Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   145

 126
              III.  Ç.v.  –  dizlər üstə oturub, topu əllərdə yuxarıda baş üzərində saxlamalı. 1-2 sayda gövdəni 
döndərməklə, topu sağ ayağının dabanına toxundurmalı, nəfəsi buraxmalı. 3-4 sayda çıxış  vəziyyətinə 
qayıtmaqla nəfəs almalı. Hərəkəti digər tərəfdə də etmək olar.  
              IV.  Ç.v.  –  arxası üstə uzanıb topu pəncələr arasında saxlamalı. 1 sayda  dizləri bükərək döşə 
yaxınlaşdırmalı. 2 sayda çıxış vəziyyətinə qayıtmalı. Tənəffüs müntəzəmdir. 
              V. Ç.v.- top əllərdə – qabaqda, qollar çiyin səviyyəsində.  Topu döşəməyə buraxmalı. Döşəməyə 
dəyib sıçrayan topu yarım çömələrək tutmalı. Topu şaquli döşəməyə buraxmalı. Tənəffüs müntəzəmdir. 
              VI.  Ç.v.  –  ayaqlar  aralı, top irəlidə – döşəmədə, 1 sayda irəli  əyilərək topu götürməli, nəfəsi 
buraxmalı, 2 sayda gövdəni düz tutub əyilməli, 3 sayda qolları aşağı salıb topu döşəməyə qoymalı. 3 – 4 
sayda düzəlməli, nəfəs almalı. 2 sayda gövdə üfüqi vəziyyətdə olur, başı düz saxlamalı, topa baxmaqla 
qıçları bükməli. 
              VII. Ç.v. – bir ayaq üzərində dayanmaqla digər ayağın topun üstünə qoymalı. Hoppanaraq topu 
bir ayaqdan digər ayağa tərəf diyirlətməli. 
 
                                     II. Əsas hissə – 30 dəq. 
1.
 
Kiçik topu atmaq. Böyük toplarla hərəkətlərdən sonra müəllim sinfi  
bir cərgəyə düzüb, kiçik topun atılma texnikasını göstərir. O. hərəkət texnikasına aid belə izahat verir: 
hərəkəti sağ  əllə icra etmək üçün sağ ayaq arxada – pəncə üstə, top isə ovucun içərisində olur. Qol 
dirsəkdən bükülməli, Bilək və top üz səviyyəsində saxlanmalıdır. Ağırlığı sağ ayaq üzərinə salmağa və 
daha çox əyilməyə çalışmalı. Bu zaman qol dirsəkdən tam açılaraq arxaya aparılır, əl sürətlə irəli gedir və 
top sürətlə atılır. Top atılarkən qollarla birlikdə çiyin də irəli gedir, ağırlıq əsasən sol ayaq üzərinə düşür. 
Müəllim hərəkətin icra qaydasını  şagirdlərə izah etdikdən və göstərdikdən sonra sinfi iki qrupa bölür. 
Qruplar üz-üzə dayanır (10-15 m məsafəyədək) və topu bir-birinə atırlar. 
              2.  «Kim  çəkər» oyunu. Müəllim meydançanın ortasında diametri təxminən 3-4 m olan dairə 
çəkir.  Şagirdləri iki yarımqrupa bölür. Püşk nəticəsində yarımqrupun biri dairənin içərisində, digəri isə 
kənarında, qarşı-qarşıya durur. Sonra oyunçular əl-ələ tuturlar, hər kəs rəqibini özünə  tərəf çəkməyə 
başlayır. Dairəyə çəkilib salınmış, yaxud da dairədən çıxarılmış oyunçular hər oyun başlanılarkən sayılır. 
Beləliklə, 4-5 dəfə keçirilən bu oyunda hər dəfə çox oyunçueu özünə  çəkmiş komanda 1 xal qazanır. 
Oyunda bir-birini itələmək olmaz, artıq hərəkətlər etməyə icazə verilmir. 
                                
III. Tamamlayıcı hissə – 5 dəq. 
              1.  Bir  sıraya düzülmə.  «Kim çəkər» oyunundan sonra şagirdlər sıraya düzülüb və 
meydançaətrafı tənəffüs hərəkətləri icra edirlər. 
              2. «Öz bayrağına doğru» oyunu. Oyun müəllimin «Dağılın!» komandası ilə başlanır. Müəllim 
«Dağılın!» komandası verdikdə kapitanlardan başqa bütün şagirdlər meydançada istədikləri hərəkəti icra 
edirlər. «Dur!» komandasında isə gözlərini yummaqla gözəl və  cəlbedici hərəkətlər – fiqurlar yerinə 
yetirirlər. Nəhayət, «Öz bayrağına doğru!» komandasında oyunçular gözlrini açır və kapitanların yanına 
qaçırlar.  Əl-ələ tutub rəqs hərəkətləri edirlər. Hərəkətləri düzgün və tez yerinə yetirən komanda qalib 
hesab olunur. Oyunu bir neçə dəfə keçirmək olar. 
              3.  Dərsə yekun vurmaq. Müəllimin işarə  və siqnalı üzrə  bəzən oyunlar dayandırılır,  şagirdlər 
rəğbətləndirilir, qiymətləndirilir və ya tapşırıqlar icra olunur. Bundan sonra şagirdlər sıraya düzülür, 
soyunub-geyinmə otağına, oradan da nizamla sinfə aparılır. 
 
                             


 127
IV.3. Bədən tərbiyəsi dərsinin quruluşu, 
hissələri və təşkili formaları 
 
3.1.
 
Dərsin quruluşu. 
 Dərsin quruluşu dedikdə, qarşıya qoyulmuş  vəzifələrin (gigiyenik, təlim-tərbiyəvi) dərsin ayrı-ayrı 
hissələrində ardıcıl və sistemlə yerinə yetirilməsi nəzərdə tutulur. Başqa sözlə desək, dərsin quruluşu 
şagirdlərdə gigiyenik vərdişlərin və tərbiyənin aşılanmasının, idrak fəaliyyəti və fiziki iş qabiliyyətlərinin 
artırılması üçün qruplaşdırılmış məqsədyönlü fiziki hərəkətlərin sistem və ardıcıllıqla icrası, mütəhərrik 
oyunların öyrədilməsi kimi başa düşülür. 
              Ümumiyyətlə, dərsin quruluşu dərsin tipinə, onun məzmununa və əsas didaktik məqsədinə uyğun 
müəyyənləşdirilir. Pedaqoji ədəbiyyatda «dərsin quruluşu» anlayışına «üç əlamət»  tərkib (dərs hansı 
elementlərdən, yaxud mərhələlərdən təşkil olunub); ardıcıllıq (bu elementlər hansı ardıcıllıqla 
məşğələlərə daxil edilir); əlaqə (dərsin hissələri öz aralarında bir-birləri ilə necə əlaqəlidir)
117
 daxil edilir. 
Dərsin didaktik vəzifəni həll edən mərhələsinin, təkrar və  fəallaşdırıcı  mərhələləri də vardır.  Bədən 
tərbiyəsi dərsinin də quruluşuna məxsus üç əlamət vardır: 
                                      
Dərsin quruluşu: 
              1)  dərs fiziki hərəkətlərin təsnifat sisteminə uyğunlaşdırılmalıdır (tərkib-dərs hansı fiziki 
elementlərdən ibarətdir); 2) fizioloji yük əyriliyinin tədricən artmasına uyğunlaşdırılmalıdır (fiziki yük 
mərhələlər üzrə dozalaşdırılmalı); 3) mərhələlər arasında sıx əlaqə olmalıdır (yəni bir mərhələdə keçirilən 
fiziki hərəkətlər digər mərhələyə xidmət etməlidir). 
            Bədən tərbiyəsi dərsləri ayrı-ayrı ölkələrdə, müəyyən dövrlərdə müxtəlif quruluşda təşkil 
olunmuşdur. Dərsin sxemi alman (A.Şpisə görə) və sokol gimnastika sistemində 5, isveç sistemində isə 9-
dan 15 hissəyə kimi olmuşdur. Xristian gənclər ittifaqının dərs sxemi 3, İngiltərə  məktəbliləri üçün 
basketbol üzrə dərs sxemi (R.M.Smitə görə) 2, İngiltərə məktəblərinin dərs sxemi     
M.D.Devisə görə) 7, fransız gimnastika sistemində dərs sxemi (Demeni və Everə görə) 7, ABŞ metodisti 
V.Krempitona görə dərs sxemi 6 hissədən ibarət qurulmuşdur. 
 ( Sovet hakimiyyətinin ilk illərində  bədən tərbiyəsi dərsləri I dərəcəli məktəblərdə 6, II dərəcəli 
məktəblərdə isə gimnastika dərsinin planı 8 mərhələdə (standart formada) aparılırdı. Ümumtəhsil 
məktəblərində bədən tərbiyə dərsləri sonralar 4 (giriş, hazırlıq, əsas və tamamlayıcı) hissədə keçirilmişdir.  
Həmin dərs sxemini K.X.Qrant, M.V.Deykina, N.İ.Paşkeyeviç və L.D.Ştakelberq vermişlər 
118

              Hazırda məktəblərimizdə  bədən tərbiyəsi dərsləri 4 deyil, 3 hissədən (hazırlıq,  əsas və 
tamamlayıcı) təşkil edilir. Dərsin üç hissəli keçirilməsində ilk dəfə V.N.Koronovski, A.N.Şlemin, 
V.V.Kovolyev, P.Q.Boqdanov, M.A.Aqronomski və b. öz əsərlərində  şərh etmişlər. Dərsin üç hissəli 
keçirilməsi 9 hərəkət elementlərinin funksiyası ilə  əlaqədar olaraq dərs aşağıdakı ardıcıllıqla 
aparılmalıdır: 1) məşğələnin təşkili; 2) ümumi hazırlıq; 3) xüsusi hazırlıq; 4) texnika və  dəqiqlik üçün 
hərəkətlər; 5) sürət hərəkətləri; 6) cəldlik hərəkətləri; 7) qüvvə  və çeviklik hərəkətləri; 8) dözümlülük 
hərəkətləri; 9) dərsin yekunlaşdırılması  və intensivliyinin aşağı s alınması. Birinci, ikinci və üçüncü 
elementlər dərsin birinci hissəsini – hazırlıq hissəni, dördüncü, beşinci, altıncı, yeddinci, səkkizinci 
elementlər ikinci hissəni – əsas hissəni,  doqquzuncu elementlər isə dərsin üçüncü hissəsini tamamlayıcı 
hissəni təşkil edir. 
                                                
                        Bədən tərbiyəsi dərsinin təxmini quruluşu 
 
 

 
II 
 
III 
 Hazırlıq  
Ə     S     A     S 
Tamamlayıcı 
1 2  3  4 5 6  7 


                                                 
117
 
В.А.Онишшук. Типы, структура и методика урока в школе. Киев, 1976, с.52. 
 
118
 Бах: Методика физического воспитанийа. М., 1940 ъы ил. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə