivliyini azaldır. Digər tərəfdən isə, kiçik məktəbyaşlı  uşaqlar kifayət qədər davamlı 
olmadığına görə intizamın pozulmasına zəmin yaradır. 
              Dərsin sonunda siyahını oxumaq və növbətçi şagirdlərin məlumatı əsasında qeydlər aparmaq (3-
cü qrup) şagirdlərin fəallığını  və  məsuliyyətini artırır.  İkinci halda isə hazır-qayıb qısa müddətdə başa 
çatdırılır. 1-ci və 2-ci qrupa mənsub nöqsanları 3-cü qrupa da aid etmək olar. Bizim fikrimizcə isə 
davamiyyətin sinif bədən tərbiyəsi təşkilatçısı və yaxud növbətçinin kiçik fasilə və qısa istirahət zamanı 
(4-cü qrup) verdiyi məlumat  əsasında yoxlanması daha faydalıdır. Bu həm  şagirdlərdə  bədən tərbiyəsi 
dərsində özünə  məsuliyyət hissinin artmasına, həm də hazırlıq hissinin intensiv keçməsinə  və  tədris 
prosesində asudə vaxtdan səmərəli istifadə olunmasına səbəb olur. 
              5-ci  qrup  müəllim-metodistlərin fikirləri ilə heç cürə razılaşmaq olmaz. Çünki davamiyyətin 
yoxlanması və dərsdə iştirak etməyənlərin jurnalda qeyd edilməsi uşaqların intizama dəvət olunmasında, 
onlarda məsuliyyət hissinin artırılmasında özünəməxsus yer tutur. 
              Qeyd  etmək lazımdır ki, davamiyyətin raport verən  şagirdin məlumatı  əsasında yoxlanması da 
əlverişlidir. Bu şərtlə ki, həmin şagird raporta qabaqcadan hazırlaşmış olsun, üzürlü səbəbə görə dərsdə 
iştirak etməyənlərin siyahısını müəllimə yazılı  şəkildə  təqdim etsin. Davamiyyət haqqında məlumatı 
şifahi yolla da vermək mümkündür. 
              Davamiyyətin nə vaxt və hansı yolla yoxlanması haqqında qəti fikir söyləmək çətindir. Ona görə 
ki, dərsi hər zaman istənilən  şəkildə qurub həyata keçirmək mümkün olmur. Bu məsələdə  şagirdlərin 
əhval-ruhiyyəsini, yaş xüsusiyyətlərini, bilik və bacarıqlarını, fiziki hazırlıqlarını, bədən tərbiyəsi dərsinə 
münasibətini, eləcə də müəllimin pedaqoji – metodiki səviyyəsini, şəxsi nüfuzunu nəzərə almaq lazımdır. 
 
                        Tədris fəaliyyəti haqqında məlumat vermək 
              Salamlaşmadan sonra dərsin qarşısında duran tədris fəaliyyətinə dair şagirdlərə  məlumat 
verilməsi xüsusi əhəmiyyət kəsb edir. Şagirdlərin dərs prosesində nə kimi tədris işi ilə məşğul olacağını 
bilməsi, onların həm təlimə marağını artırır, həm də ayrı-ayrı  şagirdlərdə  məsuliyyət hissini yüksəldir. 
Tədris fəaliyyəti ilə əlaqədar məlumatların verilməməsi, hər şeydən əvvəl, şagirdlərin sorğu-sualına səbəb 
olur, onların  əhvali-ruhiyyəsinə  və emosionallığına mənfi təsir göstərir. Məqsəd aydın olana kimi 
şagirdlər narahatlıq hissi keçirirlər. Buna görə  də  dərsin hazırlıq hissəsində yerinə yetiriləcək  əsas 
hərəkətlər və onların metodik xüsusiyyətləri haqqında müvafiq izahat verilməlidir. 
              Tədris fəaliyyəti üzrə izahat dərsin həm hazırlıq və həm də əsas hissəsində aparılmalıdır. Hazırlıq 
hissədə verilən izahat əsas hissədə aparılan izahat işindən fərqlənməlidir. Dərsin hazırlıq hissəsində


 133
əsasən hazırlıq hissədə keçirilən tədris materialı üzrə konkret məlumat verilməli, onların metodiki, 
tərbiyəvi və sağlamlaşdırıcı xüsusiyyətləri  şərh olunmalıdır. Məsələn, müəllim I sinifdə bir sıraya 
düzülməyi öyrədirsə, o, sıraya necə düzülməyi  əvvəlcə özü göstərir və lazımi izahat verir, sonra 
düzülməni fəallar, nəhayət, bütün şagirdlər yerinə yetirirlər. Müəllim bir sıraya düzülməni öyrədərkən də 
onun qaydalarını, cərgə ilə fərqini və növlərini (bir, iki, üç və s.) şərh etməlidir. 
              Dərsin hazırlıq hissəsində,  əsas hissədə keçiriləcək hərəkət və mütəhərrik oyunlar barədə  qısa 
məlumat verilməlidir. Bundan başqa, onların əsas metodik xüsusiyyətləri, öyrədilən hərəkətlərin bədənin 
normal inkişafı üçün əhəmiyyəti, vətənin müdafiəsinə hazırlıq işində onların rolu və s. şərh edilməlidir. 
              Pedaqoji-metodiki ədəbiyyatın təhlilindən və məktəb təcrübəsindən aydın olur ki, bədən tərbiyəsi 
üzrə nəzəri məlumatların təlim prosesində nə vaxt verilməsinə dair müxtəlif fikirlər vardır. Bəzi müəllim-
metodistlər, tədqiqatçı alimlər fiziki tərbiyə üzrə nəzəri məlumatları üç-beş dəqiqə ərzində dərsin hazırlıq 
hissəsində, bəziləri isə onların öyrədilən hərəkətlərlə  əlaqədar dərsin  əsas hissəsində verilməsini 
məqsədəuyğun hesab edirlər. 
              Tədqiqat göstərir ki, ibtidai siniflərdə fiziki tərbiyə və idman üzrə nəzəri məlumatları şagirdlərə 
dərsin hazırlıq və  əsas hissəsində çatdırmaq mümkündür. Lakin bu, ibtidai siniflər üçün daha 
məqsədəuyğundur. Çünki ibtidai sinif şagirdlərinə  dərsin hazırlıq hissəsində,  əsas hissədə öyrədilən 
hərəkətlər haqqında məlumat vermək o qədər də maraqlı olmur. Buna görə də, kiçik məktəbyaşlı uşaqlara 
dərsin hazırlıq hissəsində, bu hisədə öyrədilən və ümumi xarakter daşıyan əsas hissədə isə əsas hissənin 
hərəkətləri və mütəhərrik oyunlar haqqında konkret məlumat vermək əlverişlidir. Bu öyrədilən hərəkət və 
oyunların məna və əhəmiyyətini şagirdlərin daha dərindən, daha şüurlu mənimsəməsinə zəmin yaradır. 
              Salamlaşma. Bədən tərbiyəsi dərslərinin ən gözəl və tərbiyəvi cəhətlərindən biri salamlaşmadır. 
Salamlaşma dərsin hazırlıq hissəsində düzülmələrdən sonra aparılmalıdır. Salamlaşmaya şagirdlər yalnız 
yuxarı siniflərdə deyil, həmçinin I-II sinifdən etibarən daha yaxşı yiyələnirlər. 
              Salamlaşma  şagirdlərin  əməyə, qarşıdakı  işə ruhlandırır, onların məsuliyyətini, fəallığını, 
işgüzarlığını, qətiliyini artırır. Bundan əlavə, kollektivə  vərdiş etməyi, müəllimi sevməyi, onun 
tapşırıqlarını  həvəslə icra etməyi öyrədir. Salamlaşma uşaqlarda hərbi-vətənpərvərlik, beynəlmiləlçilik, 
kollektivçilik hissi yaradır, xarici görünüşü gözəlləşdirir, xüsusən qaməti daha da gözəlləşdirir və 
çevikliyi  artırır. Bütün bunlara görə  də salamlaşma yüksək zövqlə, emosionallıqla və xoş  təəssüratla 
həyata keçirilməlidir.  Salamlaşma zamanı  tələsməməli, səslərdə ümumi ahəngdarlıq,  oxşarlıq və 
uyğunluq olmalıdır.  Əlbəttə, deyilənlərə  əməl edilməsi tədrisin keyfiyyətini yüksəltmək, dərs zamanı 
işlərini yaxşılaşdırmaq üçün vacib şərtdir. 
              Dönmə, yeriş, qaçış  və hoppanmalar.  Dərsin hazırlıq hissəsində orqanizmin funksiyasının 
formalaşdırılmasında diqqətin toplanıb tədris fəaliyyətinə istiqamətləndirilməsində  rəngarəng, maraqlı 
yeriş, qaçış  və hoppanma hərəkətlərinin icrası böyük əhəmiyyətə malikdir. Qarşıda duran vəzifələrin 
həyata keçirilməsində ritmik yeriş, qaçış  və dönmələrə, hoppanmalara şagirdlərin tədricən müstəqil 
yiyələnmələrinə xüsusi diqqət verilməli, bunun üçün hər cür şərait yaradılmalıdır. 
              Şagirdlər I sinifdən başlayaraq düzgün yeriş qaydalarını bilməlidirlər. Təəssüf ki, əksəriyyət sinif 
müəllimləri  şagirdlərin düzgün yeriməsinə lazımi  əhəmiyyət vermirlər. Buna görə  də, I, II və III- IV 
siniflərdə belə kiçik məktəbyaşlı  uşaqlar düzgün yeriməyi bacarmırlar. Onlar ayaqları düzgün yerə 
qoymur, pəncələr bəzən daxilə, bəzən də xaricə meyl edir. Addımlar bəzən iri, bəzən də qısa olur. Bir sıra 
uşaqlar yeriş, qaçış və hoppanmalar zamanı gövdəni düz saxlamır, ayaqları isə bir-birinə uyğun hərəkət 
etdirə bilmirlər. 
              Yeriş, qaçış  və hoppanma hərəkətlərinin icra olunması sağlamlıq və estetik baxımdan ritmik 
yerinə yetirilməli, gövdə düz tutulmalı, gərginləşdirilməli, baş əyilməməli, addımlar nə böyük, nə də qısa 
olmalı, çiyinlər bir qədər arxaya dartılmalıdır. Bundan əlavə,  əl və ayaqları bir-birinə uyğun hərəkət 
etdirməlidir. Ayaqlar yerdən yüngül götürülməli, yerə yumşaq qoyulmalı  və sürtünməməlidir. Yerişdə 
yerə  əvvəlcə daban qoyulmalı, sonra isə  ağırlıq pəncələr üzərinə keçməlidir. Pəncə ilə  təkan verdikdən 
sonra qıç dizdən bükülməməlidir, irəliyə- daban üstə yumşaq addım atılmalıdır. Nəhayət, ağırlıq pəncə-
daban üzərinə salınmalıdır. 
              İbtidai siniflərdə bir, iki sırada, habelə dairə üzrə sağa, sola, geriyə dönməklə yeriş  vərdişləri 
aşılanır. Pəncə və daban üzərində yerişlə növbələşdirməyi şagirdlərə öyrətmək lazımdır. Bu hərəkətlərdə 
əsas məsələ onların yerinə yetirilməsi deyil, necə icra olunmasıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə