Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   145

 124
ləvazimat və avadanlıqların yerləşdirilməsi və əvvəlki yerinə qaytarılması üzrə təşkilatçılıq qabiliyyətinə
onların yerləşdirilməsinə, qorunub saxlanılması üzrə bilik və bacarıqlara yiyələnirlər; 3) ləvazimat və 
avadanlıqlara qayğı göstərərək, onun dövlət əmlakı kimi ictimai mahiyyətini dərk edirlər; 4) şagirdlərdə 
yüksək intizamlılıq, tapşırılmış işi kollektiv surətdə yerinə yetirmə keyfiyyətləri inkişaf edir, dostluq və 
yoldaşlıq hissləri aşılanır. 
              Ləvazimat və avadanlıqların tapşırıq üzrə yerləşdirilməsində, yığışdırılıb  əvvəlki yerinə 
qoyulmasında təkcə kollektiv üsulu ilə deyil, habelə  təkbaşına  şagirdlərdən də istifadə edilməlidir. 
Məsələn, top, ip, halqa və kisəciklərin meydançaya gətirilməsi, əvvəlki yerinə daşınması və s. işin fərdi 
yolla təşkili şagirdlərin məsuliyyətini və şüurluluğunu artırır. 
              Bir  qrup  şagirdlər var ki, onların fərdi və kollektiv tapşırıq yolu ilə  fəallaşdırılmasına böyük 
ehtiyac duyulur. Bəzi  şagirdlər hər dəfə müəllimdən tapşırıq almağa səy göstərir və onu yerinə 
yetirməkdən zövq alır, fərəhlənirlər. Tapşırıqlar şagirdlərin tərbiyəsində və tədrisin təşkilində xüsusi rol 
oynadığı üçün, müəllim onu bütün şagirdlərə verməli və nəticəni yoxlayıb yekunlaşdırmalıdır. 
 
2.6.
 
Dərsin planlaşdırılması 
              Bədən tərbiyəsi dərslərinin səmərəli təşkili, keçirilməsi, onun düdzgün planlaşdırılmasında 
dərsəqədər təşkilati və hazırlıq işlərindən asılıdır. Buna görə  də  həmin məsələlərin bəzi cəhətlərini 
metodiki baxımdan qısa və konkret faktlarla izləməyi məsləhət bilirik. 
              Bakı  şəhər məktəblərində  tədrisin səmərəli təşkil olunması yollarını öyrənmək məqsədilə 
müşahidələr apardıq, tədris sənədləri ilə tanış olduq və müəllimlərlə sorğu keçirdik. Müəllimlərdən əsas 
hissənin, hazırlıq və tamamlayıcı hissəsinin səmərəli təşkilində hansı  şərtləri  əsas götürürsünüz 
soruşulurdu. 
              Müəllim proqram materiallarını planlaşdırarkən dərs deyəcəyi sinfin bədən tərbiyəsi proqramını 
dərindən öyrənməlidir. Bütün bunlarla yanaşı, tədris rübünün ilin hansı  fəslinə düşməsini, rübün 
müddətini və xüsusiyyətlərini, dərs materiallarının həmin rübün iqlim şəraitində keçirilməsinin mümkün 
olub-olmamasını, idman ləvazimat və avadanlıqlarını və i.a. nəzərə alıb, planlaşdırma işlərini aparmalıdır. 
Həmin planlaşdırmada əgər ehtiyac vardırsa, bəzi dəyişikliklər də aparmaq olar. Bu şərtlə ki, bu barədə 
tədris işləri üzrə direktor müavininə  məlumat verilsin. Planlaşdırma elə aparılmalıdır ki, mövzular 
arasında uzun fasilə olmasın. Ona görə ki, ibtidai sinif şagirdləri hərəkətləri tez öyrəndikləri kimi, onu tez 
də unudurlar. 
 
2.7. Tənəffüs vaxtı şagirdlərin dərsə hazırlaşdırılması 
              İbtidai siniflərdə  bədən tərbiyəsi dərslərinin düzgün təşkili və ona lazımi hazırlıq işi kiçik 
məktəbyaşlı  uşaqların təlim-tərbiyəsində  və  hərtərəfli inkişafında mühüm yer tutur. Bədən tərbiyəsi 
dərsinin spesifik xəsusiyyətlərindən biri də təşkilati işin nəinki həmin prosesdə (45 dəqiqə ərzində), həm 
də dərsə qədər və dərsdən sonra, tənəffüslərdə aparılmasıdır. Müşahidələrdən aydın olur ki, dərsə qədər 
və dərsdən sonra tənəffüs dövründə şagirdlərin növbəti (bədən tərbiyəsi dərsinə və ondan sonrakı dərsə) 
dərsin düzgün təşkil edilməməsi, hər iki dərs zamanı təlim-tərbiyə işlərinin normal keçməsinə mane olur. 
              Bədən tərbiyəsi dərsinə hazırlıq yalnız dərsin hazırlayıcı hissəsində görülən işlərlə 
məhdudlaşdırılmamalıdır.  Hazırlıq işləri dərsdən  əvvəlki tənəffüsdə başlanmalıdır. Tənəffüs dövründə 
kiçik məktəbyaşlı  uşaqların hazırlıq işlərinə başlıca olaraq nizam-intizamla soyunub-geyinmə otağına, 
oradan da      idman zalına (meydançasına) aparılması daxildir. 
              Bir sıra sinif müəllimləri tənəfüs zamanı şagirdlərin dərsə hazırlaşdırılması və təşkil edilməsinə 
kifayət qədər əhəmiyyət vermirlər. Buna görə də, həmin müəllimlər əksər hallarda tənəffüs vaxtı şagirdlər 
arasında baş vermiş bəzi xoşagəlməz (savaşma, intizamı pozmaq, gigiyenik qaydalara riayət etməmək və 
s.) hadisələrlə tez-tez qarşılaşır, şagirdlərin dərsə təşkili və hazırlaşmasında daha gərgin əmək sərf edirlər. 
Bu belə olur: zəng olan kimi şagirdlər başlı-başına buraxılır. Onlar əllərində idman geyimləri soyunub-
geyinmə otağına doğru bir-bir,  iki-iki, üç-üç, dörd-dörd dağınıq vəziyyətdə qaçırlar. Bu zaman dəhlizdə 
səs-küy və toz qalxır,  şagirdlər arasında bir-birini ötüb – keçmək, itələmək, yersiz söz-söhbət, ucadan 
danışmaq halları yaranır. Nəticədə: 
              1. Şagirdlər həyəcanlanır, onlarda mənfi psixoloji vəziyyət yaranır. Bu isə tədris tapşırıqlarının 
lazımi səviyyədə yerinə yetirilməsinə mane olur;  


 125
              2. Şagirdlərin diqqətini cəmləşdirmək və əsas məqsədə yönəltmək xeyli çətinləşir; 
              3. Məktəb qayda-qanunları və əsas hərəkətlərdən azad müşahidəçi şagirdlərin səmərəli istirahəti 
pozulur. 
              Qeyd  etmək lazımdır ki, bədən tərbiyəsi dərslərinə gedən  şagirdlərin hay-küy salması, 
intizamsızlıq etməsi, məktəb tənəffüs qaydalarını pozması nəinki tədris olunan fənnin, hətta digər zehni 
dərsdə iştirak edən şagirdlərin təlim-tərbiyəsinə də öz mənfi təsirini göstərir. Çünki həmin şagirdlər elə 
bir yaş dövrü keçirirlər ki, mənfi hərəkət və xüsusiyyətlər onları özünə daha tez cəlb edir. 
              Göründüyü  kimi,  tənəffüs dövrüdən başlayaraq  şagirdlərin dərsə hazırlaşdırılmasına böyük 
ehtiyac vardır. Bu işə  nədən başlamalı? Binəqədi rayonundakı 99 saylı orta məktəbin sinif müəllimi 
Gülçöhrə Sarıyevanın iş təcrübəsi göstərir ki, şagirdləri müəllim əvvəlcə özü boy üzrə sıraya düzməli, ən 
intizamlı, nüfuzlu və  fəal  şagirdləri sıranın ön və arxa cərgəsinə keçirməli, işarə  və yaxud göstəriş 
verməklə onları  sıra ilə soyunub-geyinmə otağına aparmalıdır.  Şagirdlər geyindikdən və bir qədər 
istirahət etdikdən sonra onları yenə  sıraya düzməli və idman zalına dəvət etməlidir. Uşaqlarda sıraya 
düzülmək bacarığı  və nizam-intizamla geyim otağına, oradan da idman zalına getmək vərdişləri 
aşılandıqdan sonra həmin iş bədən tərbiyəsi təşkilatçıları tərəfindən də yerinə yetirilə bilər. Lakin kiçik 
məktəbyaşlı  şagirdlərdə müstəqillik kifayət qədər inkişaf etmədiyi üçün onlara həddən artıq sərbəstlik 
verilməməli, daima müəllimin rəhbərliyi altında fəaliyyət göstərməlidirlər. 
 
II sinifdə dərs nümunəsi 
III rüb. Dərs № ____ 
 
                                   Dərsin vəzifələri
1.
 
Kiçik topu atmağı öyrətmək; 
2.
 
«Kim çəkər» oyunu. 
              Dərsin keçirildiyi yer: idman meydançası. 
              Təchizat: şagirdlərin sayının yarısı qədər kiçik və böyük toplar. 
 
                                   1. Hazırlıq hissə – 10 dəq. 
 
1.
 
Bir cərgəyə düzülmək. Növbətçi,  şagirdləri sinifdə    iki  sıraya düzüb, məktəbyanı 
meydançaya gətirir və onları meydançada bir cərgəyə düzür
2.
 
Raport. Müəllim bədən tərbiyəsi təşkilatçısından raportu qəbul edir,  
şagirdlərlə salamlaşır və bu prosesdə yaranmış nöqsanları şagirdlərin nəzərinə çatdırır. 
              Müəllim şagirdlərlə salamlaşdıqdan və dərsin təşkili mərhələsi üzrə öz fikrini bildirdikdən sonra 
dərsin vəzifələri və gedişi barədə məlumat verir; 
              3. Dönmələr. Müəllimin komandası ilə şagirdlər sağa, sola, geriyə dönmələri yerinə yetirirlər; 
              4. Yeriş və asta qaçışlar. Müəllimin komandası ilə şagirdlər əvvəlcə meydança ətrafı yeriyir və 
onu asta qaçışla növbələşdirir. Yeriş və qaçışlar bir-biri ilə iki dəfə növbələşdirilir; 
              5. 3-4 sıraya düzülmə. Müəllim  şagirdlərin ümuminkişafetdirici hərəkət kompleksini yerinə 
yetirmələri üçün üç-dörd sıraya düzləndirməlidir. Bunun üçün «Meydançaətrafı marş!» komandasını 
verir,  şagirdlər meydançaətrafı addımlayırlar. Onlar meydançanın üst və yan xəttinin mərkəzinə 
(meydançanın uzunu və eninin yarı olan hissəsinə) çatdıqda müəllim «Sola (sağa), meydançanın 
mərkəzinə doğru üç-üç (dörd-dörd) marş!» komandası verir. Şagirdlər meydançanın mərkəzində üç və ya 
dörd sıraya düzülür, qollar yana olmaqla, qollararası seyrəlirlər (sola, sağa və irəliyə). 
              6.  Böyük  toplarla  hərəkətlər. 1. Ç.v.- top əldə irəlidə, aşağıda. Yerində addımlama. Top döş 
qarşısında yeriş; top yxarıda baş üzərində yeriş; top döş qarşısında və aşağıda yeriş. Hər hərəkəti  2 sayda, 
iki addım atmaqla yerinə yetirməli. Əlləri yuxarı apararkən nəfəsi almalı, aşağı gətirərkən buraxmalı. 
              II. Ç.v. – ayaqlar çiyin bərabərində aralı; top əllərdə aşağıda. 1-3 sayda əyilərək topu sol ayaq 
ətrafında daxildən xaricə fırlatmalı (dairə cızmalı) və nəfəsi verməli. 4 sayda çıxış vəziyyətinə qayıtmalı, 
nəfəs almalı. Topu sağ ayaq ətrafında da fırlatmaq olar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə