Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   145

 136
              VI. Ç.v. – əsas duruş, əllər beldə, ktsəcik döşəmədə.  4 sayda hər iki ayaq üstdə, 4 sayda sağ, 
sonra isə sol ayaq üstdə, 4 sayda hər iki ayaq üstdə hoppanmalar. Yerində addımlama. 
     
                                       II   S İ N İ F 
              I. Ç.v. – əsas duruş, top əllərdə, irəlidə, 1 – 2 sayda sol əli topla yuxarı qaldırmalı, sağ əli isə 
aşağı salıb arxaya aparmalı; 3-4 sayda çıxış vəziyyətinə qayıtmalı. 
              II. Ç.v. – top sağ əldə, ayaqlar aralı. 1 – 2 sayda sağ tərəfə əyilməklə topu boyun arxasında solə 
lə ötürməli; 3- 4 sayda hərəkəti sol tərəfə əyilərək  təkrar etməli. Bu zaman topu sağ ələ ötürməli, əlləri 
boyun arxasına apararkən nəfəs almalı, əvvəlki vəziyyətə gətirərkən nəfəsi buraxmalı. 
              III. Ç.v. – əsas duruş, top sağ əldə, çiyin səviyyəsində – qabaqda. Topu döşəməyə buraxmalı, top 
döşəməyə dəyib sıçradıqdan sonra 360
o
 dönməklə (sağdan) onu tutmalı. Həmin hərəkəti əks tərəfə 360
o
 
dönmədə (soldan) icra etməli. Bu vaxt top sol əllə döşəməyə buraxılır. 
              IV. Ç.v.- əsas duruş, sağ əl beldə, top sol əldə – (açıq ovucun içərisində) qabaqda.  1-2 sayda, 
həmin vəziyyətdə oturmalı. Bu vaxt sağ  qıç düz saxlanılır, sol qıç isə dizdən bükülərək pəncə-daban 
üstündə olur;  3-4 sayda çıxış vəziyyətinə qayıtmalı. 
              V. Ç.v. – əsas duruş, top sağ əldə. 1-2 sayda topu döşəməyə buraxmalı. Dəyib sıçrayan topu sağ 
qıçı yuxarı qaldırmaqla diz bükümünün altında tutmalı; 3-4 sayda top sol əldə, sol qıçı qaldırmaqla onu 
tutmalı. Hərəkət icra olunarkən gövdəni əyməməli.  Qıç diz bükümündən mümkün qədər çox açılmalı və 
düz saxlanmalıdır. 
              VI. Ç.v. – əsas duruş, top sağ əldə. Topu yuxarı atıb arxada əl çaldıqdan sonra döş qarşısında onu 
tutmalı. Həmin hərəkəti top sol əldə olmaqla da icra etməli. 
              VII. Ç.v. – əsas duruş, əllər beldə, top sağ tərəfdən – döşəmədə. Topun üstündən  sağdan sola – 
sağ ayaqdan sol ayaq üstünə və əksinə hoppanmalı. 
              VIII. Ç.v. – əsas duruş, əllər beldə. Əvvəlcə növbə ilə (sağ və sol), sonra isə hər iki ayaq üstdə 
hoppanmalı. 
       
                                    
 
 
III   S İ N İ F 
              I.  Ç.v.    –  əllər döş qarşısında. 1 sayda qolları dirsəkdən bükülü vəziyyətdə arxaya dartmalı, 
kürəkləri bir-birinə yaxınlaşdırmalı; 2 sayda qolları  çıxış  vəziyyətinə  gətirməli; 3 sayda qolları yanda 
dirsəkdən tam açmalı (ovuclar yuxarı baxır); 4 sayda qolları çıxış vəziyyətinə gətirməli. 1-2 sayda nəfəs 
almalı; 3-4 sayda nəfəsi buraxmalı. Tənəffüs müntəzəmdir. 
              II.  Ç.v.  –  əsas duruş, ayaqlar aralı. 1-2 sayda sağ qolu irəlidən yuxarı – arxaya, sol qolu isə 
aşağıdan arxaya aparmalı. Dərin nəfəs almalı; 3-4 sayda qolları çıxış vəziyyətinə qaytarmalı. Dərin nəfəs 
verilməli. Həmin hərəkəti sol qolu irəlidən yuxarı-arxaya aparmaqla da icra etmək olar. Tənəffüs 
müntəzəmdir. 
              III. Ç.v. – ayaqlar bir yerdə, qollar irəlidə – çiyin bərabərində aralı ( ovuclar aşağı baxır). 1 sayda 
sol ayağı yellədərək sağ  ələ toxundurmalı; 2 sayda çıxış  vəziyyətinə qaytarmalı; 3 sayda sağ ayağı 
yellədərək  sol ələ toxundurmalı; 4 sayda çıxış  vəziyyətinə qayıtmalı. Ayaqlar əllərə çatdırılarkən 
gövdənin  əyməməli, qıç isə dizdən bükülməməlidir.  Əl və ayaqlar bir-birinə toxunan zaman nəfəsi 
verməli, çıxış vəziyyətinə qayıdarkən nəfəs almalı. 
              IV. Ç.v. – ayaqlar çiyin bərabərində aralı, qollar yanda (ovuclar aşağı baxır). 1-2 sayda əlləri sağ 
ayağa toxundurmalı (yayvarı); 3-4 sayda çıxış  vəziyyətinə qayıtmalı. Hərəkəti,  əlləri sağ ayağa 
çatdırmaqla təkrar etməli.  Əyilərkən nəfəsi buraxmalı, çıxış  vəziyyətinə qayıdarkən nəfəs almalı.  Əllər 
ayağa toxundurularkən qıçları dizdən bükməməli. 
              V. Ç.v. – dayaqlı çöməlmə. 1 -2 sayda əlləri irəlidə döşəməyə qoymaqla əl və ayaqlar dayaqlı 
vəziyyət almalı; 3-4 sayda çıxış vəziyyətinə qayıtmalı. 
              VI.  Ç.v.  -    Başı sağa və sola döndərməklə yeriş. 1 sayda başı sağa döndərməli, 2 sayda çıxış 
vəziyyəti, fasilə (təxminən 1 – 2 sayda), 3 sayda başı sola döndərməli, 4 sayda çıxış  vəziyyəti, fasilə, 
hərəkət 3 – 4 dəqiqə təkrar olunur. 


 137
              Müəllim I – IV siniflərdə ümuminkişaf hərəkətlərini öyrətməzdən  əvvəl onun adını, həcmini, 
neçə  dəfə  təkrar edilməsini  şagirdlərə çatdıfrmalıdır. Bu, şagirdlərin hərəkətləri böyük həvəslə yerinə 
yetirməsinə  səbəb olur. Məsələn,  əllər belldə irəli və arxaya əyilmək – 5 dəfə, dizləri bükmədən  əlləri 
döşəməyə çatdırıb çıxış vəziyyətinə qayıtmaq – 6 dəfə, qolların qabağa və dala dairəvi hərəkəti – 4 dəfə, 4 
dəfə də əksinə; ovuclar bir-birinə baxmaaqla, əllər baş üzərində olmaqla yarımçöməlib qalxma – 3 dəfə; 
əllər beldə, belin sağdan sola və əksinə dairəvi hərəkəti  - 2 dəfə sağa, 3 dəfə sola; arxasıüstə uzanmadan 
çöməlmə  vəziyyətinə qayıtmaq – 5 dəfə, arxası üstə uzanmadan qolları yuxarı qaldırmaq və  əvvəlki 
vəziyyətə gətirmək – 4 dəfə; əllər boyun arxasında, ayaqlar çarpaz vəziyyətdə qalxmaq, ilkin vəziyyətə 
qayıtmaq və s. 
              Ümuminkişaf hərəkətlərin müxtəlif  əşyalarla, məsələn, iplərlə, kiçik və böyük doldurulmuş 
toplarla, qum doldurulmuş kisəciklərlə yerinə yetirmək olar. Belə hərəkətlərə ipi ayaq altından fırlatmaqla 
(8 dəfə) hoppanma, fasilə verdikdən sonra yenidən 8 dəfə hoppanma, topu 6-8 dəfə yuxarı atıb – tutma, 
topu yuxarı atıb tullanıb onu tutma (5-6), topu yerində və hərəkət zamanı çiləmə və s. hərəkətlər aiddir. 
              Bütün  hərəkətlər müəllimlərin siqnalı, yaxud işarəsi ilə müvafiq templə yerinə yetirilməlidir. 
Tapşırıqdan sonra uşaqlar əsas duruş vəziyyətini almalı, sonra qollarını yuxarı qaldırmalı və əksinə aşağı 
salmalıdır.  Əşyalı  və  əşyasız hərəkətlərin yuxarıda göstərilən formada icrası müəllimin  şagirdlərin 
nöqsanlarını yaxşı görməsinə və onların aradan qaldırılmasına imkan yaradır. 
              Tapşırıq səciyyəli oyunlar. Bədən tərbiyəsi dərslərinin hazırlıq hissəsində müxtəlif məzmunlu, 
sadə  və  cəlbedici oyunların keçilməsi  şagirdlərin hərəki fəaliyyətinin artmasına, dərsin intensivliyinin 
yüksəlməsinə zəmin yaradır. Lakin müşahidələr göstərir ki, bir sıra müəllimlər oyunları məqsədəuyğun 
seçmirlər ki, bu da ibtidai siniflərin bədən tərbiyəsi dərslərinin tədrisinə öz mənfi təsirini göstərməyə 
bilməz. Dərsin hazırlıq hissəsi üçün oyunlar seçərkən müəllim 3 cəhətə daha diqqət yetirməlidir: 
1.
 
Oyunlar tədris mahiyyəti daşımalıdır; 
2.
 
Oyunlar uşaqların mənəviyyətana və əxlaqına tərbiyəedici təsir göstərməlidir. 
3.
 
Oyunlar orqanizmi psixoloji və fiziki baxımdan növbəti tədris fəaliyyətinə hazırlamalıdır. 
              Oyunlar keçirilərkən müəllim onların praktik əhəmiyyəti haqqında şagirdlərə nəzəri məlumatlar 
verməklə yanaşı, şagirdləri nizam-intizama, oyun qaydadarına dəqiq əməl etməsinə çalışmalıdır. Məqsədə 
nail olmaq üçün oyunun qaydadarı aydın dildə izah edilməlidir. Bu prosesdə  əyaniləşqdirməyə – əyani 
təlimə geniş yer vermək lazımdır.  Əyaniləşdirmə bir tərəfdən tərbiyəvi  əhəmiyyət daşıyırsa, digər 
tərəfdən tədris fəaliyyətinin müvəffəqiyyətlə keçirilməsi üçün zəruridir. 
              Bakının Yasamal rayonundakı 173 saylı məktəbin sinif müəlimi Svetlana Məmmədova hazırlıq 
hissədə «Diqqətli olun» oyununu keçərkən oyunu şagirlərə  aşağıdakı kimi başa saldı: «Mən indi 
meydançanın hər hansı bir hissəsinə tərəf gedəcəyəm. Siz isə icazəm olmadan, yerinizdən tərpənmədən 
məni diqqətlə müşahidə edin. Elə ki, dayanıb geriyə, sizə tərəf   döndüm, onda dağınıq halda mənə tərəf 
qaçın. Qaçan zaman bir-birinin qababğına keçməyin, yoldaşı itələməyin. İki addım məndən aralıda rahat 
vəziyyətdə dayanıb verəcəyim tapşırıqlara diqqətlə qulaq asın. Burada əsas məqsəd məsafəyə tez çatmaq 
deyil, hərəkəti nizam-intizamla düzgün yerinə yetirməkdir».  Bundan sonra müəllim işarə, yaxud siqnal 
verir, şagirdlər ona tərəf qaçırlar. 
              Bu  oyunda  əgər  şagirdlər müəllimin işarəsindən  əvvəl qaçmışlarsa, yaxud deyilən məsafədə 
durmamışlarsa, intizamı pozmuş və məsafə saxlamamışlarsa, hərəkət yenidən təkrar olunur. 
              Müşahidələrdən aydın olur ki, həmin oyun ilk dəfə keçirilərkən uşaqlar qayda-qanunlara lazımi 
səviyyədə riayət edə bilmirlər. Oyunun qaydaları tez-tez pozulur, şagirdlər sürətlə qaçır və düzgün 
düzülmürlər. Bunlar isə  tədris prosesində  zəruri  şərtdir. Odur ki, müəllim  şagirdlərə  fərdi yanaşmalı, 
buraxılmış nöqsanları aradan qaldırmaq üçün onlara kömək göstərməlidir. O, həm də yeri gəldikcə bu 
hərəkətlərin məktəbdə  və ictimai həyatdakı rolunu (kollektiv şəkildə müəllimə müraciət etməkdə, 
yeməkxanada əlverişli hərəkət etməklə, paltar asılan yerlərdə, kino-teatrlarda müvafiq yer seçməkdə və 
s.) izah etməlidir. 
              «Diqqətli olun» oyununu bir çox variantlarda aparmaq olar. Oyun komandalarla da yerinə 
yetirilə bilər. Məsələn, «Mənə  tərəf addımla marş!» (qaçaraq, tullanaraq), «Yerində addımla marş!» 
(qaçaraq, tullanaraq). Belə oyunlar keçirilərkən kiçik məktəbyaşlı  uşaqların düzgün qaçmasına, 
tullanmasına və qamətini  şux tutmasına mühüm əhəmiyyət vermək lazımdır. Bütün bunlar şagirdlərin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə