Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   145

 140
dözümlülüyünü və gücünü artırmalıdır. Həmin işdə bu gün keçəcəyimiz hərəkətləri daha  
yaxşı 
öyrənmək böyük əhəmiyyətə malikdir». 
              Bundan sonra müəllim hərəkətin adını söyləyir və onu icra etmək qaydalarını uşaqlara göstərir. 
Dərsin axırında isə şagirdlərə akrobatikanın gigiyenik əhəmiyyəti haqqında qısa məlumat verir. 
              İndii də müəllimin başqa bir təcrübəsinə müraciət edək. Müəllim «Bir sırada yeriş, sol ayaqdan 
yeriş, meydança ətrafı (zal) addımlama» (I sinif) mövzuları üzrə  hərəkət texnikasını  şagirdlərə 
öyrətməzdən  əvvəl bu hərəkətin düzgün icra olunmasının xarici gözəlliyə, cəld, gözəl və ritmik yerişə 
yiyələnməkdə nə kimi rol oynadığını konkret və aydın şəkildə şərh edir. Sonra o, şagirdlərin qarşısında 
belə bir maraqlı sual qoyur: Kim deyər, əsgərlər körpüyə çatanda onlara nə üçün belə bir komanda verilir: 
addımlamaq sərbəstdir! Yəni, bu o deməkdir ki, bütün əsgərlər körpüdən keçərkən addımlarını eyni 
vaxtda yerə qoymaya bilərlər. Müəllim  şagirdlərin köməyi ilə sualın cavabını izah edir. Beləliklə, 
şagirdlər öyrənirlər ki, 8-10 sıra ilə ahəngdar nizami yerişlə addımlayan əsgərlər eyni vaxtda ayaqlarını 
körpü üstündə yerə vurursa, bu körpünün uçmasına və ya tezliklə sıradan çıxmasına səbəb ola bilər. Sonra 
müəllim  şagirdlərə «Bir sırada yeriş, sol ayaqla yerişə başlamaq» və s. hərəkətlərə oxşar düzülmə 
elementlərini öyrədir. 
              I – IV siniflərdə böük və kiçik toplarla hərəkətlər, cisim atmaq, sürünmə, müvazinət, dırmaşma, 
aşma, qaçış  və  s.  kimi  tədris materialının praktik vacibliyi mənimsədilməklə yanaşı, onlar həyati 
misallarla da əlaqələndirilməlidir. Hər iki hal bütövlükdə kiçik məktəbyaşlı şagirdlərin hərəkət fəallığını 
artırmaqla yanaşı, həm də onların bilik, bacarıq və  vərdişlərə yiyələnməsinə yaxından kömək edir. 
Məsələn, topu yuxarı atmaq və geriyə dönməkdə tutmaq, topu döş qarşısında bir-birinə atıb-tutmaq və s. 
hərəkət elementləri öyrədilirsə, eyni zamanda şagirdlərin düzgün yer seçməyi, topu yoldaşa necə 
ötürməyi, topu harada və necə  qəbul etməyi, bu vaxt əl, ayaq və  qıçların vəziyyəti qeyd edilməlidir. 
Bundan başqa, ötürülən topun səmtini gözəyarı  təyin etməyə aid şagirdlərə metodik  məsləhətlər 
verilməlidir. Öyrətmə prosesində şagirdlərə aid idman kinofilmlərinin göstərilməsi, yeri gəldikcə kadrları 
dayandırıb izahat vermək, habelə kinofilm materialının yekunlaşdırılması və bu zaman şagirdlərlə sual – 
cavab keçirilməsi hərəkət fəallığının artmasında və əsas hissənin səmərəli təşkilində vacib şərtlərdəndir. 
              Müəllim  əsas hissə üçün vəzifələr müəyyənləşdirərkən onun şagirdlərin  şəxsi marağına səbəb 
olmasını da nəzərdə saxlamalıdır. Məlum olduğu kimi, kiçik məktəbyaşlı uşaqlar bir-birilə bəhsə girməyə, 
yarışmağa, hər hansı bir tapşırıq üzrə qələbə çalmağa can atırlar. Bu cür keyfiyyətlərin yaranmasında və 
inkişafında  əsas hissə materialının yarış formasında keçirilməsi xüsusilə faydalıdır. Tədris prosesində 
keçirilən yarış  əsasən iki istiqamətdə aparıla bilər: 1) hərəkət texnikasının dəqiq və düzgün yerinə 
yetirilməsi; 2) idman göstəricilərinin müəyyənləşdirilməsi )bu uzununa  və hündürlüyə tullanma, qaçış və 
s. üzrə ola bilər). 
              Tədrisin yarış və oyun formasında keçirilməsi şagirdlərin əhval-ruhiyyəsini yaxşılaşdırır, onların 
tədris -  iş qabiliyyətini yüksəldir, tədris fəaliyyətinə dözümlüyünü artırır. 
              Müşahidə olunmuşdur ki, bəzi müəllimlər dərsdə mütəhərrik oyunların düzgün təşkili və 
keçirilməsinə lazımi əhəmiyyət vermirlər. Bəzi oyunlar isə həddən artıq təkrar olunur. Bir çox hallarda 
mütəhərrik oyunlar keçirilərkən nizam-intizam pozulur, şagirdlər arasında narazılıq yaranır. Bütün bunlar 
öz-özlüyündə tədris prosesinin istənilən səviyyədə qurulmasına bu və ya digər dərəcədə mane olur. Oyun 
prosesinin aşağı  səviyyədə keçməsinə 3 pedaqoji amil daha mənfi təsir göstərir: 1) müəllimin nəzəri 
hazırlığının aşağı olması; 2) proqramdakı oyunların məzmununun, onların oynama qaydalarının şagirdlərə 
lazımi səviyyədə çatdırılmaması; 3) oyunun uşaqların yaşına və fiziki inkişafına uyğun seçilməməsi və 
maraqsız keçirilməsidir. 
              Oyunun maraqsız və şagirdlərin yüksək hərəkət fəallığı şəraitində keçilməməsinə zəmin yaradan 
əsas səbəblərdən biri də təlim prosesinin ikitərəfli deyil, birtərəfli aparılması, müəllim və şagird arasında 
qarşılıqlı əlaqənin düzgün təşkil olunmamasıdır. Başqa sözlə desək, şagirdlər oynayır, müəllim isə dərs 
zamanı qeyri-fəal müşahidəçiyə çevrilir. Müəllimin qeyri-fəallığı şəraitində keçən həmin oyun, əslində, 
tərbiyəedici xarakter daşımır, əksinə, şagirdlərin mənəvi tərbiyəsinə mənfi təsir göstərir. Bu isə uşaqların 
kortəbii olaraq yalnız fiziki işlə, yəni fiziki hərəkətlərlə təmin edir. 
              Şübhəsiz ki, dərsdə keçilən oyun şagirdlərin təlim-tərbiyəsinə yönəldilməlidir. Həmin prosesdə 
şagirdlərin fəallaşdırılması, oyuna marağın artırılması ön plana keçməlidir. Oyunların maraqlı  və  fəal 
şəraitdə keçməsində, onun uşaqların yaşına münasibliyi, müxtəlifliyi mühüm şərtdir. Bundan əlavə, hər 


 141
hansı bir mütəhərrik oyun keçərkən, müəllim şagirdlərə oyun qaydalarını gözləməyi, öz komanda yoldaşı 
ilə  əlaqə saxlamağı, bir-birini başa düşməyi, rəqib komandanın üzvləri ilə  fəal mübarizə aparmaq kimi 
bacarıq və vərdişləri aşılamalıdır. Buna görə də müəllim, gimnastika tədris materiallarında olduğu kimi, 
oyun dövründə də iki pedaqoji məsələyə diqqət yetirməlidir. Əvvəla o, oyunun hərəkət texnikası, onun 
qaydaları  və bu qaydaların həyata keçirilməsi üzrə  şagirdlərə  nəzəri məlumatlar verməlidir: oyunun 
orqanizmə təsiri, tərbiyəedici xarakteri,  onun gimnastika hərəkətləri ilə əlaqəliliyi qısa və konkret şəkildə 
şagidlərə izah olunmalıdır. 
              Bütün  bunlardan  sonra  oyuna  başlamalı, onun məzmunu  şagirdlərə öyrədilməlidir. Oyun 
haqqında məlumat vermək, onun keçirilməsi texnikasının öyrədilməsi ilə kifayətlənmək  tədris işinin bir 
cəhətidir. Burada oyunun taktiki variantlarının şagirdlərə çatdırılmasının özü də vacib amildir. Mütəhərrik 
oyunlar zamanı  şagirdlərə söylənilməli taktiki variantlara komandanın özünə başçı seçməsi və hamının 
onu eşitməsi, hər bir oyunçunun gücündən düzgün istifadə edilməsi, hərəkət enerjisinin oyun müddətində 
düzgün bölüşdürülməsi, oyuna başlamaq və müvəffəqiyyətlə finiş etmək, rəqib komandanın qüvvətli və 
zəif cəhətlərini öyrənib hərəkət etmək və s. daxildir. Oyun prosesində dözümlü və təmkinli olmaq tövsiyə 
edilməlidir. Oyun zamanı ibtidai sinif şagirdlərinin fəallığının səmərəli təşkilində  məzmuna münasib 
metodikanın seçilməsi də başlıca rol oynayır. Biz burada şerli-nəğməli oyunların  şer deməklə, avazla 
oxumaqla, musiqinin müşayiətilə keçirilməsini mühüm amil kimi nəzərdə tuturuq. Təəssüf ki, əksər 
müəllimlər oyun prosesində  şagirdlərin fəallığının artırılması  məqsədi ilə qabaqcadan heç bir hazırlıq 
işləri görmürlər. Xüsusilə, şerli oyunların nə sözləri əzbərlənir, nə də avazla oxunmasına səy göstərilir. 
Əlbəttə, oyunun sönük keçməsinə, maraqsız olmasına belə bir vəziyyət mütləq mənfi təsir göstərir.  Buna 
görə  də müəllim  şer səciyyəli oyunların sözlərini  əvvəlcədən uşaqlara öyrətməli və musiqisini 
mənimsətməlidir. 
              Sabunçu  rayonundakı 72 saylı  məktəb-liseyin ibtidai sinif müəllimi Dinar İbişova 
«Kosmonavtlar» oyununu öyrədərkən həmin məsələlərə xüsusi diqqət yetirir. O, «Kosmonavtlar» 
oyunundakı  şeri öyrənmək üçün şagirdlərə ev tapşırığı verir. Uşaqlar növbəti dərsə oyunun sözlərini 
öyrənib  gəlirlər. Oyunun avazzla oxunması  dərsdə  təşkil olunur. Oyun belə başlanır: uşaqlar  əl-ələ 
tutaraq avazla oxuyurlar: 
                    Sürətli raketlər gözləyir bizi 
                    Uçub planetdə gəzməyimizi. 
                    Biz hansını istəsək 
                    Onunla uçarıq. 
                    Oyunda bir sirr var 
                    Gecikənə yoxdur yer. 
        Axırıncı söz deyilib qurtardıqdan sonra uşaqlar tapşırıq üzrə qaçırlar. Oyunun məzmunundan 
məlumdur ki, bütün «raketdromlarda olan dairələrin cəmi  şagirdlərin sayından az olur. Şeri oxuduqdan 
sonra, qaçıb raketdromda olan dairələrin birində özünə yer tuta bilməyən oyunçu uduzmuş hesab olunur. 
Bunlar meydançanın mərkəzindəki dairənin ortasında toplaşırlar. Yer tutanlar isə uçuş yollarını elan 
etməklə (Yer-Ay-Yer-Mars-Yer-Venera-Yer və s.) özlərini kosmosda gəzən kimi təsəvvür edirlər. Sonra 
bütün uşaqlar bir yerə toplanıb dairə üzrə düzlənir və əl-ələ tutub, dairə boyunca gedərək, oyunu bir neçə 
dəfə təkrar edirlər. 
              Oyun prosesinin təhlilindən aydın olur ki, bir tərəfdən şagirdlərin avazla oxuması, digər tərəfdən 
raketdromlarda özünə yer tuta bilməyənlərin şagirdlər qarşısında rəqs etməsi, yaxud da müəyyən idmançı 
fiquru göstərməsi (bu elementi oyuna müəllim özü əlavə edib), oyunun yarış formasında keçirilməsi 
şagirdlərin hərəkət və zehni fəallığına, onlarda müsbət emosiyanın yaranmasına səbəb olur. Oyun vaxtı 
fəallıq göstərilməsi, həmçinin  şagirlərin qısa bir vaxtda oyunun hərəkət texnikası  və taktikasına 
yiyələnməsinə də kömək edir. 
       Bir  cəhəti də qeyd etmək lazımdır ki, oyun qaydalarına, onun texniki fəndlərinə  və taktikasına 
bütövlükdə, yəni kompleks şəkildə yiyələnmək  şagirdlərdə kollektivçilik, əməksevərlik keyfiyyətlərinin 
aşılanmasına, habelə dostluq, yoldaşlıq, çətin gündə yoldaşın köməyinə  gəlmək, vətənpərvərlik, 
beynəlmiləlçilik, düzlük və doğruçuluq hisslərinin inkişafına zəmin yaradır. A.S.Makarenko düzgün 
təşkil edilmiş oyunları yüksək qiymətləndirir və bu haqda yazır: «Uşvq oyunda necədirsə, böyüyəndən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə