Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   145

 134
              Qaçış. Qaçış,  əsas təbii hərəkətlərdəndir. Qaçış addımları yüngül, çevik və sürətlə atılmaqla 
yanaşı, həm də, bərabər ölçüdə  və tempdə olmalıdır. Dərsin hazırlıq hissəsində  də qaçış elementlərini 
öyrətmək mümkündür. Məsələn, bunun üçün 8-10 paralel xətt çəkməli və şagirdlərə öyrətmək lazımdır ki, 
onlar ayaqları növbələşdirərək bu və ya digər  xətti üzərinə qoyaraq qaçsınlar. Qaçış vaxtı pəncə-daban və 
dizlər yuxarı qaldırılmalı, bədən  şux tutulmalı, tənəffüsün müntəzəmliyi  əsas diqqət mərkəzində 
olmalıdır. 
              Hoppanmalar. Hoppanmaların dərsin hazırlıq hissəsində icra etdirilməsi  şagirdlərin hərəkət 
fəaliyyətini və idrak fəallığını artırmaqla yanaşı, eyni zamanda kiçik məktəbyabşlı  uşaqların marağına 
səbəb olur, onların əsas hissədə eyni adlı hərəkətlərin yerinə yetirilməsinə hazırlayır. Məhz buna görə də, 
hazırlıq hissədə müxtəlif növ hoppanmalara geniş yer verilməli, onlar ritmlə, sürətlə və xüsusi cəldliklə 
yerinə yetirilməlidir.  Bütün bunlar həmin hərəkətlərin gözəlliyini, estetik imkanlarını daha da artırır. 
Hoppanmaları hazırlıq hissədə  əşyasız, həmçinin  əşyalarla (qısa iplərlə, toplarla və s.) icra etmək olar. 
İbtidai siniflərdə hoppanmaqla 45 
o
, 90 
o
, 180 

dönmə hərəkətlərini də öyrətmək məsləhətdir. 
              Ümuminkişaf hərəkətləri.  Bədən tərbiyəsi dərslərinin hazırlıq hissəsində ümuminkişaf 
hərəkətləri yerinə yetirilir.  Həmin hərəkətlər ayrı-ayrı əzələ qruplarına təsir edir və oqranizmi qarşıdakı 
tədris yükünə hazırlayır. Lakin belə  hərəkətlərin icrasına bəzən çox vaxt sərf etmək lazım gəlsə  də, 
hazırlıq hissə üçün ümuminkişaf hərəkətlərini seçib tərtib edərkən diqqətli olmaq lazımdır. Təcrübə 
göstərir ki, planlaşdırma nəinki  əsas tədris materialları üzrə, həm də ümuminkişaf, xüsusi və hazırlıq 
hərəkətləri üzrə  də aparılmalıdır. Dərsin hazırlıq hissəsində, qabaqcadan müəyyənləşdirilmiş plan 
əsasında, il boyu, müntəzəm və ardıcıl keçirilən ümuminkişaf hazırlıq və xüsusi hərəkətlər  şagirdlərin 
fiziki təhsilində mühüm rol oynayır. Bu, öyrənilmiş hərəkətlərin təkrar olunması, qazanılmış bacarıq və 
vərdişlərin qorunub saxlanılmasını, fiziki hərəkət keyfiyyətlərinin müntəzəm inkişaf etdirilməsini təmin 
edir. 
              Məlumdur ki, tədris planı  əsasında illik qrafik və yarımillik plan tutulur, dərslər seriyalara 
bölünür, ümuminkişaf hərəkət kompleksləri həmin yarımillik dərs materiallarına uyğun olaraq 
müəyyənləşdirilir.Hərəkət kompleksləri tərtib olunarkən 5 mühüm metodiki-psixoloji cəhəti nəzərə almaq 
lazımdır.  
              1.  Hərəkət kompleksi dərsin qarşısında qoyulmuş  vəzifələrin yerinə yetirilməsinə 
yönəldilməlidir. Məsələn, dərsdə şagirdlərin cəldliyini, çevikliyini artırmaq, elastikliyini inkişaf etdirmək 
və yaxud onlarda tullanma (hündürlüyə) vərdişləri aşılamaq əsas vəzifə kimi qarşıya qoyularsa, bu zaman 
ümuminkişaf hərəkət kompleksinin tərkibinə  cəldlik, çeviklik, elastiklik və hoppanma elementləri olan 
hərəkətlər daxil etmək lazımdır. Bütün bunlar isə birbaşa və ya dolayı yolla qarşıda duran vəzifələrin 
yerinə yetirilməsinə kömək edir. Lakin bu vaxt hər bir hərəkətin neçə  dəfə  təkrar olunması tempinə, 
tənəffüsün müntəzəmliyinə, ardıcıllığına xüsusi diqqət verilməlidir. 
              2. Hərəkət kopleksi planlaşdırılarkən məktəbin idman bazası mütləq nəzərə alınmalıdır. Təəssüf 
ki, bəzi məktəblərdə ümuminkişaf hərəkətləri məktəbin ləvazimat və avadanlıqları  nəzərə alınmadan, 
formal şəkildə tərtib olunur. Bu da nəticə etibarı ilə həmin materialın keçirilməməsinə səbəb olur. Əgər 
məktəbdə idman meydançası, gimnastika ağacları, tir, qumla doldurulmuş kisəciklər, müxtəlif rəngli 
bayraqcıqlar, hündürlüyə tullanma dayaqları  və s. yoxdursa, onda sinif müəllimi bunları yuxarı sinif 
şagirdlərinin köməyi ilə, əmək təlimi emalatxanasında düzəltdirməlidir. 
              3.  Ümuminkişaf hərəkət kompleksləri yerli iqlim şəraiti nəzərə alınmaqla tərtib olunmalıdır. 
Sentyabr, oktyabr, noyabr,  aprel, may aylarında təxminən sürəti, cəldliyi və dözümlülüyü  inkişaf etdirən, 
dekabr, yanvar, fevral, mart aylarında isə güc və qüvvə  tələb edən hərəkət kompleksləri seçilməlidir. 
Çünki isti aylarda orqanizm güc, qüvvə tələb edən hərəkətləri yerinə yetirmək qabiliyyətinə o qədər hazır 
olmur. Bu zaman əzələ boşalır, onun qüvvəsi, işgörmə qabiliyyəti aşağı düşür. Soyuq havada isə əksinə, 
yəni əzələ daha möhkəm olur, onun qüvvəsi xeyli artaraq güc tələb edən hərəkətlərə qarşı daha davamlı 
olur. 
              4.  Hərəkət kompleksləri konsentrik olaraq tərtib edilməlidir. Yəni müəyyən bir əzələ qrupunu 
inkişaf etdirmək üçün verilən kompleks hərəkətlər unudulmamalı, bir müddət keçdikdən sonra yenə  də 
təkrar olunmalıdır. Yaxud, hərəkət kompleksləri elə seçilməlidir ki, o növbə ilə orqanizmin bütün 
hissələrinə təsir etmiş olsun. 


 135
              5. Ümuminkişaf hərəkət kompleksləri yarımildə təxminən 3-4 dəfə dəyişdirilməli və bu zaman 
şagirdlərin fiziki hazırlığı nəzərə alınmalıdır. 
              Fiziki  hərəkət komplkksləri tərtib olunarkən sinif müəllimi baş  bədən tərbiyəsi müəllimi və 
məktəb həkimi ilə  məsləhətləşməlidir. Hərəkətlərin orqanizmə  təsir qüvvəsi (dozası) təxminən də olsa 
müəyyənləşdirilməlidir. Hərəkətlər uşaqları yormamalı, həyəcanlandırmamalı, tənəffüs orqanlarına və 
sistemlərinə yumşaq təsir göstərməlidir. 
              Fiziki hərəkətlər yerinə yetirilərkən fiziki yük tədricən artırılmalı, sonra isə azaldılmalıdır. Tədris 
ilində  uşaqlara verilən fiziki yük hərəkət komplekslərinin mürəkkəbləşdirilməsi və intensivləşdirilməsi 
hesabına artırılmalıdır.  Şagirdlərin hərəkətləri daha yaxşı icra etməsi məqsədi ilə  dərs keçilən yerdə 
plakatlar, sxemlər və illüstrativ şəkillər asmaq lazımdır. 
              Müşahidələr göstərir ki, bəzi məktəblərdə ibtidai sinif şagirdlərinin diqqəti ümuminkişaf hərəkət 
kompleksinin 2-ci və  ya 3-cü hərəkətindən sonra yayınır, onu icra etməyə həvəs azalır, uşaqlar hərəkəti 
inamla yerinə yetirmir, bir çox səhvlər buraxırlar. Bu isə şagirdlərin işgörmə qabiliyyətini aşağı salır. Bəzi 
məktəblərdə isə  həmin hərəkətləri  şagirdlər axıra kimi böyük həvəslə, inamla, səlis yerinə yetirirlər. 
Həmin şagirdlərin iş qabiliyyəti və fəallığı daha da yüksəlir. Çünki müəllim, dərs prosesində elə metodiki 
priyomlardan istifadə edir ki, onlar ümuminkişaf hərəkətlərinin axıra kimi fəal yerinə yetirilməsinə səbəb 
olur. Bu isə müxtəlif növ fiziki hərəkətlərin öyrədilməsinə imkan verir. 
              Ümuminkişaf  hərəkətlərinin böyük fəallıqla yerinə yetirilməsində, ilk növbədə, görmə, eşitmə, 
duyğu orqanlarının, habelə  hərəkət-əzələ hisslərinin inkişaf etdirilməsində  şagirdlərə öz hərəkətlərini 
idarə etmələrini öyrətmək xüsusi ilə vacibdir. 
              Məlum olduğu kimi, şagirdlər müxtəlif səs siqnallarının verilməsi ilə ümuminkişaf hərəkətlərini 
daha yaxşı icra edirlər. Buna görə  də  əl çalmaqla, fitlə, kollektiv şəkildə saymaqla hərəkətləri icra 
etdirmək məqsədəuyğundur. Bu zaman hərəkət xarakterinə uyğun olaraq yavaş, orta və sürətli templə 
yerinə yetirilməlidir. 
              Ümuminkişaf hərəkətlərinin yarış elementləri formasında icra etdirilməsi tədrisin səmərəliliyini 
yüksəldir. Yarış formasında yerinə yetirilən hərəkətlər müxtəlif siqnallarla, qolu qaldırmaqla, fit 
verməklə, əl çalmaqla icra olunmalıdır. Yarış hərəkətlərinin düzgün yerinə yetirilməsi, sürət, çeviklik və 
davamlılıq keyfiyyətinin inkişafına, şagirdlərin mənəvi tərbiyəsinə və onların intizamlı olmasına müsbət 
təsir edir. 
              Bakının Yasamal rayonundakı 158 saylı  məktəbin müəllimi Rəna Quliyeva yeri gəldikcə 
hərəkətlərin yarış formasını da öyrədir. Məsələn, kim döşəməyə üzüquylu uzanmış  vəziyyətdən  əllərin 
köməyi ilə, dizləri bükmədən tez qalxa bilər? Kim qıçlar irəlidə düz olmaqla, oturma vəziyyətindən əllər 
boynun arxasında daha sürətlə qalxa bilər? və s. Oyunda sürətlilik, çeviklik və  hərəkəti səlis yerinə 
yetirənlər qalib hesab edilirlər. İndii də ibtidai siniflərdə tətbiq olunan hərəkət komplekslərinə aid nümunə 
verək: 
 
                                          I  S İ N İ F 
                           Başa kisəcik qoymaqla hərəkətlər     
                        I. Ç.v. – əsas duruş, əllər beldə, kisəcik başda. 1-2 sayda dirsəklər yaxınlaşdırılmaqla (döş 
qəfəsi bir qədər irəli çıxır), pəncələr üzərinə qalxmalı; 3-4 sayda çıxış vəziyyətinə qayıtmalı. Hərəkət 3-4 
dəfə təkrar olunur. 
              II. Ç.v.- əsas duruş, qollar yanlarda, kisəcik sağ əldə. 1-2 sayda qıçı dizdən büküb qaldırmalı, əllə 
dabana çatdırmaqla kisəciyi sol ələ ötürməli, 3-4 sayda çıxış  vəziyyətinə qayıtmalı, hərəkəti sol qıçı 
qaldırmaqla da yerinə yetirmək lazımdır. Hərəkət 4-5 dəfə təkrar edilir. 
              III. Ç.v. – ayaqlar çiyin bərabərində aralı, əllər aşağıda – Budda, kisəcik başda. 1-2 sayda sağa 
dönməklə qolları yana qaldırmalı; 3-4 sayda çıxış vəziyyətinə qayıtmalı. Hərəkət 3-4 dəfə təkrar olunur. 
              IV. Ç.v. – ayaqlar çiyin bərabərində aralı olmaqla çöməlməli, kisəcik döşəmədə. 1 sayda sol qıçı 
düzəldib kisəciyi barmaqlarla tutub qaldırmalı. 2 sayda kisəciyi  əvvəlki yerinə qoyub çıxış  vəziyyətinə 
qayıtmalı. Hərəkət sağ qıçla da yerinə yetirilməlidir. 
              V. Ç.v. – əsas duruş, qollar qabaqda, kisəcik başda. 1 sayda sol ayağı arxaya aparıb pəncə üstə 
qoymalı; 2 sayda çıxış vəziyyətinə qayıtmalı; 3-4 sayda hərəkəti sağ ayaqla təkrar etməli. 
              Hərəkət hər ayaqla 4 - 5  dəfə təkrar olunur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə